Məhkəmə qərarları › İş №2(027)-200/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-200/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-200/2021 19.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı ləğv prosesində olan «İddiaçı” ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan «İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin və ona hesablanmış faizlərin qaytarılması» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ləğv prosesində olan «İddiaçı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3004,54 ABŞ dolları məbləğində əsas borc, 1135,50 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 4140,04 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həİİ edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 24 manat notariat xərcinin tutulub iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Ləğv Prosesində olan «İddiaçı” ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-cı il tarixli, 2582 SBFFK N-li «Kredit müqaviləsi»nə əsasən, şəxsi məqsədlər üçün 36 (otuz altı) ay müddətinə, 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2582 SBFFK N-li «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə “Zaminlik” müqaviləsi bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin banka xx xxxxxxxx 2020-ci il tarixə 3004,54 ABŞ dolları məbləğində əsas borc, 1135,50 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 4140,04 ABŞ dolları məbləğində kredit borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Həmçinin xx xxxxxx 2019-cu il tarixdə Bank tərəfindən cavabdehə bildiriş göndərilməklə Cavabdeh1 yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif olunsa da cavabdeh yenə də Banka gəlməmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3004,54 ABŞ dolları məbləğində əsas borc, 1135,50 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 4140,04 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həİİ edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 24 manat notariat xərcinin tutulub iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəməyə teleqram göndərərək qeyd etmişdir ki, İddiaçı ona və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olmuşdur və qəbul etməyərək etirazlarını tədqim etmişdir. Belə ki iddaçi İddiaçı tələblə bağlı iddia müddətini keçirmiş və əsassız olaraq məhkəmədə iddia qaldırmışdır.Bundan başqa, məhkəmə iclası xx xxxxxx 2021-cl il tarixinə təyin edilmişdir. Qeyd etmişdir ki, o vətən müharibəsindən gəlmiş və hazırda Bakı şəhərində xidmətilə əlaqədar işdədir və məhkəmə iclaslarında iştirak edə bilmir. Buna görə də işə iştirakları olmadan baxaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Мəhkəmə iddiaçı Ləğv Prosesində olan «İddiaçı” ASC-nin nümayəndəsi X3 dinləyib, Cavabdeh2 ərizəsini nəzərdən keçirərək, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-cı il tarixli, 2582 SBFFK N-li «Kredit müqaviləsi»nə əsasən bank borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 4500 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə bağlanmış “Zaminlik” müqaviləsindən görünür ki, 2582 SBFFK nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı-nə ümumilikdə 4140,04 ABŞ dolları kredit borcu təşkil edir. İş materiallarında olan MAPS arayışından məlum olur ki, Cavabdeh2 Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan MAPS arayışından məlum olur ki, Cavabdeh1 Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən “zaminlik müqaviləsi” üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması özrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh1 ilə «İddiaçı” ASC arasında bağlanmış xx.xx.2015cı il tarixli, 2582 SBFFK nömrəli kredit müqaviləsinə əsasən ümumilikdə 4140,04 ABŞ dolları məbləğində kredit borcu təşkil edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 3004,54 ABŞ dolları məbləğində əsas borc, 1135,50 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 4140,04 ABŞ dolları məbləğində borcun, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 24 manat notariat xərcinin tutulub iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 3004,54 (üç min dörd) ABŞ dolları 54 sent məbləğində əsas borc, 1135,50 (bir min yüz otuz beş) ABŞ dolları 50 sent məbləğində faiz borcu, ümumilikdə 4140,04 (dörd min yüz qırx) dolları 04 sent məbləğində borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlər rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 24 (iyirmi dörd) manat məbləğində notariat xərci tutulub iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar