Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-1888/2021 23.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Kreditor-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə Quba şəhərində doğulmuş və Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan Borclu 638 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 658 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu 13 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor-dən dəyəri 329 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 152 manat borcu qalmışdır. İş üzrə Borclu 13 aprel 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor-dən dəyəri 714 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 486 manat borcu qalmışdır. Odur ki, borcludan 638 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 658 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 857.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditornin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor ilə Borclu arasında bağlanmış 13 fevral 2020ci il tarixli borc müqaviləsindən görünür ki, alıcı Borclu hissə-hissə ödəniş şərti ilə satıcı Kreditor-dən 329 manat dəyəri olan məişət avadanlığı əldə etmişdir. Onun 41 manatını ilkin ödəniş etmiş, qalan 288 manat məbləği 12 ay müddətinə aylıq 24 manat olmaqla Kreditor-yə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş Kreditor ilə Borclu arasında bağlanmış 13 aprel 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, alıcı Borclu hissə-hissə ödəniş şərti ilə satıcı Kreditor-dən 714 manat dəyəri olan məişət avadanlığı əldə etmişdir. Onun 66 manatını ilkin ödəniş etmiş, qalan 648 manat məbləği 12 ay müddətinə aylıq 54 manat olmaqla Kreditor-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu ilə Kreditor arasında 13.02.2020-ci il tarixində bağlanmış QBK5676759 saylı müqavilə üzrə ödənilməmiş 152 manat, 13.04.2020-ci il tarixində bağlanmış QBK538763 saylı müqavilə üzrə ödənilməmiş 486 manat əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 857, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1993-cü ildə Quba şəhərində doğulmuş və Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan Borclu 638 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 658 manat məbləğində pul vəsaiti alınaraq Kreditor-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1888/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-1888/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver