Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1964/2024 17.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə birgə nikahlarından anadan olmuş uşaqları -14 avqust 2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləği artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment cavabdeh X3 tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh X5 arasındakı nikah pozulmuşdur. Birgə nikahdan 14 avqust 2012-ci il təvəllüdlü X9 anadan olmuşdur. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba rayon məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(027)-1531/2013 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X6 11 yaşı var. Quba rayon rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan yalnız iki dəfə 5 ayın aliment məbləğini iki hissəli formada ödəmişdir. Həmin vaxtdan bu günki tarixədək cavabdeh heç bir ödəniş etmir. Bu barədə icra məmuruna məlumat verilsə də heç bir nəticə verməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh bu vaxta qədər aliment borcundan heç bir ödəniş etməmişdir. Müəyyən olunan məbləğ uşaqların nəinki saxlanması, hətta tək qidalanması üçün yetərli deyildir. Ona görə də alimentin artırılmasını xahiş edir. İş üzrə cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 909583 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 14 avqust 2012-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(027)-1531/2013 saylı qətnaməsindən görünür ki, İsabalayeva (Abasova) Aysel Ramiz qızı ilə X5 arasında Quba RİHB-nin Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyində bağlanmış 24 noyabr 2011-ci il tarixli nikah qeydi pozulmuş, X8 iddiaçı İsabalayeva (Abasova) Aysel Ramiz qızının yanında saxlanılmış, 14 avqust 2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması X3 01 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İsabalayeva (Abasova) Aysel Ramiz qızma verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 456241 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və İddiaçı arasında nikah xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Quba şəhər Zaur Cəfərov adına 3 nömrəli ram orta məktəbin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 14 avqust 2012-ci il təvəllüdlü X8 həmin məktəbin Vİİ sinif şagirdidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00736 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər razılığa gələ bilməmiş, İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(027)-1531/2013 saylı qətnaməsinə əsasən İsabalayeva (Abasova) Aysel Ramiz qızı ilə X5 arasında Quba RİHB-nin Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyində bağlanmış 24 noyabr 2011-ci il tarixli nikah qeydi pozulmuş, X8 iddiaçı İsabalayeva (Abasova) Aysel Ramiz qızının yanında saxlanılmış, 14 avqust 2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması X3 01 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İsabalayeva (Abasova) Aysel Ramiz qızma verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 14 avqust 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(027)-1531/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh X3 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia uşağın saxlanması üçün 200 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 250 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14 avqust 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(027)-1531/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh X3 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 32,84 (otuz iki manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1964/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1964/2024
17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver