Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1944/2023 09.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X16 oğlunun katibliyi, İddiaçı, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-940/2014 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq birgə nikahlarından olan 03 iyul 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində ödədiyi xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından 21 iyun 2005-ci il təvəllüdlü X14 və 03 iyul 2007-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən 18 noyabr 2014-cü il tarixində 110 nömrəli akt qeydi ilə aramızdakı nikah pozulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-940/2014 nömrəli, 10 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X7 ilə birgə nikahlarından olan 21 iyun 2005-ci il təvəllüdlü X14 və 03 iyul 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X3 hər ay 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Qeyd edilən aliment məbləği uşaqların maddi təlabatlarını qətiyyən ödəmirdi. Bununla yanaşı cavabdehlə birgə nikahdan doğulmuş oğlu 21 iyun 2005-ci il təvəllüdlü X14 artıq yetkinlik yaşına çatmışdır. Digər övladı 03 iyul 2007-ci il təvəllüdlü X8 da artıq böyümüş, xərcləri artmışdır. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 75 manat məbləğində aliment bir uşağın bir aylıq təlabatını qətiyyən ödəmir. O, özü uşağının tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Oğlunun məktəblə bağlı təminatlarını tək başına qarşılayır. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşağının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada cavabdeh X7 ilə məsələnin həll edilməsi üçün mediasiyaya müraciət etsə də, cavabdeh X7 mediasiyanm keçirilməsi ilə bağlı görüşə gəlməmiş, buna görə də, ona 05 iyul 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hər bir halda alimentin artırılması zamanı onun maddi, ailə vəziyyəti, uşaqlarının yaşı, ölkədə dolanışıq vəziyyəti nəzərə alınmaldır. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. O, ilkin mediasiya prosesi zamanı 50 manat məbləğində rüsum ödədiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun 9.1-1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə zamanı dövlət rüsumunu ödəməkdən azaddır. İş üzrə cavabdeh X7 iddiaya etiraz təqdim edərək, İddiaçı iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, X2 Quba Mənzil Kommunal təsərrüfatı Birliyində "süpürgəçi" vəzifəsində çalışır, rəsmi maaşım 374 (üç yüz yetmiş dörd) manat təşkil edir. Gəliri azdır, buna baxmayaraq hər ay övladlarına 150 (yüz əlli) manat alimenti vaxtında, geçikdirmədən tam şəkildə ödəyir. 2015 ci ildən yenidən ailə qurmuş, nəzərə alınmasını xahiş edirəm ki, ikinci ailəsindən xx.xx.2016-cı ildə X15 və xx.xx.2021 ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Alimenti ödəməyinə baxmayaraq övladlarını görə bilmir. X19 autizim, davranış pozğunluğu və yaş kiçikliyi aşkar olunub, övladı məktəbə belə gedə bilmir, evdə təhsil alır, onun müalicəsinə müəyyən miqdar pul tələb olunur. X1 övladı xəstə olduğuna görə evdar xanımdır, işləyə bilmir. Xahiş edir ki, onun ailə vəziyyətini və maaşını nəzərə alaraq alimentin artımı təmin edilməsin. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X7 iddianı qismən qəbul edərək, göstərmişdir ki, Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçıya uşağların saxlanması üçün təyin olunmuş alimenti müntəzəm olaraq ödəyir. Hər ay 100 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Belə ki, iddiaçıdan ayrılqdan sonra o, yeni ailə qurmuşdur və yeni ailəsindən iki uşağı vardır. Özü 325 manat əmək haqqı alır, səhhəti və maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 668827 nömrəli və AZ-İİ 495342 nömrəli doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il tarixdə X14 və xx.xx.2007-ci il tarixdə X8 doğulmuşlar; Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X7 ilə X11 arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. Qadına Kərimova soyadı verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-940/2014 saylı qətnaməsindən görünür ki, Məlikova (Kərimova) Hökümə Qafar qızı ilə X4 birgə nikahından xx.xx.2005-ci il tarixdə doğlumuş X14 və xx.xx.2007-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 may 2014-cü il tarixdən hər uşağa görə ayda 75 manat olmaqla, X3 hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq, Məlikova (Kərimova) Hökümə Qafar qızına ödənilməsi qət edilmişdir; xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-00854 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 06 iyun 2022-ci il tarixli, tibbi rəyindən görünür ki, İddiaçı görmə sinirinin atrofiyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyətinin “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinin 13 sentyabr 2023-cü il tarixli 5-61/2-132/2023 saylı arayışından görünür ki, X7 xx.xx.2020-ci il tarixindən hal-hazıra kimi “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyində süpürgəçi işləyir. Aylıq əmək haqqısı 374 manatdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-940/2014 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X14 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 75 manat olmaqla, X3 hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq, Məlikova (Kərimova) Hökümə Qafar qızına verilməsi müəyyən edilmişdir. Həmin uşaqlardan X14 yetkinlik yaşına çatmışdır. Hazırda təyin edilmiş aliment uşaqın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-940/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh X3 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat cavabdeh X3 tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə m ünasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-940/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh X3 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat cavabdeh X3 tutularaq, İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 31,40 (otuz bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1944/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1944/2023
09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver