Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1894/2025 16.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə Cavabdeh Əhməd qızının və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Əhməd qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əhməd qızına qarşı “borcun qaytarılması və mənəvi təzminatın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əhməd qızından 119.000 manat borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 409 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Əhməd qızını 2022-ci il tarixindən işlədiyi Novxanı kəndindən tanıyır, cavabdehlə çox yaxın münasibətləri olmuşdur. Cavabdeh ona müxtəlif banklara borcu olduğunu bildirmiş, həmin borcların ödənilməsi məqsədi ilə ondan 2022-ci ilin müxtəlif zaman kəsimlərində 7000 manat, 15.000 manat, 3600 manat, 15.000 manat, 4300 manat, 3200 manat və 41.000 manat borc pul almışdır. Cavabdeh ona lombartda 1 kq-ya yaxın qızılı olduğunu və həmin qızılı satıb ona olduğu 119.000 manat borcunu ödəyəcəyini bildirmişdir. Sonradan cavabdeh ona lombarta olan borcunu ödəyə bilmədiyinə görə lombart tərəfindən həmin qızılların satıldığını bildirmişdir. Hazırda Cavabdeh Əhməd qızının ona borclu olduğunu həm cavabdehlə, həm də cavabdehin anası ilə telefon danışıqları sübut edir. Dəfələrlə cavabdehdən borcunu tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək borcunun geri qaytarılmasından imtina etmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, hər dəfə ərizə təqdim edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Əhməd qızı iddia tələbini qəbul etməyərək, eyni zamanda iddia ərizəsinə etiraz verərək bildirdi ki, İddiaçı 2021-ci ilin iyun ayından etibarən tanıyır. Tanışlığı işlədiyi iş yerindən başlamışdır. O, şəxsi evdə aşbaz kimi əmək fəliyyəti ilə məşğul olmaqla yanaşı, həmçinin qızıl alveri ilə də məşğul olmuşdur. İddiaçı onun bu ticarətlə məşğul olduğunu bildikdən sonra ona onu da bu ticarətə gətirməyi, bu ticarəti ona öyrətməyini istəmişdir. O da köməklik göstərmişdir. İlkin olaraq iddiaçı ona 3000 manat vəsait vermişdir ki, bu dəyərdə qızıl gətirsin. O da öz növbəsində 3000 manat pul qoymuş və onlar ümumilikdə 6000 manat dəyərində qızıl gətirmişlər. Qızıllar gəldikdən sonra iddiaçı bu qızılları özünün satacağını deyərək özünün hissəsini ayıraraq qonşu və qohumuna satmaq üçün götürmüşdür. 3000 manat dəyərində olan ilk dəfə birgə vurduğu qızılları ümumilikdə 4200 manat dəyərində satmaqla 1200 manat qazanc əldə etmişdir. İkinci mərhələdə 4000 manat. 5000 manat qoymaqla yenidən qızıl gətirmiş, bu mal hissəsindən iddiaçı yenidən öz malını təhvil almaqdan əlavə ona aid olan 5000 manat hissənin ən bahalı brilliant üzüyünü ondan istəmişdir. Həmin üzüyün maya dəyəri 3600 manat olmuş, o, həmin üzüyü 4500 manata satmağı düşünmüş və iddiaçıya vermişdir. İddiaçı bu üzüyü satdıqdan sonra onun pulunu ödəməmişdir. Xeyli müddət sonra ona həmin məbləğdən cəmi 600 manat ödəmişdir. İddiaçı borcunu ödəmədiyi üçün o, iddiaçıya öz malından verməmiş və 2022-ci ilin avqust ayında yenidən qızıl vurarkən bu dəfə ona heç nə bildirməmişdir. Ümumiyyətlə onunla ticarət etməkdən imtina etmək istəmişdir. İddiaçı ilə işləmək istəməməyinin səbəbi iddiaçının onun həyat yoldaşının həbsdə olmasından yararlanaraq ona qarşı hörmətsizlik niyyətini anlamağı olmuşdur. Sonra da iddiaçı onun getdikcə uzaqlaşmağını qəbul etməyərək əksinə niyyətini açıq aşkar, hətta qapısına gəlməkdən çəkinmədən bildirməyə başlamışdır. Oktyabr 2022-ci ildə o, işdən ayrılmış, daha sonra iddiaçı onun işə yenidən qayıtmağı üçün evinə gəlmiş, bu zaman dəhlizdə müəyyən məişət əşyalarını və kuxna mebelini görmüşdür. Ondan bu əşyaları soruşduqda dolanışığımı təmin etmək məqsədilə bəzi istifadə etmədiyi əşyaları satmaq qərarına gəldiyini bildirmişdir. İddiaçı ona dəstək olmaq adı ilə bu əşyaları götürüb aparmışdır. Həmiş əşyalar sırasında Samsung marka tv, kondinsinoner, mətbəx mebeli bütovlükdə və s. vardı. Bir müddət sonra İddiaçı ona həmin əşyaları satdığını bildirsə də onların pulunu geri qaytarmamışdır. 2022-ci ilin noyabr ayının ortalarına yaxın ona zəng edərək bu ay oğlunun doğum günün yaxınlaşdığını və uşağa ad günü etmək niyyəti barədə bildirərək iddiaçıya vəsait lazım olduğunu demiş və ona olan borclarından ödəniş etməsini xahiş etmişdir. Lakin, bununla belə İddiaçı 1 manat da olsun vəsait qaytarmamışdır. Oğlunun doğum günündə ona hədiyyə olaraq dəyəri 400 manat olan planşet alaraq qonaq gəlmişdir. Doğum gününə gəldikdən bir müddət sonra ona qarşı niyyətinin ciddi olduğunu və onunla ailə qurmaq istəyini bildirmişdir. İddiaçının fikrinin ciddi olduğu üçün artıq ondan uzaqlaşmadığı qərara alsa da onu narahat etməsi artıq dözülməz hal aldığı üçün həbsdə olan həyat yoldaşı Natiqə şikayət etmiş, eyni zamanda atası və qardaşına da bildirmişdir. Münasibətləri işgüzar olan dövrdə iddiaçı ona təklif etmişdir ki, işlədiyi ev sahibi Xəlil müəllim ev tikintisi biznesi ilə məşğul olaraq Masazır qəsəbəsində binalar tikir və onlara ucuz şərtlərlə daxili ipoteka verə bilər. Bankdan ilkin ödəniş 30 000 manat götürüb və gedib Xəlillə danışmağı təklif etmişdir. O və Elməddin banka getmişlər və hərə özü üçün pul çıxartmışdır. Danışıq məsələsinə gələn zaman isə Elməddin ona bacısının xəstə olmasını, pulu bacısına xərcləyəcəyini bildirmişdir. Belə olan halda onların ipoteka məsələsi baş tutmamış və pulu ailə üzvlərinə vermişdir. İddia ərizəsində qeyd edilən heç bir vəsait Elməddin tərəfindən ona verilməmişdir. İddiada qeyd edilənlər həqiqəti əks etdirmir və tamamilə yalandır. Məhkəmədə verilən suallara cavab olaraq, cavabdeh bildirdi ki, ailəsini dolandırmaq üçün aşbazlıqdan başqa qızıl satışı ilə məşğul olmuş, qızılı isə banklardan götürdüyü kreditlərlə almışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbini rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Əhməd qızının vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının iddiası heç bir hüquqi əsasa və sübut dəlilə əsaslanmamaqla söz yığımından ibarətdir. İş üzrə məhkəmə sorğusu nəticəsində əldə edilmiş bank hesablarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında hər hansı borc münasibətləri olmamışdır. Cavabdeh tərəfdarı olduğu bank və girov (kredit) müqavilələri, qəbzlər təsdiq edir ki, Kəmalə ancaq banklardan kreditlər götürmüş, Elməddin Kəmaləyə pul verməmiş, Kəmalə qızıl girov qoyaraq bankdan pul almışdır. Sonuncu dəfə Kəmalə bankdan 30000 manat götürmüş, həmin pulu qaynı Yusif vermişdir ki, sonuncu öz borclarını bağlasın. Kəmalə Abdullayevnın əlində kifayət qədər məqbləğ olmuşdur və belə olanda onun İddiaçı hər hansı vəsaitinə ehtiyyacı olmamışdır. Lakin, bütün qeyd olunanlarla belə, bildiririk ki, MPM-in tələbinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşsə də, onun tərəfindən məhkəməyə heç bir mötəbər və tərkibində iddiasının əsasını təşkil edən sübut təqdim edilməmişdir. Bundan başqa iddiaçının iddia ərizəsini məhkəməyə göndərib özü tərəfindən isə bir dəfə belə olsun məhkəmə çağırışına hörmət qoyaraq gəlməməsi və iddiasını müdafiə etməməsi onu deməyə əsas verir ki, iddiaçının bu iddiası sırf cavabdehə qarşı onun "sevgi münasibətinə" cavabdeh tərəf ertiraz etdiyi üçün olmuşdur. Məhkəmə iddia ərizəsinə nəzərdən keçerib, cavabdeh tərəfin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ayrı vaxt kəsimlərində ümumilikdə 119000 manat pul verdiyini bildirmiş və həmin vəsaiti geri qaytarılmasını tələb etmişdir. Cavabdeh Əhməd qızı məhkəmədə göstərmişdir ki, İddiaçı ilə aralarında heç bir maliyyə münasibəti olmamış, onun vəsaiti yalnız bank krediti ilə əldə edilmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. İş üzrə təqdim edilmiş sənədlər və məhkəmə iclasındakı izahatlardan görünür ki, İddiaçı pul verdiyini sübut edən hər hansı qəbz, müqavilə, köçürmə və s. bunun kimi sübutlar təqdim edilməmişdir. Bundan başqa məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı əvvəldən qərəzli mövqedə olmuş, belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə də Cavabdeh Əhməd qızına qarşı qarşı eyni tələblə məhkəmədə iddia qaldırsa da, beş sayda (xx.xx.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci il tarixli hazırlıq, xx.xx.2025-ci, xx.xx.2025-ci il tarixli baxış iclasları) iclaslarda iştirak etməmiş və sonradan heç bir tutarlı səbəb olmadan ərizəni geri götürmüşdür. Bir müddət sonra ikinci dəfə də yenidən heç bir əlavə sübutu olmadan Cavabdeh qarşı eyni tələbi irəli sürmüşdür. İddiaçı məhkəməyə təqdim etdiyi vəsatətində borc verdiyini pulları nağd şəkildə deyil, Cavabdeh Əhməd qızının "xxxx" Kommersiya Bank ASC-yə məxsus Cavabdeh Əhməd qızının adına olan "**********492215" albalı kartına 2022-ci ilin 1 sentyabr tarixindən, 2023cü ilin 1 noyabr tarixinə kimi ödənildiyni bildirərək, "xxxx" Kommersiya Bank ASC-yə məxsus Cavabdeh Əhməd qızının "**********492215" albalı kartına 2022-ci ilin 1 sentyabr tarixindən, 2023-cü ilin 1 noyabr tarixinə kimi mədaxil olunmuş pul vəsaitləri barədə "xxxx" Kommersiya Bank ASC tərəfindən çıxarışın verilməsi barədə vəsatət qaldırmışdır. Məhkəmənin sorğusuna əsasən "xxxx" Kommersiya Bank ASC-nın cavab məktubuna əlavə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh Əhməd qızının adına olan "**********492215" albalı kartına 2022-ci ilin 1 sentyabr tarixindən, 2023-cü ilin 1 noyabr tarixinə kimi, nə İddiaçı tərəfindən pul mədaxil edilməmiş, nə də ki ümumiyyətlə bu məbləğlərdə pul vəsaiti mədaxil olunmamış və köçürülməmişdir. Bundan başqa, iddiaçının ərizəsinə əlavə etdiyi, içərisində səs yazıları olan daşıcıya məhkəmədə baxış keçirildikdə, orada hər hansı bir audio-video faylların mövcud olmadığı müəyyən edilmişdir. Mülki qanunvericilin tələblərinə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı bir dəfə də olsun məhkəmənin çağırışlarına gəlməmiş və məhkəməyə iddia tələbini əsasını təşkil edən mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərində təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Əhməd qızı 119.000 manat məbləğində borc pul verdiyini və sonuncunun həmin pulu qaytarmadığını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, hazırkı mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlə onun arasında borc münasibətinin olması, borcun verilməsi, həmin məbləğin cavabdehin qanunsuz sahibliyində olması və geri qaytarmamasının sübut edilməsindən asılıdır. Həmin faktların təsdiqindən sonra isə cavabdehin sübut etməli olduğu hal borcun geri qaytarmasının təsdiqi ilə bağlı olmalıdır. Göstərilən sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının tələbi özünün izahatından başqa digər sübutlarla təsdiq olunmur. Digər tərəfdən, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edildiyindən, qalan hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Əhməd qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 409 (dörd yüz doqquz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1894/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1894/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver