Məhkəmə qərarları › İş №2(027)-2052/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-2052/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-2052/2021 16.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 29.10.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 638 manat əsas, 95 manat cərimə, cəmi 733 manat, 02.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 324 manat əsas, 48 manat cərimə, cəmi 372 manat, ümumilikdə hər iki müqavilə üzrə 1105 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq Kreditor-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor ilə Borclu arasında bağlanmış 29.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A515” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla cəmi 638 manat, 02.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung A107” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 324 manat, ümumilikdə hər iki müqavilə üzrə 776 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 29.10.2020-ci il tarixli müqavilə üzrə 20.10.2020-ci il tarixində 54 manat, 02.11.2020-ci il tarixli müqavilə üzrə 22.10.2020-ci il tarixində 28 manat ödəniş etmiş və qalıq qalmış hər iki müqavilə üzrə 962 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 03.05.2021-ci il tarixdən 17.07.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği hər iki müqavilə üzrə 143 manat təşkil edir. Beləliklə, Borclu 17.07.2021-ci il tarixə “İRŞAD-ELECTRONİCS» MMC-nə olan borcu 29.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 638 manat əsas, 95 manat cərimə, cəmi 733 manat, 02.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 544 manat əsas, 48 manat cərimə, cəmi 372 manat təşkil etmişdir. Odur ki, 29.10.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 638 manat əsas, 95 manat cərimə, cəmi 733 manat, 02.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 324 manat əsas, 48 manat cərimə, cəmi 372 manat, ümumilikdə hər iki müqavilə üzrə 1105 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq Kreditor-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Borclu arasında bağlanmış 29.10.2020-ci il tarixli ********* saylı Nisyə alğı-satqı müqaviləsindən görünür ki, sonuncu aldığı “Samsung A515” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla cəmi 638 manat ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Borclu arasında bağlanmış 02.11.2020-ci il tarixli ********* saylı Nisyə alğı-satqı müqaviləsindən görünür ki, sonuncu aldığı "Samsung A107” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla cəmi 324 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu ilə "xxxx" MMC arasında 29.10.2020-ci il tarixli ********* saylı müqavilə üzrə Borclu 17.07.2021-ci il tarixinə yaranmış 638 manat əsas, 95 manat cərimə, cəmi 733, 02.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 324 manat əsas, 48 manat cərimə, cəmi 372 manat, ümumilikdə hər iki müqavilə üzrə 1105 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 250, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdim: xx.xx.1985-ci il tarixində ünvan 1 ünvanda qeydiyyatda olan Borclu bağlanmış 29.10.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 638 manat əsas, 95 manat cərimə, cəmi 733 manat, 02.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 324 manat əsas, 48 manat cərimə, cəmi 372 manat, ümumilikdə hər iki müqavilə üzrə 1105 manat borc, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar