Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1956/2023 21.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh1 və X1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti və cavabdeh - Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli, 3265 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit üzrə gecikmiş borc məbləği 1.527.23 (bir min beş yüz iyirmi yeddi manat iyirmi üç qəpik) AZN, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 624,64 (altı yüz iyirmi dördmanat altmış dörd qəpik) AZN olmaqla, cəmi 2.151,88 (iki min bir yüz əlli bir manat səksən səkkiz qəpik) AZN məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 42 (qırx iki) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq birdəfəlik şəkildə iddiaçı - "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT MMC məhkəməyə ərizə göndərərək, cavabdehlərlə borcun restruktruzasiya edilməsinə dair aralarında razılıq olduğunu, ona görə də 2(027)- 1956/2023 saylı mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin Cavabdeh1 və X1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı BOKT MMC-nin Cavabdeh1 və X1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1956/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1956/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver