Məhkəmə qərarları › İş №2(027)-1954/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-1954/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-1954/2021 02.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, 23.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000 (on min) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun, borcludan - Borclu tutularaq, ona ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, onunla Borclu arasında 23 sentyabr 2020-ci il tarixdə Xaçmaz şəhərində kredit müqaviləsi bağlanmışdır. 23 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Borclu 23 sentyabr 2020-ci il tarixdə ondan 23 iyul 2021-ci il tarixədək qaytarmaq şərtilə 10000 manat məbləğində borc almışdır. Borclu kredit müqaviləsinin üzrə qeyd edilmiş müddət bitsə də, həmin borcu ödəməmişdir. Dəfələrlə Borclu borcunu ödəməsi üçün şifahi müraciət edib, lakin bu heç bir fayda verməmişdir. Nəticədə Borclu 23 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 manat borcu qaytarmamışdır. Borclu ilə bağlanmış 23 sentyabr 2020-ci tarixli kredit müqaviləsinin 9-cu maddəsinə əsasən borcunu məhkəmə yolu ilə tələb etmək qərarına gələrək, 23.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000 (on min) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun, borcludan - Borclu tutularaq, ona ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, X2 tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor ilə Borclu arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor Borclu 10.000 (on min) manat borc pul verib və müqavilə Xaçmaz rayonu 1 saylı notariat ofisində təsdiq olunub. İşdə olan AZE 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kreditor ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Quba rayonu İqriq kəndində qeydiyyatda olan, xx.xx.1981-ci il təvəllüdlü Borclu 23.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000 (on min) manat məbləğdə borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar