Məhkəmə qərarları › İş №2(027)-2006/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2006/2022

27.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2006/2022 27.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1430/2020 saylı qətnaməsi ilə təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 29 iyun 2013-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurub. Nikahı Quba rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 214 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 11 sentyabr 2014-cü il təvəllüdlü qızı Xədicə doğulmuşdur. Bildirir ki, cavabdeh 17 mart 2016-cı il tarixdə onu qızı Xədicə ilə valideynlərinin evinə qoyaraq getmişdir. Həmin vaxtdan valideynlərinin himayəsində yaşayır. Qeyd edir ki, Cavabdeh ilə aralarında olan 29 iyun 2013-cü il tarixli nikahı Quba rayon məhkəməsinin 18.01,2018-ci il tarixli 2(027)-46/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Quba rayon Məhkəməsinin 2(027)-1430/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsilə alimentin miqdarının artırılması tələbi qismən təmin olunmuş, 11 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Quba rayon məhkəməsinin 06 dekabr 2017-cı il tarixli, 2(027)-4408/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən olunmuşdur. Hazırda həmin məbləğdə aliment uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Özü heç bir yerdə işləmir, valideynlərinin himayəsində yaşayır. Maddi vəziyyəti çox acınacaqlıdır, qızı məktəblidir, onun saxlanılmasında maddi çətinlik çəkir. Cavabdeh Bakı şəhərində günəmuzd işlərdə işləyir, maddi vəziyyəti olduqca yaxşıdır. Lakin qızının saxlanılmasında kömək etmir, ata kimi övladı qarşısında olan öhdəliklərini yerinə yetirmir, ümumiyyətlə qızı ilə maraqlanmır. Bildirir ki, hazırki məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyyaclarını ödəmir. Uşaq böyüdükcə yeməyə, geyimə və digər ehtiyyaclara tələbatı da artır.Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət edib. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiyaya dair xərc onun tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1430/2020 saylı qətnaməsi ilə təyin edilmiş 140 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, mühafizədə işləyir. iddia tələbində göstərilən məbləğdə aliment ödəmək iqtidarında deyil, atası rəhmətə gedib, anası xəstədi, özü kirayəşin qalır. İddiaçının özü işləyir. Maksimum 150 manat məbləğində aliment ödəmək imkanı olduğunu qeyd edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1430/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş,11 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Quba rayon məhkəməsinin 06 dekabr 2017-cı il tarixli, 2(027)-4408/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1430/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş,11 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Quba rayon məhkəməsinin 06 dekabr 2017-cı il tarixli, 2(027)-4408/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşağın tələbatlarını ödəmədiyindən uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 ( iki yüz ) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh maddi imkanının aşağı olmasını, kirayədə yaşamasını qeyd edərək, alimenti məbləğini 150 manat hissədə qəbul edərək, iddianın həmin məbləğdə təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2022ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1430/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün hazırki qətnamə qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1430/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün hazırki qətnamə qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar