Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1941/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borc,18950 (on səkkiz min doqquz yüz əlli) manat məbləğində bankın faiz dərəcəsinə görə 18950 (on səkkiz min doqquz yüz əlli) manat məbləğində pul, notariat kontorunda ödənilmiş 20 (iyirmi) manat, dövlət rüsumu və məhkəmə rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafi edərək, bildirdi ki, iş görmək məqsədilə Cavabdeh ondan borca pul istəyib və bir il müddətinə qaytaracağına söz verib.X5 “ASAN Xidmət” mərkəzinin notariat ofisinə gedib borc müqaviləsi bağlayıblar və cavabdehə 13500 manat borca pul verib. Pulu qaytarmaq üçün pandemiya ilə əlaqədar ona vaxtda verib. Cavabdeh pulun müəyyən hissəsini qaytardığdan sonra 7500 manat borcu qalıb. İddia verdiyi müddətdə icra qeydi əsasında 7500 manatdan 1500 bir dəfə, 900 manat da bir dəfə ondan pul alıb. Sonradan o qəza keçirib, yerdə qalan pulunu istədikdə, hələki verə bilmədiyini deyib. Aralarındakı razılaşmaya görə o bankdan pul götürüb və həmin razılaşmaya görə cavadeh faiz hissəsini ödəməyi öhdəsinə götürüb. Lakin faizi ödəmədiyinə görə kreditin ödənişi gecikməyə düşüb, ona görə o, gecikməyə görə 2900 manat əlavə faiz ödəyib. Onun sözünə əməl etmədiyinə görə ona 2900 manat ziyan dəyib. Həmçinin qeyd edib ki, verdiyi pulun müqabilində cavabdeh ona ayda 1200 manat ödəməyi boyun alıb, lakin onu da verməyib və həmin məbləği də tələb eləmir. Hazırda cavabdehdən 5100 manat əsas, bankda itirdiyi məbləğə görə 2900 manat faiz məbləği, notariusa icra qeydinə görə ödənilmiş 20 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulu tələb edir və iddianın tələb hissəsində dəyişiklik edərək, cavabdehdən 5100 manat əsas, bankda itirdiyi məbləğə görə 2900 manat faiz məbləği, notariusa icra qeydinə görə ödənilmiş 20 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərir ki, o,Quba rayonunun Quba-Qəçrəş yolunda yerləşən “Uyut” otelində administrator işlədiyi 2016-2018-ci illərdə, sahibkarlığ fəaliyyəti ilə məşğul olmaqla ticarət sahələrinə “Rekord” markalı günəbaxan tumu paylayan Cavabdeh ilə əmək fəlaiyyətiylə əlaqədar tanış olub. Tanışlığı geniş şəxsi münasibətlərə səbəb olub. Sahibkarlığla bağlı məsələlərdə qarşılığlı məsləhətləşiblər. Ona inandığından münasibətləri dostluq münasibətinə çevrilib. Özünün səmimi olduğunu inandırmış Cavabdeh da bu barədə danışıb. O, şəxsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 15000 (on beş min) manat məbləğində pul toplayıb. Həmin məbləğdə pulun olduğunu bilən Cavabdeh 2018-ci ilin mart ayının əvvəlində ondan 13500 (on üç min beş yüz) manat məbləğində borc pul istəyərək borcu bir il müddətinə hissə-hissə qaytaracağına vəd verib. Ona pulun olduğunu, lakin həmin pul vəsaiti ilə sahibkarlıq fəaliyyətinin maliyələşdirilməsini nəzərdə tutduğunu bildirib. Cavabdeh pulu tez qaytaracağına vəd verərək, yalnız ona ümid etdiyini deyərək, ona borc pul verməkdən imtina etməməyi bir neçə dəfə ondan xahiş edib. Borcun tez, yəni konkret hansı vaxta qaytaracağını ondan soruşduqda o, təkrarən, borcu bir il müddətinə qaytaracağına vəd verib. Cavabdehə borc verəcəyi məbləğin yüksək olduğunu bildirərək, borc öhdəliyinin yaranmasının rəsmiləşdirilməsini və həmin hüququ notariat kontorunda qeydə alınmasını cavabdehə təklif edib. Qarşılıqlı razılaşma əsasında 14 mart 2018-ci il tarixdə Cavabdehla birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə gedərək cavabdehə 13500 (on üç min beş yüz) manat məbləğində borc pul verərək bu barədə 14 mart 2018-ci il tarixli kredit müqaviləsi bağlayıblar. Həmin kredit müqaviləsi notariat kontorunda həmin tarixdə İS-10599 № ilə reyestrdə qeydə alınıb. Cavabdeh verdiyi vədinə əməl etməyərək borc öhdəliyini tam icra etməmişdir. Cavabdeh borc öhdəliyinin icrasından yayındığından və bununla da onun şəxsi sahibkarlıq fəaliyyətini əlverişsiz şəraitə düçar etdiyindən, o, 27 fevral 2019-cu il tarixdə "xxxx" QSC-nin Xaçmaz filalınfdan 16500 (on altı min yüz) manat məbləğində kredit götürmüş və kreditə görə aylıq 1,9167 (bir tam on mində doqquz bir yüz altımış yeddi) manat faiz ödəmişdir. Göründüyü kimi Cavabdeh günahı səbəbinə o, “AccessBank QSC-nə əlavə olaraq 18 ay dövrü üçün 18950 (on səkkiz min doqquz yüz əlli) manat məbləğində pul ödəməli olub. Nəticədə cavabdehin günahı səbəbindən ona əlavə olaraq 18950 (on şəkkiz min doqquz yüz əlli) manat məbləğində zərər dəymişdir. Mübahisə ilə bağlı Quba “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edib. Hazırki iddia ərizəsinə əlavə edilmiş Quba “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərtib etdiyi 01 oktyabr 2019-cu il tarixli “İcra qeydi”-dən göründüyü kimi Cavabdeh 13500 (on üç min beş yüz) manat məbləğində borc pul və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu onun xeyrinə tutulmalıdır. Həmin səbəbdən də kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edib. Cavabdeh icra məmurunun tələbini icra etməkdən yayınmışdır. Hazırda cavabdehin ona ödənilməmiş 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borcu qalmışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş Quba rayon İcra və Probasiya Şöbəsinin 02 iyun 2021-ci il tarixli qərarından göründüyü kimi Quba “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli, İS-10599 № li “İcra qeydi” ona geri qaytarılmışdır. Bu səbəbdən Cavabdeh tərəfindən pozulmuş hüququnun müdfafıəsi üçün məhkəməyə müraciət etməli olub. Əlavə olaraq bildirdi ki, Cavabdeh ona əsas borc üzrə 5100 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh Cavabdeh 5100 (beş min yüz) manat əsas borc, 2900 (iki min doqquz) manat məbləğində bankın faiz dərəcəsinə görə və məhkəmə rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh bildirdi ki, o iddianı yalnız 5100 manat olan hissəsində qəbul edir və etiraf edir ki, onun iddiaçıya 5100 manat borcu qalıb. Onu hissə-hissə qaytaracaq. Lakin 2900 manat məbləğin ona heç bir aidiyyatı yoxdur. İddianın həmin hissədə rədd edilməsini və 5100 manatı hissə-hissə qaqaytarılması üçün ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki iş üzrə İddiaçı, Cavabdeh dinləyib, sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan 14.03.2008-ci il tarixli kredit müqaviləsindən məlum olur ki, borc verən, İddiaçı borc alana, Cavabdeh 13500 manat məbləğdə pul borc verib. İş materiallarında olan 01.10.20016-cı il tarixli Quba Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin icra qeydinə əsasən məlum olur ki, Cavabdeh 13500 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. İş materiallarında olan 27.02.2019-cu il tarixli 011L**********52 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı illik faiz dərəcəsi 1,9167% olmaqla, 18 ay müddətinə, 16 500 (on altı min beş yüz ) manat məbləğində kredit verilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə iclasında iş materiallarından və kredit müqaviləsindən müəyyən edildi ki, İddiaçı Cavabdeh 13500 manat məbləğdə pul borc verib və Cavabdeh borcu bir il müddətinə qaytaracağını vəd edib. İcra qeydi əsasında həmin borcdan müəyyən hissəni qaytardığdan sonra yerdə qalan 7500 manat məbləğində borcu qaytarması barədə iddiaçı məhkəmədə cavabdehə qarşı iddia tələbi qaldırıb. Lakin İddiaçı məhkəmədə verdiyi izahatından aydın olur ki, iş məhkəmədə icraatda olduğu müddətdə Cavabdeh 7500 manat borcdan iddiaçıya 1500 bir dəfə, 900 manat da bir dəfə pul verib, hal-hazırda iddiaçı cavabdehdən ödənilməmiş 5100 manat əsas borcu, həmçinin kredit borcuna görə 2900 manat faiz və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulu tələb edir. Cavabdeh əsas borc olaraq iddiaçıya 5100 manat borcu olduğunu etiraf edərək, qaytaracağını vəd etsə də, digər məbləğlərin ona aidiyyatı olmadığını bildirmişdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5100 (beş min yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5100 (beş min yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1941/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1941/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver