Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1942/2025 22.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona olan 3000 manat pulu, razılaşdıqları kimi 4000 manat pulu və məhkəmə rüsumunu qaytarmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Xaçmaz rayonu «Arzu» Özəl Ticarət Mərkəzində ərzaq alveri ilə məşğuldur. Onun Cavabdeh2 anası Aleksandra və qardaşı Vaqiflə tanışlığı olmuşdur. Sonuncular hər dəfə onunla alış-veriş etmişlər. Münasibətləri yaxşı olmuşdur. 2022-ci ildə Cavabdeh2 həbsxanaya düşəndə, sonuncunun qeyri rəsmi arvadı Cavabdeh1 qaynanası Aleksandra ilə yanına gələrək ərinin həbsxanada olduğunu bildirmiş və tezliklə buraxılacağını bildirərək, borc pul istəmişlər. Əvəzində girov kimi Arzu öz pensiya kartını qoyacağını bildirmişlər. O, inanmış və kartı alıb, Arzuya 800 manat pul vermişdir. Arzunun kartından bir dəfə 180 manat pul çıxarıb götürmüşdür. Növbəti ay kartı bankomata daxil edəndə ksrt bankomatda qalmışdır. Bu ərəfədə Ruslan həbsxanadan buraxılmış və 17 avqust 2023-cü il tarixdə Arzu ilə yanına gələrək onlara müalicə üçün pul lazım olduğunu və bunun əvəzində həm Arzunun, həm də baldızı Elnurənin pensiya kartlarını girov qoyub, 1 il müddətində həmin pulu kartlar vasitəsilə ödəniləcəyini bildirmişlər. O, da müalicə məqsədilə istədiklərini, həm də əvvəlki pulunun da qaytarılacağını düşünərək, pulu vermək qərarına gəlmişdir. Əvvəlki 800 manat puldan 180 manatını almış, 620 manatı qalmışdır. O, Ruslana 620 manatın üzərinə 2380 manat pul vermiş, beləliklə də, borc 3000 manat olmuşdur. Elnurənin kartı birinci ayda bağlanmış, Arzunun kartından cəmi 220 manat çıxartmış və daha sonra kart yenə də bağlanmışdır. 2024-cü ilin fevralında kartı aktiv edib Arzu və Ruslan yenə ondan borc pul istəmişlər. Bu ərəfələrdə Ruslan maşınla qəza törətmiş, bir nəfəri vurmuş, yenidən həbsxanaya düşmüşdür. Arzu yanına gələrək kartları Ruslanın idarə etdiyini, onun belə şeylərdən başı çıxmadığını bildirmiş və Ruslan həbsxanada olduğu müddətdə borcu ödəyəcəyini bildirmiş, lakin ona vacib yenə pul lazım olduğunu bildirmişdir. O, yenə əvvəlki borclarını almaq naminə çarəsiz qalaraq Arzuya inanmışdır. Həm də bütün borcları öz üzərinə götürməklə Arzu ona 1000 manat lazım olduğunu bildirmişdir. O, Arzuya xx.xx.2023-cü il tarixində 1000 manat pul verərək əvəzində pensiya kartını almış, lakin Arzu kartı yenidən bağlamışdır. O, zəng edib pulunu tələb etdikdə qaynanası Aleksandra zənglərinə cavab vermiş, Arzunun Bakıda gözlərindən əməliyyat olduğunu, müalicə aldığını bildirmişdir. O, bu müddət ərzində pullarını Arzudan ala bilməmişdir. Ruslan həbsxanadan buraxılmış, Arzu ilə Quba rayonu, Küpçalqışlaq kəndində yaşayırlar. Cavabdehlər ona maddi ziyan vurmuşlar. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı ümumilikdə 2600 manat pul almış, həmin pulun əvəzində anası və yoldaşına məxsus pensiya kartlarını vermişdir. İddiaçı 8 ay ərzində həmin kartda olan pulları çıxartmışdır. Hazırda dəqiq nə qədər borcu olduğunu xatırlamır. Həqiqətən də o proqram vasitəsilə kartları bir neçə dəfə bloklamış və yeni kartlar çıxarmışdır. Belə ki, həmin ərəfələrdə onun özünə pul lazım olmduğundan pensiyaları özü istifadə etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı ümumilikdə 3000 manat pul almış, borcun təminatı kimi özünə məxsus pensaya kartını İddiaçı vermişdir ki, sonuncu borcu pensiya kartından çıxsın. Onun İddiaçı 3000 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı məxsus mağazada telefon vasitəsilə çəkilmiş videogörüntüdən göründüyü kimi, Cavabdeh1 İddiaçı 3000 manat borc pul aldığını və əvəzində 4000 manat qaytaracağını bildirmişdir. Həmin videoyazıyla bağlı Cavabdeh1 bildirmişdir ki, yazı yaza bilmədiyindən özü bu cür videoçəkiliş aparılmasını istəmiş, çəkilişdən xəbərdar olmuş və etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 müəyyən ehtiyacları üçün tanışı İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat pulu borc almışdır. Aralarında olan razılaşmaya görə Cavabdeh1 pulun əvəzində özünə məxsus kartı iddiaçıya vermişdir ki, sonuncu hər ay həmin kartda olan pulu götürməklə borcundan silinsin. Lakin, cavabdeh sözügedən kartı dəyişdiyi üçün iddiaçı həmin kartdan cəmi bir dəfə istifadə edərək, cəmi 220 manat pul çıxarmışdır. Cavabdeh1 qalan borcu qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmiş və nəticədə iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Cavabdeh1 məhkəmə iclasında həqiqətən də iddiaçıdan 3000 manat pul aldığını etiraf etmişdir. Telefon vasitəsilə çəkilmiş videogörüntüdən də görünür ki, Cavabdeh1 İddiaçı 3000 manat borc pul aldığını etiraf edir. Odur ki, Cavabdeh1 iddianı cəmi 3000 manat hissəsində qəbul etdiyini, eyni zamanda iddiaçının həmin cavabdehə məxsus kartdan borcun silinməsi adı ilə 220 manat nağdlaşdırmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh1 2780 (3000 - 220 = 2780) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Bunda başqa, iddia tələbinin Cavabdeh2 aid hissədə isə məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə iclasında 3000 manat pulu Cavabdeh2 deyil, Cavabdeh1 verdiyini bildirmişdir. Telefon vasitəsilə çəkilmiş videogörüntüdən də İddiaçı 3000 manat pulu Cavabdeh2 deyil Cavabdeh1 almışdır. Cavabdeh2 ilə iddiaçının arasında hər hansı bir mülki münasibət yaranmamışdır ki, ondan da öhdəlik doğurmuş olsun. Beləliklə də, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. İddia tələbinin “3000 deyil, 4000 manat, yəni əlavə olaraq 1000 manat da ödənilməsi ilə bağlı” hissəyə qiymət verərkən məhkəmə hesab edir ki, tərəflər arasında yazılı və şifahi razılaşmanın olması barədə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Belə ki, tərəflər arasında razılaşma, müqavilə və s. sübut yoxdursa cavadebdən yalnız borc kimi verilmiş 3000 manat tutula bilər, əks halda əlavə 1000 manat tələbinin olması əsassız varlanma sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2780 manat pul İddiaçı xeyrinə tutulsun. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. İddia əlavə 1000 manat tələbi hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1942/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1942/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver