Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-207/2024 26.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun vəkili və səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən AR İXMnin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 955 manat məbləğində pulun və 30 manat məhkəmə rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 15 may 2023-cü il tarixdə, saat 12:00 radələrində Cavabdeh yaşadıqları Quba rayonu, Ağbil kəndində, suvarma arxının suyunu ona məxsus 0,08 ha həyətyanı torpaq sahəsinə yönəltmiş, bunun nəticəsində sahənin ətrafındakı mişar daşından hörülmüş hasarın 6 metr hissəsi çatlayaraq yararsız hala düşmüş, sahədə əkdiyi 20 ədəd xarici növ gilas tingləri məhv olmuşdur. Bu barədə Quba RPŞ-nə müraciət etmiş, müvafiq sübutlarını təqdim etmişdir. Araşdırma aparılmış və Quba RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 oktyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibinin olmadığı, onun barəsində İXM-nin 232.1ci maddəsilə inzibati qaydada tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Quba RPŞ-də 31 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh İXM-nin 232.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qəbul edilmiş qərarlarla cavabdehin 15 may 2023-cü il tarixdə, saat 12:00 radələrində arx suyunu ona məxsus 0,08 ha həyətyanı torpaq sahəsinə yönəltməsi, bu səbəbdən də sahənin ətrafındakı mişar daşından hörülmüş hasarın 6 metr hissəsinin çatlayaraq yararsız hala düşməsi və sahədə əkdiyi 20 ədəd xarici növ gilas tinglərinin məhv olması nəticəsində ona 955 manat ziyan dəyməsi öz təsdiqini tapmışdır. Cavabdeh törətdiyi əməldən 5 ay keçməsinə baxmayaraq, O dəymiş zərərin əvəzinin ödənilməsi yönünüdə heç bir hərəkət etmir, Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı və onun səlahiyyətli nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın xx.xx.2023-cü il tarixli 388№li arayışından görünür ki, həqiqətən Quba rayonu Ağbil kəndində yerləşən həyətyanı sahəsinin yanından keçən suvarma arxının qarşısının bağlanması səbəbindən həyətyanı sahəsini əhatə edən daş hasarın dibinə su yığılmış, nəticədə hasar çatlanmış, zərər görmüşdür Əlavə olaraq yanında yerləşən vətəndaşa məxsus torpaq sahəsində salınmış intensiv meyvə bağında 20 ədəd xarici növ gilas qələmləri su axını nəticəsində yararsız hala düşmüşdür. İş materiallarında olan Quba rayon İHB-nın xx.xx.2023-cü il tarixli 427 №li arayışından görünür ki, vətəndaşa məxsus Quba rayonu, Ağbil kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini əhatə edən mişar daşı ilə hörülmüş hasarın 6 metr hissəsinin çatlayaraq yararsız hala düşməsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün aşağıda qeyd olunan məbləğdə vəsait tələb olunur: hasarın dam örtüyünün sökülməsi - 50 manat; hasarın sökülməsi - 50 manat; hişar daşlarının təmizlənməsi - 30 manat; beton tökülməsi - 60 manat; hasarın hörülməsi - 72 manat; hasarın suvanması - 75 manat; hasarın dam örtüyünün quraşdırılması - 70 manat; hasarın tikintisi üçün tələb olunan 20 kisə qum, 7 kisə sement - 90 manat; bünövrənin karkası üçün tələb olunan 24 m. armatur, 20 ədəd xamud, 20 kisə qum, 10 kisə sement - 178 manat. cəmi məbləğ: 675 manat. İş matreriallarında olan 18 iyun 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Ağbil kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə kəndə gələn suyu həyətinə yönəldilməsi nəticəsində sahəni əhatə edən mişar daşı ilə hörülmüş hasarın 6 metr hissəsinin çatlayaraq yararsız hala düşməsi və 20 ədəd xarici növ gilas qələmlərinin su axını zamanı yararsız hala düşməsi nəticəsində ona ümumilikdə 955 manat məbləğində maddi ziyan yetirmişdir. Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-2079/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan respublikası İXM-nin 232-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmkdə təqsirli bilinmiş və həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Ağbil kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə kənddə gələn suyu həyətinə yönəldilməsi nəticəsində sahəni əhatə edən mişar daşı ilə hörülmüş hasarın 6 metr hissəsinin çatlayaraq yararsız hala düşməsi və 20 ədəd xarici növ gilas qələmlərinin su axını zamanı yararsız hala düşməsi nəticəsində ona maddi ziyan vurmuşdur. İddaçıya dəyən maddi ziyan cəmi 955 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 955 (doqquz yüz əlli beş) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 955 (doqquz yüz əlli beş) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-207/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-207/2024
26.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver