Məhkəmə qərarları › İş №2(027)-205/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-205/2021

19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-205/2021 19.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xanlar oğlunun tərətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində mənə məxsus avtomaşına dəyən zərərin əvəzi olan 14.623 (on dörd min alı yüz iyirmi üç) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı tələbini müdafiə edərək bildirdi ki, xx xxxxx 2020-ci ildə təxminən saat 17 radələrində radələrində İkinci Nügədi kəndi ərazisində Cavabdeh Xanlar oğlu istifadəsində olan “Mersedes Benz C180” markalı, **-GM-*** Dövlət nömrə nişanlı avtomaşınla 80-90 km/saat sürətlə hərəkət edərkən həmin kəndin mərkəzində yolun döngəli hissəsində idarəetməni itirmiş və avtomaşın sürüşərək yolun sol hissəsində dayanan ona məxsus “Mersedes Benz E280” markalı, **-BC-*** Dövlət nömrə nişanlı avtomaşınla toqquşmaqla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı cavadehin idarə etdiyi avtomaşının ön hissəsi ona məxsus avtomaşının arxa hissəsinə dəymişdir. Cavabdeh “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 və 2-ci maddələrinin tələblərinə pozduğuna görə Quba RPŞ-nin TQ-da araşdırma aparılmış, Cavabdeh Xanlar oğlunun əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibinin olduğu üçün onun barəsində cinayət işinin başlanması rədd edilərək, onun barəsində inzibati tədbir görülməsindən ötrü QubaDYPB-nə göndərilmişdir. Cavabdeh barəsində tərtib edilmiş ******* saylı X1 protokola əsasən, xx xxx 2010-ci il tarixli TP ******* saylı İnzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunanlardan göründüyü kimi göstərilən yol-nəqliyyat hadisəsi “Mersedes Benz C180” markalı, **-GM-*** Dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh Xanlar oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına Cavabdeh Xanlar oğlunun təqsiri üzündən ümumilkidə 14.623 (on dörd min altı yüz iyirmi üç) manat məbləğində zərər vurlmuşdur. Həmin zərərə aşağıdakılar daxildir: 1. Dəyişməyə aid olan təmir üçün ehtiyat hissələrinin və detalların dəyəri - 8933 manat. 2. Dəmirçi işinə aid avtomaşının təmir olunması və alınmış ehtiyyat hissələrinin avtomaşının üzərinə quraşdırılmasına görə zəhmət haqqı - 1700 manat; 3.Rəngsaz işi, avtomaşının təmir olunmuş hissələrinin rənglənməsinə görə mal- materialı ilə birlikdə xidmət haqqı 800 manat; 4.Avtoçilingər işinə aid avtomaşının təmirə sökülməsi və təmirdən sonra yenidən üzərinə quraşdırılmasma görə xidmət haqqı - 150 manat; 5. Avtorazval xidmət haqqı - 40 manat 6. Avtomaşınının qiymətinin əmtəəlik görünüşünün itirilməsinin dəyəri - 3001 manat. Beləliklə əmlakına vurulmuş ziyanın ümumi miqdarı 14.623 manat təşkil edir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdel əmlakıma vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə etdiyi müraciətlər bu günədək cavabsız qalmışdır.Göstərilənlərə əsasən, Cavabdeh Xanlar oğlunun tərətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində mənə məxsus avtomaşına dəyən zərərin əvəzi olan 14.623 (on dörd min alı yüz iyirmi üç) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçıya sığorta da ödəniş edib. İddianı ekspertizanın rəyində göstərilən məbləğdə qəbul edir. Qətnamə qəbul edilən zaman göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5902 nömrəli rəyindən görünür ki, 2006-cı il buraxlışlı “Mercedes-Benz E-280” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6456,5 müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh idarə etdiyi «Mercedes-Benz C180” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək İddiaçı məxsus «Mercedes-Benz E-280” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq ziyan vurmuşdur. Ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, nəticədə yol-nəqliyyat hadisəsi zamanı «Mercedes-Benz E-280” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6456,5 məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 6456 (altı min dörd yüz əlli altı) manat 50 qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 6.456 (altı min dörd yüz əlli altı) manat 50 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar