Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1913/2020 30.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Quba rayon Xaltan kənd sakini Cavabdeh İddiaçına dolayısı ilə dövlətə vurmuş olduğu 410.38 (dörd yüz on manat 38 qəpik) manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-cı ıl tarixdə İddiaçı əməkdaşları Milli Parkın Quba bölməsi Qonaqkənd meşəbəylıyı üzrə sahə müfəttişi X7, Milli Parkın mühafizə yegeri X2 Milli Parkın Quba bölməsi Qonaqkənd meşəbəyliyi 05 saylı dolayında dolayın mühafizə yegerının vermiş oldudğu məlumat əsasında yoxlama tədbirləri həyata keçirərkən ərazidən qanunsuz olaraq palıd cinsindən 8sm bir ədəd, 12sm beş ədəd, 16sm yeddi ədəd, 20sm on ədəd, 24sm uç ədəd 28smiki ədəd. 36sm bir ədəd vələs cinsindən 8sm iki ədəd, 12sm bir ədəd 16sm bir ədəd fıstıq cinsindən 12sm bir ədəd. 20sm bir ədəd, 24sm bir ədəd. Göyrüş cinsindən 24sm bir ədəd 28sm bir ədəd olmaqla 38 (otuz səkkiz) ədəd ağacın kök üstə yaş ağacların kəsilərək aparıldığı müəyyən edilmişdirlər. Aparılmış araşdırma zamanı məlum olmuşdur kı. qanunsuz kəsilmiş ağacları Quba rayon Xaltan kənd sakini Cavabdeh tərəfindən kəsilərək aparılmışdır. Qeyd olunan qanun pozuntusu səbəbindən təbiətə dəymiş ziyanın məbləği 410 38 (dörd yüz on manat 38 qəpik) manat məbləğində hesablanmışdır Fakt qnunverıcılıyə uyğun olaraq sənədləşdirilərək sözü gedən vətəndaş barəsində xx.xx.2018-cı ıl tarixli 48564 nömrəli akt və ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı nümayəndəsi X3 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş MN ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli protokola əsasən görünür ki, Cavabdeh barəsində protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı Quba bölməsinin xx.xx.2020-ci il tarixli 48564 nömrəli aktından görünür ki, Quba rayonu, Xaltan kənd sakini Cavabdeh tərəfindən 05 saylı dolayının meşə ərazisindən müxtəlif növ meşə ağacları kəsilərək götürülmüşdür. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Quba meşəbəyliyinin 07 saylı dolayısında xx.xx.2020-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə 410.38 manat ziyan hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh İddiaçı Quba meşəbəyliyinin xx.xx.2020-ci il tarixli 48564 nömrəli aktından görünür ki, Quba rayonu, Xaltan kənd sakini Cavabdeh 05 saylı dolayının meşə ərazisindən müxtəlif növ meşə ağacları kəsilərək götürülmüş, və 410.86 manat məbləğində ziyan vurmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçına vurulmuş 410.38 (dörd yüz on manat 38 qəpik) manat ziyan tutularaq İddiaçı X8 rayonu filialında VÖEN ********** hesab nömrəsi ******************** xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçına vurmuş 410.38 (dörd yüz on) manat 38 qəpik məbləğində dəymiş zərər tutulub İddiaçı X8 rayonu filialında VÖEN ********** hesab nömrəsi ******************** xüsusi hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1913/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1913/2020
30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver