Məhkəmə qərarları › İş №2(027)-1932/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1932/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1932/2025 20.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə ilkin, iddiaçı X1 cavabdeh İddiaçı3 qarşı “pul” tələbinə dair qarşılıqı iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən X2 xeyrinə əsas borca görə 4000 manatın, əldən çıxmış faydaya görə 6000 manat, cəmi 10000 manatın, İddiaçı2 xeyrinə əsas borca görə 2950 manatın, əldən çıxmış faydaya görə 5000 manatın, cəmi 7950 manatın, İddiaçı3 xeyrinə əsas borca görə 13390 manatın, əldən çıxmış faydaya görə 10000 manatın, cəmi 23390 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı X5 cavabdeh İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3 21700 manat məbləğində borcun və ödənilmiş 161 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hazırki işin məhkəmə aidiyyatı məsələsinin müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələblərini müdafiə edərək, mülki işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil mülki işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı1 ********** saylı VÖEN əsasında, Cavabdeh isə ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İlkin olaraq məhkəmə bildirir ki, İddiaçı1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, əvvəl fərdi sahibkar kimi VÖEN-i olsa da, hazırki dövrdə onun fəaliyyəti dayandırılmışdır. Bununla bağlı məhkəməyə təqdim etdiyi AR İN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinin 12 avqust 2025-ci il tarixli uçota dair arayışında göstərilmişdir ki, şəxsin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2025-ci il tarixdən xx.xx.2030-cu il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Bununla bağlı məhkəmə bildirir ki, İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28-ci bəndində göstərilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Eyni zamanda tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterindən də məlum olur ki, mövcud olmuş mülki hüquq münasibətləri məhz iri və xırda buynuzlu heyvanların satışı ilə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçılardan digərlərinin fərdi sahibkar statusuna malik olmaması işə adiyyatı üzrə müvafiq kommersiya məhkəməsində baxılmasını istisna etmir. Belə ki, AR MPM-in 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Əlavə olaraq yuxarıda göstərilən Ali Məhkəmə Plennumunun xx.xx.2020-ci il tarixli qərarınən 17-ci bəndinə əsasən MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə ilkin, iddiaçı X1 cavabdeh İddiaçı3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mübahisəyə baxılması ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin səlahiyyətinə aiddir. Odur ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 31, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə ilkin, iddiaçı X1 cavabdeh İddiaçı3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamilli Günel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar