Məhkəmə qərarları › İş №2(027)-2005/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2005/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2005/2022 29.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 manat məbləğində pulun və 42 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yaşayan Cavabdeh mebel ustasıdır. Cavabdeh 2021-ci ilin dekabr ayında 2100 (iki min yüz) manat məbləğində pul verərək mebel hazırlamasını istəmişdir. Lakin, mebellərin hazırlanması üçün lazım olan vəsaiti yəni 2100 (iki min yüz) manat məbləğində pulu cavabdehə verdikdən sonra, cavabdeh mebellər hazır olduqdan sonra ona xəbər verəcəyini bildirmişdir. Dəfələrlə Cavabdeh mebellərin hazır olmasını soruşduqda 7 aydan çox keçməsinə baxmayaraq mebelləri hazır etməmişdir. O, məsələ ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişdir, Cavabdeh Polis şöbəsində verdiyi izahata görə 2021-ci ilin dekabr ayında 2100 (iki min yüz) manat məbləğində pulu mebel hazırlaması üçün ondan aldığını, lakin həmin vaxtdan indiyə kimi başqa işlə məşğul olduğu üçün onun mebellərini hazırlaya bilmədiyini etiraf etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, ona cavabdeh tərəfindən 300 manat məbləğində taxta verilmiş heç bir iş görülməmişdir. Beləliklə, cavabdehin ona 1800 manat məbləğində borcu qalmış və iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar cavabdeh məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Quba rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, Quba rayonu Çartəpə kənd sakini İddiaçı 2021-ci ilin dekabr ayında 2100 manat məbləğində pulu mebel düzəltmək məqsədi ilə almış, həmin puldan 700 manat dəyərində mebeli Məmmədəlinin evinə aparmışdır. Həmin vaxtdan bu günə kimi başqa işlə məşqul olduğundan onun mebelini tam təmir edib qaytarmamışdır. Yaxın vaxtlarda İddiaçı mebelinin pulunu və yaxud mebeli tam təmir edib qaytaracaqını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh 2100 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etsə də, məhkəmə iclasında cavabdehin ona 1800 manat məbləğində pul borclu olduğunu qeyd etmişdir. Bundan başqa, cavabdeh Quba rayon Polis Şöbəsinə verdiyi izahatında iddiaçıdan mebel hazırlanması 2100 manat məbləğində pul aldığını, 700 manat məbləğində mebel taxtasını iddiaçıya verdiyini qeyd etsə də, bununla bağlı sübut mövcud deyil. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, Cavabdeh 1800 manat məbləğində pul alınaraq iddiaçıya verilməldir. İddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh verilsin. İddiaçı tərəfindən ödənilmiş 42 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar