Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1911/2020 20.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, X1 Kredit Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Kredit Təşkilatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra BOKT “xxxxxxxxxx” MMC) Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 176 (bir yüz yetmiş altı) manat, faiz borcu 25,19 (iyirmi beş manat on doqquz qəpik), cərimə borcu 0 (sıfır) manat, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun əvəzi 20,40 (iyirmi manat qırx qəpik) manat, ümumilikdə 221,59 (iki yüz iyirmi bir manat əlli doqquz qəpik) manat borcun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT “xxxxxxxxxx” MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh faizsiz 10 ay müddətinə 176 (bir yüz yetmiş altı) manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 391-QZM-0342-20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT “xxxxxxxxxx” MMC-yə xx.xx.2020-ci il tarixə əsas borcu 176 (bir yüz yetmiş altı) manat, faiz borcu 25,19 (iyirmi beş manat on doqquz qəpik) manat, cərimə borcu 0 (sıfır) manat olmaqla, ümumi borcu 201,19 manat (iki yüz bir manat on doqquz qəpik) təşkil etmişdir. Cavabdeh müqaviləyə əsasən ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, kredit təşkilatı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BOKT “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 391-QZM-0342-20 saylı kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh illik 32% hesablanmaqla 10 ay müddətinə 176 (bir yüz yetmiş altı) manat məbləğində kredit verilmişdir; xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir; maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə 176 (bir yüz yetmiş altı) manat əsas, 25,19 (iyirmi beş manat on doqquz qəpik) manat faiz, 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə 201,19 manat (iki yüz bir manat on doqquz qəpik) manat məbləğində borcu yaranmışdır. Beləliklə, müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə BOKT “xxxxxxxxxx” MMC ilə Cavabdeh arasında 391-QZM-0342-20 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 32%-lə 10 ay müddətinə 176 (bir yüz yetmiş altı) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə sonuncunun xx.xx.2020-ci il tarixə 176 (bir yüz yetmiş altı) manat əsas, 25,19 (iyirmi beş manat on doqquz qəpik) manat faiz, 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə 201,19 manat (iki yüz bir manat on doqquz qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarından görünür ki, cavabdeh müqavilə əsasında üzərinə düşən öhdəlikləri vaxtında və lazımi şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 391-QZM-0342-20 saylı kredit müqaviləsi üzrə 176 (bir yüz yetmiş altı) manat əsas, 25,19 (iyirmi beş manat on doqquz qəpik) faiz, 0 (sıfır) manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat və 0,40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 221,59 (iki yüz iyirmi bir manat əlli doqquz qəpik) manat İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən, qəbul edildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1911/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1911/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver