Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2008/2025 15.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh zərərin əvəzi 18900 (on səkkiz min doqquz yüz) manat və ödədiyi 147 (yüz qırx yeddi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2007-ci il tarixdə Cavabdeh ilə ona və valideynlərinə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu Hacıqayıb kəndində yerləşən 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,50 ha hissəsinin 1100 (bir min bir yüz) manata ona satılmasına dair razılığa gəliblər. Onun tərəfindən razılaşdığları 1100 (bir min bir yüz) manat məbləğində pul Cavabdeh ödənmişdir, həmin torpaq sahəsi onun sahiblik və istifadəsinə verilmişdir, lakin cavabdeh müxtəlif bəhanələrlə notariat ofisinə getmədiyi üçün həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etdirmək mümkün olmamışdır. Mövcud vəziyyətdə cavabdeh pulunu verərək aldığı həmin torpaq sahəsinin ona qaytarılmasını tələb etmişdir. Bildirir ki, Quba rayonu Hacıqayıb kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar qiyməti 2007-ci il tarixdə 1100 (bir min bir yüz) manat təşkil etdiyi halda, hazırki tarix üçün 20.000 (iyirmi min) manat təşkil edir. Bununla da o Quba rayonu Hacıqayıb kəndində həmin torpaq sahəsinə uyğun 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hazırki tarixdə almaq üçün 20.000 (iyirmi min) manat pul ödəməlidir, yəni 2007-ci il ilə müqayisədə fərq 18.900 (on səkkiz min doqquz yüz) manat təşkil edir. Bununla da 2007-ci il tarixdə onun pulunu verərək aldığı Quba rayonu Hacıqayıb kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etdirmək üçün cavabdehin notariat ofisinə getməməsi və hazırda həmin torpaq sahəsini geri tələb etməsi səbəbindən o 18.900 (on səkkiz min doqquz yüz) manat məbləğində zərərə düşmüşdür. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı ərizəyə uyğun izahat verərək, bildirdi ki, o cavabdehə və ailə üzvlərinə məxsus 0.50 ha torpaq sahəsini aralarındakı razılaşma ilə satın alıb, lakin həmin vaxt müəyyən məsələlərə görə alqı-satqını rəsmləşdirə bilməyib. Torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etdirmək üçün cavabdeh notariat ofisinə getmək istəmir, üstəlik həmin torpaq sahəsini geri tələb edir. O həmin torpağın pulunu ödəyib, orda yeni bağ salıb, neçə il bağa qulluq edib,bu səbəbdən ona dəyən ziyanı tələb edir və iddianı müdafiə edərək, təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı 30 ilə yaxındır onun torpağından istifadə edir, külli miqdarda gəlir əldə edib. 0.50 ha bağ sahəsini 1100 manat deyil, 6000 ABŞ dollarına razılaşıblar, ona isə cəmi 800 manat beh verib, qalan hissəsi qalıb. Həmin torpaq ipotekada olduğu üçün alqı-satqını rəsmləşdirə bilməyib. Sonradan torpaq sahəsinin üzərindən yüklülük götürüldükdən sonra dəfələrlə iddiaçıya qalan pulun da verib alqı-satqını rəsmləşdirmək lazım olduğunu bildirsə də iddiaçı bundan boyun qaçırıb. O məcbur olub məhkəməyə müraciət edib, şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsi onun xeyrinə qətnamə çıxarıb. 6500 manat məbləğlə razılığa gəliblər, o da zərəri qaytarıb, mübahisə bununla da bitib. Ona görədə iddiaçının hazırki iddiasını əsassız sayaraq rədd edilməsini xahiş edir. III. İşin faktiki halları: İş materiallarında olan Rusiya Federasiyasında daxil olmuş ərizənin tərcümə olunan surətindən görünür ki, X1 atası Cavabdeh və onun valideynlərinə məxsus Quba rayonu, Hacıqayıb kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2007-ci il tarixində İddiaçı 1100 manat məbləğinə satmış və həmin məbləği tam şəkildə almışdır. Quba rayonu, Hacıhüseynli İƏD üzrə nümayəndəliyindən verilmiş 31.7.2025-ci il tarixli arayışına əsasən JN-171 Dövlət Aktına əsasən Yusifov Xaspolad, Yusifova Nazilə və Yusifov Namik xaspolad oğluna məxsus 1.40 ha torpaq sahəsi Hacıqayıb kəndində mövcuddur. Həmin torpaq saəsinin 0.50 ha sahəsini 2007-ci ildə öz aralarında razılaşaraq İddiaçıa istifadəyə və sahibliyinə verilmiş, həmin torpaq sahəsini 2024-cü ilin dekabr ayına kimi istifadə etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-121/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaranmış maneələrin aradan qaldırılması, əldən çıxmış fayda və ziyan” tələbinə dair ilkin, İddiaçıCavabdeh qarşı pul tələbinə dair qarşılıqlı idda üzrə Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD 30313088 nömrəli Dövlət Aktına əsasən 1,40 ha torpaq sahəsinin 0,50 ha hissəsindən çıxarılması, 7430 (yeddi min dörd yüz otuz) manat məbləğdə əldən çıxmiş ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin İddiaçı tutulub Cavabdeh verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh 20363 manat 50 qəpik məbləğdə pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmş, Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(027)-127/2022 nömrəli qətnaməsi qarşılqlı iddia tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılması, qarşılıqlı iddia tələbi üzrə iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh 1000 (min) manat alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Ali Məhkəmənin qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Sübüt qismində cavabdehin oğlunun ərizəsi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh öz övladı ilə aralarında mübahisə olduğunu, birgə yaşamadıqlarını qeyd etmiş, belə halda onun yazdığı ərizə şübhə doğurur. Həmin dövrdə bağlanmış analoji alqı-satqı müqavilələrində torpağın bir sotunun qiymətinə münasibətdə müəyyən edilmiş qiymətlər iş üzrə sübüt qismində qəbul edilə bilməz, belə ki, Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 398.1ci maddəsinə əsasən Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Yəni 3-cü şəxslərin alqı-satqı müqaviləsi zamanı qiymət barədə razılaşması hazırkı iş üzrə iddiaçı və cavabdehin torpağın alqı-satqısı zamanı olan iradə ifadəsini müəyyən etmir. Bundan əlavə müqavilənin qiyməti, ödənilibödənilməməsi ilə bağlı, həmçinin müqavilənin rəsmləşdirilməməsi ilə bağlı qarşı tərəfin təqsiri ilə bağlı hallar müəyyən edilməmişdir. Mülki Məcəllənin 648.2-ci madəsinə əsasən Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2008/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2008/2025
15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver