Məhkəmə qərarları › İş №2(027)-1961/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1961/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1961/2021 28.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2163.72 manat məbləğində kredit borcu, 600.30 məbləğində faiz borcu və 972.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3736 (üçmin yeddi yüz otuz altı) manat 17 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 18.12.2014-cü il tarixli 032L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılıb. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 14.02.2019-cu il tarixli 011R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.08.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1336.28 manat ödəmiş, onun 2163.72 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytaranadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10.08.2021-ci il tarixə 361 gün üçün hesablanmış faiz borcu 600.30 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2163.72 manat məbləğində kredit borcu, 600.30 məbləğində faiz borcu və 972.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3736 (üçmin yeddi yüz otuz altı) manat 17 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh1 bildirdi ki, onun azyaşlı övladı var və ona aliment ödəyir. Yaxınlarda əmlak bölgüsü olacaq o özünə düşən hissəni satıb kreditini bağlayacaq. Buna baxmayaraq o, hazırda iddianın 2163 manat əsas hissəsində qəbul edir, faiz və cəriməni qəbul etmir. Məhkəmədə iş üzrə Cavabdeh2 bildirdi ki, iddianın əsas məbləğdə olan hissəni qəbul edir, faiz və cərimə hissəsini isə qəbuı etmir. Məhkəmədə iş üzrə Cavabdeh3 iddianın əsas məbləğdə olan hissəni qəbul etdiyini, faiz və cərimə hissəsini isə qəbul etmədiyinin bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.12.2014-cü il tarixli 032L**********98 saylı uzunmüddətli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı kredit müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı-nin 14.02.2019-cu il tarixli 011R********** saylı kredit razılaşması əsasında İddiaçı tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli maliyə arayışından görünür ki, borclu Cavabdeh1 İddiaçı-yə 2163.72 manat məbləğində kredit borcu, 600.30 məbləğində faiz borcu və 972.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3736 (üçmin yeddi yüz otuz altı) manat 17 qəpik məbləğində borcu vardır. İş materiallarında olan 032S**********901 saylı zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 14.02.2019-cu il tarixli kredit 011R********** saylı kredit razılaşması müqaviləsindən irəli gələn öhdəlikləri tamamamilə icra etməsi üçün İddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 011S**********01 saylı zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 14.02.2019-cu il tarixli kredit 011R********** saylı kredit razılaşması müqaviləsindən irəli gələn öhdəlikləri tamamamilə icra etməsi üçün İddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan Maps arayışdan və AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 Quba rayonu Bərqov kəndində; AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh3 Quba rayonu İsnovqışlaq kəndində; AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh2 Quba rayonu Vəl-Vələ kəndində qeydiyyatdadır. İş materiallarında olan 23.08.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehlərin banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə onların barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdilər. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla əsasən belə nəticəyə gəlinir ki, İddiaçı-nin iddia ərizəsi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada 011R********** saylı kredit razılaşması üzrə 2163 (iki min yüz altmış üç) manat 72 qəpik məbləğində kredit borcu, 600 (altı yüz ) manat 30 qəpik məbləğində faiz borcu, 72(yetmiş iki) manat 15 qəpik cərimə borcu, cəmi 2836 (iki min səkkiz yüz otuz altı) manat 17 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada 011R********** saylı kredit razılaşması üzrə 2163 (iki min yüz altmış üç) manat 72 qəpik məbləğində kredit borcu, 600 (altı yüz ) manat 30 qəpik məbləğində faiz borcu, 72(yetmiş iki) manat 15 qəpik cərimə borcu, cəmi 2836 (iki min səkkiz yüz otuz altı) manat 17 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar