Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2027/2021 07.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan KredoBank” ASC borcun tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı-nin xeyrinə 195,04 manat əsas borc, 1,64 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 139,67 manat müqavilə üzrə borcun gecikdirilmədiyinə görə hesablanan və tələb olunana cərimə, 32,49 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 368,84 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 18/3 nömrəli kredit müqaviləsinə görə Cavabdeh tərəfindən İddiaçı-dən kredit götürülmüşdür. Lakin müştərinin sənədləri filial tərəfindən ləğv prosesində olan İddiaçınin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən məxaric orderinin əslindən və maliyyə arayışından cavabdehə 3.000 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Bu səbəbdən də Cavabdeh 11.12.2014-cü il tarixli 18/3 nömrəli kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 195,04 manat əsas borcu, 1,64 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 139,67 manat müqavilə üzrə borcun gecikdirilmədiyinə görə hesablanan və tələb olunuan cərimə, 32,49 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % borc olmaqla, ümumilikdə 368,84 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ləğv prosesində olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 18/3 nömrəli kredit müqaviləsinə görə Cavabdeh tərəfindən İddiaçı-dən kredit götürülmüşdür. Lakin müştərinin sənədləri filial tərəfindən ləğv prosesində olan İddiaçınin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən məxaric orderinin əslindən və maliyyə arayışından cavabdehə 3.000 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh 14 iyun 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı-yə 11.12.2014-cü il tarixli, 18/3 saylı kredit müqaviləsi üzrə 195,04 manat əsas borc, 1,64 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 139,67 manat müqavilə üzrə borcun gecikdirilmədiyinə görə hesablanan və tələb olunana cərimə, 32,49 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 368,84 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Quba rayon məhkəməsinin 2(027)-2027/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə iş materiallarına sözü gedən kredit müqaviləsini əlavə etmədiyindən və iş üzrə zərurət yarandığından ləğv prosesində olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.12.2014-cü il tarixli 18/3 nömrəli kredit müqaviləsinin surətinin Quba rayon məhkəməsinə təqdim edilməsi üçün İddiaçı-nə sorğu göndərilmiş, lakin İddiaçı tərəfindən həmin kredit müqaviləsi Quba rayon məhkəməsinə təqdim edilməmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-386.4-cü maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır(maddə 739.2). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi, sübutetmə yükü baxımından iddiaçı Ləğv prosesində olan İddiaçı Cavabdeh ona 195,04 manat əsas borc, 1,64 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 139,67 manat müqavilə üzrə borcun gecikdirilmədiyinə görə hesablanan və tələb olunana cərimə, 32,49 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 368,84 manat məbləğində borcu olmasını iddia etsə də, həmin borcun hesablandığı kredit müqaviləsini məhkəmənin sorğu göndərərək tələb etməsinə baxmayaraq, məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin kredit müqaviləsi iş materiallarında mövcud olmadığından, cavabdeh tərəfindən müqavilə üzrə hər hansı öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2027/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2027/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver