Məhkəmə qərarları › İş №2(027)-2020/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2020/2021

08.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2020/2021 08.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli 2(027)-1465/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 05.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 iyul 2009-cu il tarixdə el adəti üzrə evlənib ailə qurub. Ailə qurarkən Mətinin şəxsiyyət vəsiqəsi olmadığından nikahı rəsmiləşdirə bilməyiblər. Cavabdehlə ər-arvad kimi bir ailədə yaşadığı müddətdə 05 iyul 2016-cı il təvəllüdlü Fatimə adında qızları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən 2016cı ilin fevral ayından etibarən ayrı yaşayır və qızı Fatimə onun himayəsindədir. O qızıyla birlikdə valideynlərinin yanında yaşayır. Bundan sonra cavabdehə qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib. Quba Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(027)-1465/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 05.07.2016-cı il təvəllüdlü X6 atası olması faktı təsdiq edilmiş, 05.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 11.06.2018-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı, verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş 100 (bir yüz) manat alimentlə uşağa baxmaq olmur. Həmin 100 (bir yüz) manat uşağın yemək xərclərini belə ödəmir. Cavabdeh əmək qabilliyətlidir, uşağına baxmaq üçün maddi və fiziki imkanları vardır. Uşaq böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı da artır. Quba Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(027)-1465/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki minimum yaşayış tərzindən çox aşağıdır.Göstərilənləri nəzərə alaraq, Quba Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli 2(027)-1465/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 05.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X3 bildirdi ki, Cavabdeh onun oğludur. O heç yerdə işləmir. 200 manat aliment ödəmək iqtidarında deyil, maddi imkanı buna yol vermir. Qeyd edib ki, ondan tutulan 100 manat alimenti də o, öz pensiyasından ödəyir. Hal-hazırda 130 manat pensiya alır və aldığı 130 manat pensiyanın hamısını aliment verməyə etiraz etmir, lakin ondan çox aliment ödəməyə maddi imkanları yoxdur. Göstərilənləri nəzərə alaraq, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, Cavabdeh nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 131273 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 05.07.2016-cı il təvəllüdlü X4 şəhərində anadan olmuş, şəhadətnamənin “atası” qrafasında Cavabdeh, “anası” qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ348993 seriya və nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş 05.07.2016-cı il təvəllüdlü X6 atası hesab edilmiş, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabinda 27.07.2018-ci il tarixində 74 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(027)- 1465/2018 saylı qətnaməsi ilə Cavabdeh 05.07.2016-cı il təvəllüdlü X6 atası olması faktı təsdiq edilmiş, 05.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 11.06.2018-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı, verilməsi qət edilmişdir. İş materiallarında olan Mediasiya Şurasının 23.09.2021-ci il tarixli qərarına əsasən Qusar şəhərində tərtib edilmiş 04.09.2021-ci il tarixli 019 saylı arayışdan məlum olur ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə münasibətindən 05.07.2016cı il təvəllüdlü X7 anadan olub və o hal-hazırda anası- İddiaçı himayəsində yaşayır. Quba Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(027)-1465/2018 saylı qətnaməsi ilə Cavabdeh 05.07.2016-cı il təvəllüdlü X6 atası olması faktı təsdiq edilmiş, 05.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 11.06.2018-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı, verilməsi qət edilmişdir. İddiaçı uşağın saxlanılmasında maddi köməyə ehtiyacı olduğunu, Quba rayon Məhkəməsinin qətnaməsi ilə tutulan 100 manat məbləğində alimentin uşağın ehtiyacını ödəmədiyini, uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir, 05.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən hər ay 200 ( iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdehin nümayəndəsi isə, Cavabdeh tələb olunan 200 manat sabit pul məbləğində alimenti ödəmək iqtidarında olamadığını bildirib Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyini, mövcud iqtisadi şərait nəzərə alınaraq iddia təmin edilməli və Quba Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli 2(027)-1465/2018 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 05.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli 2(027)-1465/2018 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 05.07.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar