Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1989/2020 01.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, X6 X3 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə X6 X3 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 X5 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Mərkəzin Rustov meşəbəyliyinin 3 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan vələs cinsindən 1 ədəd 40 sm, 3 ədəd 44 sm, 4 ədəd 48 sm diametrlərində olmaqla, ümumilikdə 8 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 567,94 (beş yüz altmış yeddi manat doxsan dörd qəpik) manat məbləğində ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Meşə Fonduna vurulmuş 567,94 (beş yüz altmış yeddi manat doxsan dörd qəpik) manat məbləğində ziyanın tutulub Quba Regional X3 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə tədqim etməklə iddia tələbinin həcmini azaldaraq, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 292,72 (iki yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində ziyanın Quba Regional X3 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba Regional X3 nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbinin ziyanın 292,72 (iki yüz doxsan iki manat yetmiş iki) manat hissəsində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, iddianı qəbul etdiyini və yaxın vaxtlardaimkanı daxilində borcundan ödəniş edəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində Quba Regional X5nə ziyan dəymişdir. Hazırda iddiaçı tərəf ziyanın 292,72 (iki yüz doxsan iki manat yetmiş iki qəpik) manat hissəsində ödənilməsini tələb edir. Cavabdeh isə buna etiraz etmir. Belə ki, iş materiallarında olan: Quba Regional X3 xx.xx.2020-ci il tarixli 615 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ümumilikdə 8 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 567,94 (beş yüz altmış yeddi manat doxsan dörd qəpik) manat məbləğində ziyan vurmuşdur; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 61061 nömrəli aktından görünür ki, Cavabdeh qanunsuz yolla meşədən vələs cinsindən 1 ədəd 40 sm, 3 ədəd 44 sm, 4 ədəd 48 sm diametrlərində oduncaq aparmışdır; həcm-qiymət cədvəllərindən görünür ki, 7,26 m3 həcmində oduncağın ümumi qiyməti 292,72 (iki yüz doxsan iki manat yetmiş iki qəpik) manat, 6,90 m3 həcmində oduncağın qiyməti 275,22 (iki yüz yetmiş beş manat iyirmi iki qəpik) manat olmaqla, ümumilikdə 567,94 (beş yüz altmış yeddi manat doxsan dörd qəpik) manat hesablanmışdır; inzibati xətalar haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Mərkəzin Rustov meşəbəyliyinin 3 saylı dolayının ərazisindən qanunsuz yolla meşəqırma bileti olmadan ümumilikdə 8 ədəd yaş köküstə ağacları kəsməklə İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Quba RMTM-nin inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Mərkəzin Rustov meşəbəyliyinin 3 saylı dolayının ərazisindən qanunsuz yolla meşəqırma bileti olmadan ümumilikdə 8 ədəd yaş köküstə ağacları kəsdiyinə görə İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 292,72 (iki yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində vəsait tutularaq Quba Regional X3 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 292,72 (iki yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində vəsait tutularaq Quba Regional X3 (Benefisiarın hesabı: AZ51CTRE**********0002194701, VÖEN: **********, büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3) hesabına köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1989/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1989/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver