Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1891/2022 16.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(027)-154/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq 24 dekabr 2006-ci il təvəllüdlü X7 və 15 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 24 dekabr 2006-ci il təvəllüdlü X7 adlı və 15 aprel 2010-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında olan problemlər səbəbindən o nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(027)-154/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə onun arasında Quba rayonu Zərqava İƏV üzrə nümayəndəliyində bağlanmış xx.xx.2005-ci il tarixli, 06 nömrəli nikah qeydinin pozulması, 24 dekabr 2006-ci il təvəllüdlü X7 adlı və 15 aprel 2010-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq 24 dekabr 2006-ci il təvəllüdlü X7 və 15 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(027)- 154/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelliyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(105)- 2451/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 2(027)-154/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh övladlarına aliment verməkdən yayınmaq üçün Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(105)- 2451/2020 saylı qətnaməsindən də kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qətnaməsi ilə şikayət təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(105)-2451/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qət edilmiş aliment məbləği bir uşaqların bir aylıq təlabatını belə ödəmir. Uşaqlar məktəblidir. Oğlu Sabit 10-cu sinifdə, qızı İncə 7-ci sinifdə oxuyur. Onların ehtiyacları günü-gündən artır. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanuvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. O, alimentin artırılmasına dair işin məhkəmədən kənar qaydada həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında heç bir razılığa gəlinmədiyi üçün ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə 27 iyun 2022-ci il tarixli, MŞİH-18812 nömrəli arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, ikinci dəfə ailə həyatı qurduğunu, həmin nikahdan azyaşlı övladının olduğunu və aylıq 300 manat məbləğində əmək haqqı aldığını qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etiraz edərək Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(027)- 154/2020 saylı qətnaməsi ilə ondan hər iki uşağın saxlanılması üçün iddiaçının xeyrinə 300 manat məbləğində alınıb verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, onun aylıq əmək haqqısı 300 manatdır. Bundan başqa onun gəlir yeri yoxdur. Bütün maaşını iddiaçıya göndərir. Halbu ki, o, yeni ailə qurmuş və 27 iyun 2021-ci il tarixdə anadan olmuş bir uşağıda vardır. Həyat yoldaşı heç bir yerdə işləmir və evdar qadındır. Anasının pensiyası ilə dolanırlar və maddi vəziyyətləri çox aşağıdır. Maaşının hamısının iddiaçıya verilməsi yeni doğulmuş uşağının hüquqlarını da pozmuşdur. Bu az imiş kimi iddiaçı- İddiaçı ondan hər uşaq üçün 200 manat, cəmi 400 manat aliment alınmasını tələb etmişdir. Halbuki, hər 3 uşağı eyni maddi təminat hüquqları vardır. Təklifin təmin edildiyi halda 3 uşağından birinin maddi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. İddiaçı- X3 ondan hər uşaq üçün 200 manat, cəmi 400 manat alimentin məbləğinin artırılması tələbinə dair iddiası əsassız sayılmasını və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-154/2020 saylı xx.xx.2020ci il tarixli qərarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan Quba rayonu Zərqava İƏV üzrə nümayəndəliyində qeydə alınmış xx.xx.2005-ci il tarixli, 06 nömrəli nikah qeydi pozulmuşdur. xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 anaları – İddiaçı himayəsinə verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2006cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2451/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Quba Rayon Məhkəməsinin bu iş üzrə 29 iyun 2020-ci il tarixli, 2(027)154/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh aylıq 300 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyini, həmçinin artıq uşaqların məktəbə getmək üçün yaşlarının tamam olmasını, onların bununla bağlı təlabatının artmasını nəzərə alınaraq Quba rayon Məhkəməsinin 2(027)-154/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 165 manat olmaqla ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, iddiaçı ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun 25 manatı Cavabdeh alınaraq, iddiaçıya ödənilməslidir. Hüquqi yardımla bağlı iddiaçının ödədiyi məbləğ onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin Quba rayon Məhkəməsinin 2(027)-154/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 165 (bir yüz altımış beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh 25 manat məbləğində pul alınaraq iddiaçıya ödənilsin. Hüquqi yardımla bağlı iddiaçının ödədiyi məbləğ onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1891/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1891/2022
16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver