Məhkəmə qərarları › İş №2(027)-1867/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1867/2023

08.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1867/2023 08.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 Saylı Xaçmaz Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X14 cəlb olunmaqla Cavabdeh qarşı daşınmaz əmlakın müayinəsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək X12 hüquqazidd hərəkətlərinə son qoyulması və vərəsəlik üzrə ona düşən əmlakın müayinəsinə yaradılan süni maneələrin aradan qaldırılmasına, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 0.66 ha torpaq sahəsi JN:986 KOD:30320018 olan Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X6 və X10 verilmişdir. Qeyd olunan torpaq sahəsindən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o DTXK-nin Quba rayon Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X2 verilmiş JN:986 seriya nömrəli, KOD: 30320018 olan torpaq sahəsinə miras əmlakdan tam hissədə pay almalıdır. Ona düşən miras payındakı torpaq sahəsinə çıxarışın alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 Saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 Saylı Xaçmaz Ərazi İdarəsindən ona verilən xx.xx.2023-cü il tarixli 321334/2-7648/2023 saylı məktubunda yuxarıda qeyd olunan torpaq sahəsinin başqa şəxsin istifadəsində olduğundan daşınmaz əmlakın müayinəsinin baş tutmadığı qeyd olunmuşdur. Bildirir ki, o qanun üzrə vərəsəliklə əlaqədar ona düşən payın müəyyən edilməsi üçün Quba rayonu 2-ci Nügədi kənd sakini Cavabdeh maneçilik törətməsinin qarşısını almaq məqsədilə sahə müvəkkilinə şifahi müraciət etmişdir. Müraciətinə cavab olaraq sahə müvəkili onlara bu barədə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Qanun üzrə vərəsəlik sırasına daxil edildiyi üçün ona düşən payı alıb adına rəsmiləşdirmək istəyir. Hal-hazırda qeyd olunan torpaq sahəsinə öz payına düşən mülkiyyət hüquqlarını bərpa etmək istəyir. Lakin Cavabdeh buna maneçilik törədir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ona məxsus 33 sot torpaq sahəsinin ona verilməsinə köməklik göstərilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İlkin məhkəmə iclaslarında İddiaçı bildirmişdir ki, 2021-ci ildə qardaşı Rayıl Şahqubatov onu yalan vədlərlə aldadaraq ondan etibarnamə almış və etibarnamədən sui-istifadə edərək anası X5 vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ondan miras qalmış 2-ci Nügədi kəndində yerləşən 0.66 ha torpaq sahəsini öz oğluna bağışlamışdır və çıxarış çıxarmışdır. Bu yolla qardaşı ona düşən payı alıb adına rəsmiləşdirmək istəmişdir. O bu barədə məhkəməyə müraciət etmiş, məhkəmə həmin bağışlanma müqaviləsini və çıxarışı ləğv etmişdir. Hal-hazırda qeyd olunan torpaq sahəsinə öz payına düşən mülkiyyət hüquqlarını bərpa etmək istəyir, lakin həmin torpaqdan başqası istifadə edir. Ərazinin bir tərəfi hasardı, üç tərəfi açıqdı. Cavabdeh ona məxsus yerin ölçü işlərini aparmağa mane olur. Torpağın sahibi Oqtay Məmmədov olsa da, etibarnamə Əlfinin adınadı, orada bağ salmış, fəhlələr işlədir, bir sözlə onun bütün işlərini Cavabdeh görür və ona məxsus torpaq sahəsinə girməsinə icazə vermir.Bu səbəbdən mülkiyyət sənədini ala bilmir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi ərazi onun deyil Məmmədov Oqtayın mülkiyyətindədir. Sadəcə ona verilən etibarnamə ilə Oqtayın bütün sənədləşmə işlərini görürvə torpaqlarına nəzarət edir. Bağ salınmış həmin 0.66 ha torpaq sahəsi Ədibənin yoldaşından Oqtay almışdır. Bütün alqı-satqı işləri onun iştirakı ilə olmuş, 32 min pul verilmişdir. Pul qardaşına verilmiş, qardaşı Ədibənin yoldaşına vermişdir. İddiaçının iddia etdiyi həmin ərazi dağətəyi deyilən yerdə yerləşir, oranı heç tanımır, həmin ərazinin onlara heç bir aidiyyəti yoxdur. Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil iddiaya etraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddiası tamamilə əsassızdır. Sözü gedən torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının cavabdeh tərəfindən məhdudlaşdırıldığını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçının irəli sürdüyü nüanslar boş iddiadan başqa bir şey olmamaqla bərabər nə hüquqi əsasa, nə də mötəbər sübuta söykənmir. Mübahisə predmeti olan torpaq sahəsi ilə cavabdehin indiyədək heç bir əlaqəsi, ümumiyyətlə həmin torpaq sahəsindən xəbəri belə olmamışdır. Hətta bildirilir ki, iddiaçının faktiki iddia etdiyi torpaq sahəsi ilə əslində sahib olduğu torpaq sahələri belə tamamilə ayrı-ayrı yerdədirlər. Bu halı məhkəmə zalında şahid qismində dindirilmiş şahidlər də - iddiaçının doğma qardaşları - təsdiq etmişlər. Həmçinin cavabdeh X18 ilə mübahisə predmeti olan və cavabdeh tərəfindən guya maneçilik törədildiyi iddia edilən torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur, şəxsin bu barədə hər hansı mülkiyyət sənədi də (məs. kommunal ödənişləri təsdiq edən hər hansı bir sənəd) mövcud deyildir, eyni zamanda torpaq sahəsi üzərində cavabdeh hər hansı tikili inşa etməmişdir. Habelə iddiaçının iddia etdiyi, lakin əslində mülkiyyətindəki torpaq sahəsindən kifayət qədər uzaqda yerləşən torpaq sahəsi on ildən artıqdır ki, başqa bir şəxs X3 mülkiyyətində və sahibliyindədir. Bununla bağlı müraciətə müvafiq təsdiqedici sənədlər əlavə edilmişdir. X27 özü də müstəqil tələb irəli sürən 3-cü şəxs qismində mülki işə daxil olması məqsədi ilə ərizə ilə məhkəməyə müraciət də etmişdir. Göründüyü kimi, iddiaçının əslində mübahisəsi olsa-olsa Oqtay Məmmədovla ola bilər. Hətta iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz etməsi məqsədi ilə iddiaçıya məhkəmə tərəfindən təklif də edilmiş, lakin iddiaçı bu təklifi də qəbul etməmişdir. Beləliklə də işin hallarından da göründüyü kimi iddiaçının iddia tələbinin, yəni onun mülkiyyətində olan torpaq sahəsindən istifadə önündəki maneənin aradan qaldırılması ilə bağlı tələbinin indiki halda cavabdeh Qasımov Əlfıyə heç bir aidiyyəti yoxdur. Sonda bir daha qeyd edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə əslində faktiki sahib olduğu torpaq sahələri ümumiyyətlə ayrı-ayrı yerdə yerləşir. Eyni zamanda bildirilir ki, iddiaçının faktiki iddia etdiyi torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin 3 istiqamətdən açıq olduğu, sadəcə bir istiqamətdə mişar daşı ilə hörülmüş divar olduğu müşayiət edilmişdir. Bununla bağlı fotolar müraciətə əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının əslində iddia etmiş olduğu 3 tərəfdən açıq olan torpaq sahəsinə hər hansı bir maneənin yaradılması faktiki olaraq da mümkün deyildir. Beləliklə də, cavabdeh X12 hazırki mübahisəyə dair heç bir aidiyyəti və iddiaçının da iddiasına dair heç bir faktiki maneə və dolyısıyla da subyektiv hüququ yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində vəkili Vəkil etirazın məzmununa uyğun izahat vermiş, iddiaçının iddia etdiyi torpaq sahəsinin Cavabdeh heç bir aidiyyəti olmadığını, ərazinin mülkiyyətçisinin X11 olduğunu qeyd edərək bildirmişdir ki, iddiaçı iddia etdiyi torpağın satışından 30 000, hətta 35000 ABŞ dolları aldığı məlum ollmuşdur. Bu barədə məhkəmədə izahat vermiş iddiaçının öz qardaşları-üçüncü şəxslər də bu faktı təsdiq etmişdilər. Göründüyü kimi iddiaçıya məxsus torpaq dağətəyi deyilən ərazidə yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi isə təmamilə fərqli ərazidə yerləşir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş X13 ilkin məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia etdiyi həmin torpaq sahəsi satılmışdır və torpağın 0.33 ha onun anasının adına olan ərazidi, 0.32 ha isə AİK-nın qərarı ilə Ədibənin yoldaşı Zeynalov İskəndərə verilib. Torpağın satışından 30 000 ABŞ dolları iddiaçının həyat yoldaşına verilmişdir. İddiaçının ərinin adına olan 32 sot torpaq sahəsi kənarda, yəni dağ ətəyində yerləşir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş X14 izahatında bildirmişdir ki, iddianı qəbul etmir, torpaq sahəsi satılmış və iddiaçının həyat yoldaşı torpağın satışından 30 000 ABŞ dolları pul almışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-986 Kod 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X26 görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə X6 və X7 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.66 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli reyestr 2V-827 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X1 vərəsələri İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan AZ-İ 580488 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-ci ildə 38 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 449582 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci ildə 40 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,230350 ha torpaq sahəsi; və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0820 ha torpaq sahəsi; xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,2120 ha torpaq sahəsi; xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,082 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2333/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindn görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmiş DTXK tərəfindən X1 adına işlənmiş Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə verilmiş JN-821F KOD 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə dövlət reyestrindən xx.xx.2022-ci il tarixli 01/200 saylı məhdudiyyət (yüklülük) haqqında arayış, X8 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarış, Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 40-2877 reyestr nömrəli bağışlanma müqaviləsi, həmin müqaviləyə əsasən X9 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair hər hansı hüquq üzrə dövlət qeydiyyatından keçmiş müvafiq sənəd əsasında bağlılığı müəyyən edilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin Oqtay Məmmədov olmaqla etibarnamə əsasında Əlfi tərəfindən istifadəsini təsdiq edərək mübahisələndirməmiş və cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 Saylı Xaçmaz Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X14 cəlb olunmaqla Cavabdeh qarşı daşınmaz əmlakın müayinəsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası iddiaya cavab verməli olmayan şəxsə, əsl olmayan cavabdehə qarşı verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 Saylı Xaçmaz Ərazi idarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X14 cəlb olunmaqla Cavabdeh qarşı daşınmaz əmlakın müayinəsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar