Məhkəmə qərarları › İş №2(027)-2020/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2020/2020

14.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2020/2020 14.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı ləğv prosesində olan “xxxx” ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 272 (iki yüz yetmiş iki) ABŞ dolları əsas, 8 (səkkiz) ABŞ dolları faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 15 (on beş) ABŞ dolları faiz borcu olmaqla, cəmi 295 (iki yüz doxsan beş) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 106.LN.1609.180615.R.00001 saylı istehlak krediti müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 20% (iyirmi faiz) ödənilmək şərtilə 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində şəxsi məişət ehtiyaclarının ödənilməsi məqsədilə kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 106.LN.1609.180615.R.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx xxxxxx 2016-cı il, sonuncu ödəniş isə xx xxxxxxxx 2019-cu il tarixdən gec olmayaraq həyata keçirilir, Borc alan istifadə etdiyi kreditə görə Kreditora illik 13.40 (on üç tam yüzdə qırx) faiz ödəyir, eyni zamanda Kreditor Borcalana 39.59 (otuz doqquz dollar, 59 sent) ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 5.96 (beş dollar, 96 sent) ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunaraq kreditin ümumi məbləği 3017.57 (üç min on yeddi dollar, 57 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş vaxtında ödəməmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixinə Banka ödənilməmiş 272 (iki yüz yetmiş iki) ABŞ dolları əsas, 8 (səkkiz) ABŞ dolları faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 15 (on beş) ABŞ dolları faiz borcu olmaqla, cəmi 295 (iki yüz doxsan beş) ABŞ dolları borcu mövcuddur. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 106.LN.1609.180615.R.00001 saylı istehlak krediti müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 20% (iyirmi faiz) ödənilmək şərtilə 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində şəxsi məişət ehtiyaclarının ödənilməsi məqsədilə kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixinə Banka ödənilməmiş 272 (iki yüz yetmiş iki) ABŞ dolları əsas, 8 (səkkiz) ABŞ dolları faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 15 (on beş) ABŞ dolları faiz borcu olmaqla, cəmi 295 (iki yüz doxsan beş) ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 106.LN.1609.180615.R.00001 saylı saylı kredit müqaviləsi üzrə Cavabdehnın ləğv prosesində olan “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixinə Banka ödənilməmiş 272 (iki yüz yetmiş iki) ABŞ dolları əsas, 8 (səkkiz) ABŞ dolları faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 15 (on beş) ABŞ dolları faiz borcu olmaqla, cəmi 295 (iki yüz doxsan beş) ABŞ dolları borcu qalmışdır. Ərizəyə əlavə olunmuş ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 106.LN.1609.180615.R.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-dən 36 ay müddətinə, illik faiz 20% ödənilmək şərtilə 3500 ABŞ dolları kredit vəsaiti verilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı ləğv prosesində olan “xxxx” ASC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən ləğv prosesində olan “xxxx” ASC-yə 272 (iki yüz yetmiş iki) ABŞ dolları əsas, 8 (səkkiz) ABŞ dolları faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 15 (on beş) ABŞ dolları faiz borcu olmaqla, cəmi 295 (iki yüz doxsan beş) ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 272 (iki yüz yetmiş iki) ABŞ dolları əsas, 8 (səkkiz) ABŞ dolları faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 15 (on beş) ABŞ dolları faiz borcu olmaqla, cəmi 295 (iki yüz doxsan beş) ABŞ dolları borc (ödəniş günü AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar