Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1938/2022 01.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2-nə, Cavabdeh3 və Cavabdeh1nə qarşı “kredit borcunun silinməsi və kredit üzrə öhdəliklərdən azad edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Əlif Kredit İttifaqı” MMC ilə arasında 30 sentyabr 2014-cü il tarixdə bağlanmış 049/14 saylı kredit müqaviləsi üzrə onun 1023 manat məbləğində kredit öhdəliyindən azad edilməyi və iddia ərizəsi üzrə ödədiyi 30 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, Cavabdeh2-nin üzvü olub. Onun həmin kredit ittifaqındakı payı 150 manat məbləğində olmuşdur. Bundan sonra o Cavabdeh2 ilə bağlanmış 30 oktyabr 2013-cü il tarixli 056/13 nömrəli kredit müqaviləsinə əsasən ittifaqdan 12 ay müddətinə 36% olmaqla 1500 manat məbləğində kredit alıb. Kredit alan zaman 75 manat xidmət haqqı tutulub. Bundan sonra o yenidən Cavabdeh2 ilə 27 fevral 2014-cü il tarixdə 017/14 saylı kredit müqaviləsi bağlayib və 1200 manat məbləğində, 12 ay müddətində 36 faizlə kredit alıb. Həmin krediti alan zaman 60 manat məbləğində xidmət haqqı ödəyib, 180 manat məbləğində üzvlük haqqı tutulub. Bir müddətdən sonra Cavabdeh2-nin o vaxtkı rəhbəri Əlifşah Hacıyev ona “gəl sənin borcunu iki min edək” demiş, onunla razılaşıb, 30 sentyabr 2014-cü il tarixli 049/14 saylı kredit müqaviləsi imzalanıb. Ona yenidən 24 ay müddətinə 32 faizlə 2000 (iki min) manat məbləğində kredit ayrılıb, həmin kreditdən 300 manat məbləğində pul alıb, qalan pul isə bundan əvvəl bağlanmış kredit borcuna ödənilıib. Həmin kredit müqaviləsi bağlanan vaxtı ondan yenidən 150 manat üzvlük haqqı pulu və 100 manat xidmət haqqı tutulub. Bundan sonra kredit ittifaqının o vaxtkı sədri Əlifşah Hacıyev ondan hissə-hissə pul alıb və aldığı pulu kredit borcu üçün ödəyəcəyini bildirib. Beləliklə ondan 1221 manat məbləğində pul alıb, həmin puldan onunla haqqhesab edərkən 647 manat məbləğində qəbzlə pul aşkar olunduğu, yerdə qalan 574 manat məbləğində pulun isə qəbzinin olmadığı məlum olub. Bundan bir müddət sonra eşidib ki, onu məhkəməyə veriblər. Quba Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli əmri ilə ondan cəmi 2403 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh2nin xeyrinə ödənilməsi qərara alınıb. O həmin əmrlə razılaşmadığı üçün, həmin əmrdə borc çox göstərildiyi üçün həmin əmrdə şikayət edib və şikayətinə baxılan zaman 300 manat məbləğində artıq pul hesablandığı məlum olub. Bundan sonra Quba Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(027)-2274/2015 saylı qətnaməsi ilə ondan 2103 manat pul və 17 manat məbləğində dövlət rüsumunun Cavabdeh2-nin xeyrinə cı tutulması qət edilib. O kredit üzrə 1080 manat məbləğində borcu ödəyib. Bunun üzərində 6 ildən çox vaxt keçdikdən sonra onu Cavabdeh1nə çağırıblar və onun 1023 manat məbləğində borcu olduğunu deyiblər. Halbuki o həmin borcu ödəyib və heç kimə borcu yoxdur. Cavabdeh2 əsassız olaraq ona qarşı pul tələb edir. Göstərilənləri nəzərə alaraq, Əlif Kredit İttifaqı” MMC ilə arasında 30 sentyabr 2014-cü il tarixdə bağlanmış 049/14 saylı kredit müqaviləsi üzrə onun 1023 manat məbləğində kredit öhdəliyindən azad edilməyi və iddia ərizəsi üzrə ödədiyi 30 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh3 iddianı qəbul etməyərək, onlara qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh2-nin İdarə heyətinin sədri X1 idda tələbinə dair etiraz ərizəsiylə məhkəməyə müraciət edərək, iddianı qəbul etməyərək ərizədə göstərmişdi ki, iddiaçının iddia tələbi əsassızdır ki, ona görə ki, iddiaçı ilə "Əlif Kredit İttifaqı” MMC arasında 30 sentyabr 2014-cü il tarixli 049/14 saylı kredit müqaviləsi bağlanılmış və iddiaçıya 24 ay müddətində 2000 manat kredit verilmişdir. İddiaçı borcunu ödəmədiyi üçün Cavabdeh2 pul tələbi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2(027)-2274/2015 saylı əmri ilə İddiaçı 1655 manat əsas borc, 398 manat faiz borcu, 350 manat dəbbə borcu olmaq, cəmi 2403 manat borc və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. İddiaçı bundan sonra məhkəmə əmrinə etiraz etmiş, məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Quba Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(027)-2274/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıdan kredit müqaviləsi üzrə yaranmş 1655 manat əsas borc, 398 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla cəmi 2103 manat məbləğində pu! və ödənilmiş 17 manat dövlət rüsumu tutulması qət edilmişdir. Bundan sonra iş üzrə icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir. Hal-hazırda iddiaçının 1023 manat məbləğində borcu vardır. İddiaçı yalnız borcu ödədikdən sonra kredit müqaviləsinə xitam verilə bilər. İddiaçı borcu ödəmək yerinə əsassız bəhanələrlə məhkəməyə müraciət edir. İddiaçı kredit borcunu tam bağlamamışdr. Əgər bağlasaydı ondan borcun bağlanılması ilə bağlı qəbz olardı. Göstərilənləri nəzərə alaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılıb İddiaçı MMC-nə qarşı olan iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdilər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında 30 oktyabr 2013-cü il tarixdə bağlanmış 056/13 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən borclu İddiaçı 12 ay müddətinə, illik 36% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında 27 fevral 2014-cü il tarixdə bağlanmış 017/14 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən borclu İddiaçı 12 ay müddətinə, illik 36% olmaqla 1200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında 30 sentyabr 2014-cü il tarixdə bağlanmış 049/14 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən borclu İddiaçı 24 ay müddətinə, illik 32% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışından görünür ki, borclu İddiaçı Cavabdeh2-nə olan borcu 1023 manat məbləğində təşkil edir. İş materiallarına əlavə olunan Quba Rayon Məhkəməsinin 2(027)-2274/2015 saylı, 23 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı 30 sentyabr 2014-cü il tarixli, 049/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1655 manat məbləğində əsas borc, 398 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2103 (iki min yüz üç manat) manat məbləğində pul və ödənilmiş 17 (on yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh2-nin xeyrinə tutulması və cavabdeh İddiaçı 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı müxtəlif illərdə Cavabdeh2-dən kredit götürmüş, sonuncu dəfə 30 sentyabr 2014-cü il tarixdə bağlanmış 049/14 saylı kredit müqaviləsinə əsasən, MMC tərəfindən ona 24 ay müddətinə, illik 32% olmaqla 2000 manat məbləğində kredit verilib, Quba Rayon Məhkəməsinin 2(027)-2274/2015 saylı, 23 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı 30 sentyabr 2014-cü il tarixli, 049/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1655 manat məbləğində əsas borc, 398 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2103 (iki min yüz üç manat) manat məbləğində pul və ödənilmiş 17 (on yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh2-nin xeyrinə tutulması və cavabdeh İddiaçı 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsinə əsasən həmin borcdan müəyyən hissəni ödəmiş və yerdə qalan 1023 manat məbləğində bocu ödənilməmişdir. Məhkəmədə İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2-nə, Cavabdeh3 və Cavabdeh1nə qarşı “kredit borcunun silinməsi və kredit üzrə öhdəliklərdən azad edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2-nə, Cavabdeh3 və Cavabdeh1nə qarşı “kredit borcunun silinməsi və kredit üzrə öhdəliklərdən azad edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1938/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1938/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver