Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1882/2020 03.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1107,20 (bir min bir yüz yeddi manat iyirmi qəpik) manat məbləğində əsas borcun **********01980 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumunun, İddiaçı” İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonunun Timiryazev kəndində yaşayan, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh istifadə etdiyi təbii qaza görə 1107,20 manat ödənilməmiş borcu qalmışdır. Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borc ödənilməmişdir. Buna görə də, Cavabdeh təbii qazdan istifadə edilməsinə görə yaranmış borcun “İddiaçı” İB-nin xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi iddia tələbini müdafiə etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən Məhkəməyə təqdim olunmuş abonentin sadosu ilə təsdiq olunur. Həmin saldodan görünür ki, abonent Cavabdeh Quba rayonu, Timiryazev kəndi, ev 0, 198 saylı mənzil üzrə təbii qazdan istifadəyə görə sayğac göstəricilərinə əsasən 2018-ci ilin iyun ayından 2020-ci ilin iyul ayınadək olan borcu 1107,20 manat təşkil edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulamılıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Təbii qazdan istifadəyə görə yaranmış borc 1107,20 (bir min bir yüz yeddi manat iyirmi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq “İddiaçı” İstehsalat Birliyinə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “İddiaçı” İstehsalat Birliyinə verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1882/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1882/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver