Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2002/2022 11.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi İddiaçı və onun vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və 200 manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında hər iki tərəf mülki iş üzrə barışıq sazişinin şərtlərini qəbul edərək işi barışıqla tamamlanmasını məhkəmədən xahiş etdilər. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. Cavabdeh "xxxx" MMC arasında bağlanmış 11 oktyabr 2017-ci il tarixli, M-2459 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 167 ünvanında “AAAF Park” yaşayış massivində inşa edilmiş 28 saylı küçənin 2 saylı yaşayış binasında 177 nömrəli mənzili İddiaçı adına rəsmiləşdirir, (özgəninkiləşdirir, bağışlayır) həmin mənzilin rəsmiləşdirmə xərcləri Cavabdeh tərəfindən ödənilir.
2. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 13 noyabr 2017-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0106 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Dövlət reyestrindən çıxarış aldıqdan sonra həmin torpaq sahəsi və üzərində olan evlə birlikdə İddiaçı adına rəsmiləşdirir (özgəninkiləşdirir, bağışlayır), həmin evin və torpaq sahəsinin rəsmiləşdirmə xərcləri Cavabdeh tərəfindən ödənilir.
3. İddiaçı Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunduğu vaxtdan Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş Cavabdeh məxsus “Mitsubishi Montero” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair iddia tələbindən imtina edir.
4. İddiaçı Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunduğu vaxtdan Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddiasından imtina edir.
5. Cavabdeh İddiaçı hal-hazırda yaşadığı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində olan cehiz əmlakını satması zamanı olan maneə olmayacaqdır.
6. İddiaçı Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunduğu vaxtdan 10 gün ərzində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxmasını öz öhdəsinə götürür.
7. İddiaçı cehiz əmlakı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində qalarsa onu almaq üçün qabaqcadan Cavabdeh xəbərdar etməklə gəlib aparacaqdır və buna Cavabdeh etiraz etmir.
8. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra İddiaçı bir daha hazırkı iddia tələbinə dair məhkəməyə müraciət etməyəcəkdir və Cavabdeh qarşı heç bir tələbi olmayacaqdır.
9. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra Cavabdeh İddiaçı qarşı heç bir tələbi olmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh "xxxx" MMC arasında bağlanmış 11 oktyabr 2017-ci il tarixli, M-2459 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 167 ünvanında “AAAF Park” yaşayış massivində inşa edilmiş 28 saylı küçənin 2 saylı yaşayış binasında 177 nömrəli mənzili İddiaçı adına rəsmiləşdirir, (özgəninkiləşdirir, bağışlayır) həmin mənzilin rəsmiləşdirmə xərcləri Cavabdeh tərəfindən ödənilir.
2. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 13 noyabr 2017-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0106 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Dövlət reyestrindən çıxarış aldıqdan sonra həmin torpaq sahəsi və üzərində olan evlə birlikdə İddiaçı adına rəsmiləşdirir (özgəninkiləşdirir, bağışlayır), həmin evin və torpaq sahəsinin rəsmiləşdirmə xərcləri Cavabdeh tərəfindən ödənilir.
3. İddiaçı Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunduğu vaxtdan Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş Cavabdeh məxsus “Mitsubishi Montero” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair iddia tələbindən imtina edir.
4. İddiaçı Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunduğu vaxtdan Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddiasından imtina edir.
5. Cavabdeh İddiaçı hal-hazırda yaşadığı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində olan cehiz əmlakını satması zamanı olan maneə olmayacaqdır.
6. İddiaçı Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunduğu vaxtdan 10 gün ərzində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxmasını öz öhdəsinə götürür.
7. İddiaçı cehiz əmlakı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində qalarsa onu almaq üçün qabaqcadan Cavabdeh xəbərdar etməklə gəlib aparacaqdır və buna Cavabdeh etiraz etmir.
8. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra İddiaçı bir daha hazırkı iddia tələbinə dair məhkəməyə müraciət etməyəcəkdir və Cavabdeh qarşı heç bir tələbi olmayacaqdır.
9. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra Cavabdeh İddiaçı qarşı heç bir tələbi olmayacaqdır. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rahim Həsənov