Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1864/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X28 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X7 və Cavabdeh Ağamirzə qızının iştirakı ilə İddiaçı Cavabdeh Ağamirzə qızına qarşı torpaq sahəsinə və fərdi yaşaşyış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, anası X11 məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-312A Kod 30306018 nömrəli Şəhadətnaməyə əsasən 0,09 ha torpaq sahəsi üzərindək fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 23 fevral 2000-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsələri sırasına daxildir. Anasından qalmış ünvan 1i ünvanında yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair JN- 312A Kod: 30306018 nömrəli Şəhadətnaməyə əsasən 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını həyata keçirmək və dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin sənədlərin ekspertizası zamanı aşkar olmuşdur ki, fərdi yaşayış evinin müayinəsi zamanı Cavabdeh buna şərait yaratmamışdır. Bu məqsədlə o, anası X5 qalan ünvan 1i ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üçün çıxarış almaq məqsədi ilə Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəsislər çıxarış vermək üçün evə baxış keçirmək üçün gəldikdə Cavabdeh onları evə buraxmadığı üçün mübahisə yaratmış bunun üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05 may 2021-ci il tarixli məktubu ilə fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan ekspertiza işlərinin aparılmasının mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmaması bildirilmiş və ona fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyesterindən çıxarış verməkdən imtina məktubu verilmişdir. Hazırda Cavabdeh mərhum anası X11 məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X16 iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişldir. Məhkəmə iclasında Cavabdeh Ağamirzə qızı iddianı qəbul etməyərək və məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, o, İddiaçı qardaşı mərhum həyat yoldaşı X18 ilə 17.11.1991-ci ildə ünvan 1ində el adəti üzrə toy edərək ailə həyatı qurmuşdur. Mərhum həyat yoldaşı ilə birgə nikahlarından 13.01.1993-cü il təvəllüdlü X19 anadan olmuşdur. Həyat yoldaşı Elşad Bayramov 17 sentyabr 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdərə rayonunda şəhid olmuşdur. Ona 1993-cü ildə şəhid ailəsi statusu verilmişdir. Mərhum qaynatası X9 20.11.1993-cü ildə ünvan 1ində vəfat edib. Quba rayon X10 15 avqust 1997-ci il il tarixli 08 saylı qərarı ilə Quba rayonu Alpan kəndində 0,09 hektar ölçüdə torpaq sahəsi mərhum qaynanası X8 mülkiyyətinə verilib. Mərhum qaynanası X17 tərəfindən verilmiş, Quba rayon Dövlət Notariusunda 28 iyul 1999-cu il tarixində, 84 reyestr nömrə ilə qeydə alınmış Vəsiyyətnamə əsasında mərhum qaynanası X17 bütün əmlakını, o cümlədən ünvan 1ində yerləşən evini nəvəsi X14 vəsiyyət etmişdir. Mərhum qaynanası X17 23.02.2000-ci ildə Quba rayonu Alpan kəndində vəfat edib. Özü mərhum həyat yoldaşı X18 ilə ailə həyatı qurduğu vaxtdan bu günə qədər həmin evdə rəsmi qeydiyyatdadır, bütün cehiz əşyaları, ev əşyaları, şəxsi əşyaları həmin evdədir. Qeyd edir ki, keçmiş baldızı, İddiaçı tərəfindən daima şiddətə məruz qalmış, gəlin getdiyi evdə evlilik müddətlərində daima ona maddi və mənəvi ziyan vurmuşdur. İddianı əsassızm hesab edir rədd olunmasını xahiş edir. İş materiallarında olan JN-312A KOD 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Zəhra Bayramovanın mülkiyyətinə 0,09 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan İİ-JQ seriyalı 361016 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə X12 birgə nikahından xx.xx.1973-cü ildə X15 anadan olmuşdur. İş materiallarında olan 20 oktyabr 1992-ci il tarixdə verilmiş İV-JQ seriyalı, 329799 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X18 17 sentyabr 1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 03 aprel 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 001327 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 12 noyabr 1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Quba VVADQ şöbəsinin 07 may 2007-ci il tarixli, 955№li arayışından görünür ki, Bayramova Zəhra Camad qızı 23 fevral 2000-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27.05.2021-ci il tarixli, **********54№li məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində mərhum X3 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. Bundan əlavə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil edilmiş arxiv məlumatlarına əsasən ünvan 1ində mərhum Bayramov Cəlil Əbilqasım oğlunun adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin və “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın arxiv nüsxəsi aşkar edilməmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 28 iyul 1999-cu il tarixli vəsiyyətnamədən görünür ki, X4 rayonu Alpan kəndində yerləşən şəxsi evini və nəvəsi X14 vəsiyyət etmişdir. Məhkəmə tərəfindən tərəflərin də mübahisəsiz qaydada təsdiq etdiyi kimi müəyyən olunmuşdur ki, Quba rayonu Alpan kəndində yerləşən əsasən 0,09 ha torpaq sahəsi JN- 312A KOD 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə X8 xüsusi mülkiyyətinə verilmiş, iddiaçının atası X9 12 noyabr 1993-cü il tarixdə, anası Bayramova Zəhra Camad qızı 23 fevral 2000-ci ildə ölmüşdür. 28 iyul 1999-cu il tarixli vəsiyyətnamə ilə X2 rayonu Alpan kəndində yerləşən bütün əmlakını, o cümlədən 09 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evini nəvəsi X14 vəsiyyət etmişdir. Tərəflər mübahisəsiz qaydada onu da qəbul edirlər ki, Cavabdeh Ağamirzə qızı ailəsi ilə birlikdə X8 ölümündən əvvəl və sonra həmin mübahisəli evdə yaşamış, evin kommunal xərclərini ödəmiş, fərdi yaşayış evinin təmir bərpa işlərini daima həyata keçirmiş, torpaq sahəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxs qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşdəki sübutlardan görünür ki, İddiaçı, anasından miras qalmış mübahisəli evə və torpaq sahəsinə mülkiyyət hüququ əldə etməmişdir. Cavabdeh Ağamirzə qızı İddiaçı münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İddiaçı, Cavabdeh Ağamirzə qızının mərhum X6 miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işləri aparan mütəxəssislərə qarşı hüquqazidd hərəkətlərə yol verməsi, bu hüquqa zidd hərəkətlərin nədən ibarət olması, maneə yaratması və bu maneənin nədən ibarət olmasını təsdiq edən har hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlər iddia tələbinin rədd edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, qət e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1864/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1864/2021
21.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver