Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1998/2020 26.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-306/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş cavabdehlə birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 510 manat sabit pul məbləğində alimentin cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2013-cü il tarixdə Quba rayon qeydiyyat şöbəsində 289 №-li nikah aktını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahılarından xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşlar. Quba Rayon Məhkəməsinin 2(027)-306/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-306/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X2 və 3 1.05.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşaqların saxlanılmasında o, bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun verilən aliment uşaqların ehtiyyaclarını ödəmir. Cavabdeh bir ata kimi azyaşlı uşaqların necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, hal-hazırda işsiz olduğunu və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-306/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-306/2018 nömrəli, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Quba rayon qeydiyyat şöbəsində bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 289 nömrəli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulan X6, X5 və X4 İddiaçı yanında saxlanılması, xx xxxx 2014-cü il təvəllüdlü X6, xx xxxx 2016-cı il təvəllüdlü X5 və xx xxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment, xx xxxx 2016-cı il təvəllüdlü X5 və xx xxx 2017-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən, uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşağ böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-306/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-306/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1998/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1998/2020
26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver