Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2035/2022 26.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(027)-1049/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 23 oktyabr 2007-ei il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2006-cı il tarixdə el adəti üzrə toy edərək ailə qurub. Nikahı isə 24 iyun 2008-ci il tarixdə rəsmiləşdiriblər. Birgə münasibətlərindən 23 oktyabr 2007-ci il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə qurduğu ilk vaxtlar münasibətləri yaxşı olsa da, lakin sonradan pisləşmişdir. O azyaşlı övladlarıyla birlikdə valideynlərinin yanına gedib. Cavabdeh ilə yaşamaq mümkün olmadığı üçün o cavabdeh ilə nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(027)-1049/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, onunla X6 arasında bağlanmış 24 iyun 2008-ci il tarixli, 168 nömrəli nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 23 oktyabr 2007-ci il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X3 onun yanında saxlanması, 23 oktyabr 2007-ci il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün 23 iyul 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat məbləğində alimentin alınaraq ona verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği yaşayış minimumdan dəfələrlə azdır. Qət edilmiş aliment məbləği uşaqların ehtiyaclarını ödəmir. Uşaqlar məktəblidir. Oğlu Surxay 8-ci sinifdə, digər oğlu Əkrəm isə 7-ci sinifdə oxuyur. Onların ehtiyacları günü-gündən artır. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqların qanuvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. O alimentin artırılmasına dair işin məhkəmədən kənar qaydada həll edilməsi üçün Mediasiya Şurasına müraciət edib. Lakin cavabdeh ilkin mediasiya sesiyasına gəlmədiyi üçün ona cavabdehin ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə 27 iyul 2022-ci il tarixli, MŞİH- 17727 nömrəli arayış verilib. Göstərilənlərə əsasən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(027)- 1049/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 23 oktyabr 2007-ei il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək, bbildirdi ki, iddia tələbində göstərilən məbləğdə aliment ödəmək iqtidarında deyil, maddi imkanı aşağıdı. Hər uşağa 100 manat məbləğində aliment ödəmək imkanı olduğunu və 50 manat məbləğində mediasiya xərcini də qəbul edərək, alimenti bu məbləğdə təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin cavabdeh alimentin miqdarının artırılması tələbiylə bağlı məhkəməyə təqdim etmiş etiraz ərizəsində göstərmişdi ki, onunla İddiaçı arasında bağlanmış 24 iyun 2008-ci il tarixli 168 nömrə ilə qeyd edilmiş nikah qeydi Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(027)- 1049/2013 saylı qətnaməsi ilə pozulmuş, hər iki uşağın anasının himayəsində qalması müəyyən edilərək, 23 oktyabr 2007-ci il təvəllüdlü X7 və 20 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 60 manat olmaqla, hər ay cəmi 120 manat məbləğində alimentin alınaraq cavabdeh İddiaçı verilməsi barədə qətnamə qəbul edilmişdir. O, Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(027)-1049/2013 saylı qətnaməsinə uyğun olaraq, qeyd edilmiş tarixdən, iki uşağa görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində aliment pulunu, sabiq həyat yoldaşı İddiaçı ödəyib. Müəyyən edilmişdir ki, sabiq həyat yoldaşı İddiaçı, iyul-avqust 2022-ci il tarixdə Quba Rayon Məhkəməsinə, alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, hər uşağa görə alimentin məbləğinin 60 manatdan 200 manatadək artırılmasını xahiş etmişdir. O sabiq həyat yoldaşı İddiaçı ilə boşandıqdan sonra, yəni 29 dekabr 2018-ci ildə, Quba şəhər sakini X11 ilə ailə qurub hal-hazırda da onunla bir yerdə yaşayır. Birgə nikahdan övladı yoxdur. Lakin ikinci dəfə nikaha daxil olduğu X11, böyrəklərin xroniki xəstəliyi V ei mərhələ, proqramlı hemodializ müalicəsindədir.O,həftədə 3 dəfə 4 saat olmaqla (ll İV,Vİ-günlkər)hemodializ seansları alır. Özü hal-hazırda işləmir və X5 filialında işsiz kimi qeydiyyatdadır. Lakin o, 23 oktyabr 2007-ci il təvəllüdlü X8 və 20 mav 2009-cu il təvəllüdlü X1 köməklik etməyə həmişə hazırdır, bununla belə onun konkret olaraq iş yeri olmadığına görə, hər ay hər uşağa 100 manat sabit pul məbləğində, yəni bir uşağa 100 manat olmaqla, iki uşaq üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin onun maddi imkanı nəzərə alınaraq tutulması barədə ədalətli qərar qəbül edilməlidir. İddiaçı- İddiaçı, alimentin məbləğinin artırılması tələbi ilə bağlı, onun hal-hazırda işləməməyini, ikinci dəfə nikaha daxil olduğu X9, böyrəklərindən xroniki xəstəlik keçirərək, proqramlı hemodializ müalicəsində olmasını, iş yerinin olmamasını, maddi imkanının aşağı olmasını nəzərə alıb, iddiaçının 400 manat sabit pul məbləğində aliment tələb etməsi ilə bağlı, onun maddi imkanları nəzərə alınmaqla, təmin olunmasını xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 178651 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında bağlanmış 24 iyun 2008-ci il tarixli, 168 nömrəli nikah qeydi Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(027)- 1049/2013 saylı qətnaməsinə əsasən pozulmuş, niilahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 295753 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Quba şəhərində doğulmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd olunub və doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 585 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZ-İİ ******* seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə Quba şəhərində doğulmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd olunub və doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 547 nömrə ilə qeyd edilib İş materiallarına əlavə olunan AZ-İİ 303109 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əliyeva (Aslanzadə) Söhbət Nəriman qızı arasında Quba Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə nikah bağlanmış və 0907 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası "Tibbi ərazi bölmələri idarəetmə birliyi" Publik hüquqi şəxs Quba rayon MX-nın hemodializ şöbəsinin müdiri R.Adıgözəlov tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli 586 saylı arayışından görünür ki, X11, böyrəklərin xroniki xəstəliyi V ei mərhələ, proqramlı hemodializ müalicəsindədir. O həftədə 3 dəfə 4 saat olmaqla(ll İV,Vİ-günlkər)hemodializ seansları alır. X5 filialı tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh işsiz kimi mərkəzdə qeydiyyata alınmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(027)- 1049/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə X6 arasında bağlanmış 24 iyun 2008-ci il tarixli, 168 nömrəli nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 23 oktyabr 2007-ci il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X3 onun yanında saxlanması, 23 oktyabr 2007-ci il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün 23 iyul 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(027)-1049/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə X6 arasında bağlanmış 24 iyun 2008-ci il tarixli, 168 nömrəli nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 23 oktyabr 2007-ci il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X3 onun yanında saxlanması, 23 oktyabr 2007-ci il təvəllüdlü X6 və 20 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün 23 iyul 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşağların tələbatlarını ödəmədiyindən uşağların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 200 ( iki yüz ) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə ikinci dəfə rəsmi ailə qurduğu X9, böyrəklərindən xroniki xəstəlik keçirərək, proqramlı hemodializ müalicəsində olmasını, iş yerinin olmamasını, maddi imkanının aşağı olmasını qeyd edərək, hər uşağa 100 manat olmaqla, iki uşağa görə hər ay 200 manat aliment verə biləcəyini və 50 manat məbləğində mediasiya xərcini qəbul edərək, iddianın həmin məbləğdə təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2022ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-1049/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün hazırki qətnamə qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-1049/2013 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün hazırki qətnamə qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh ilkin mediasiya sessiyasında ödənilmiş 50 (əlli) manat və hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2035/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2035/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver