Məhkəmə qərarları › İş №2(027)-2075/2022

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-2075/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2075/2022 16.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X7 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun yaxın tanışıdır, 2019-cu ilin avqust ayında o, xəstəsi olduğunu bildirib ondan 1000 manat borc pul istəyib, ona bildirib ki, onun ehtiyat 800 manat pulu var, xəstəsi olduğu üçün verə bilər. O cavabdehə 08 avqust 2019-cu il tarixdə 800 manat pulu borc verib və ondan 800 manat borc pul alması barədə iltizam alıb və cavabdeh imkan olan kimi borc aldığı pulu qaytaracağını bildirib. O bir müddət keçdikdən sonra Cavabdeh zəng vurub borc aldığı pulu qaytarmağı təklif etdikdə, o, əvvəlcə imkanı olmadığını deyib, sonradan isə ümumiyyətlə onun zənglərimə cavab verməmiş və onunla rastlaşanda qaçıb gizlənib. Artıq 3 ilə yaxındır ki, cavabdeh borc pulu qaytarmır, ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh 800 (səkkiz yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmədə iddiaçı X7 yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə iddiaçı X4 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ehtiyacı olduğuna görə X2 800 (səkkiz yüz) manat borc pul aldığını etiraf etmiş və qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Quba şəhər İƏD üzrə nümayəndəliyindən verilən arayışdan məlum olur ki, X1 şəhəri, Vaqif küçəsi, ev 55 ünvanında qeydiyyatdadır.. Beləliklə, məhkəmədə müəyyən edildi ki, iddiaçı X7 Cavabdeh cəmi 800 (səkkiz yüz) manat borc pul vermiş və həmin borcu cavabdehdən tələb edir. Cavabdeh həmin borcu X2 aldığını etiraf edən qəbzi imzasıyla təsdiq etmiş, borcu isə qaytarmamışdır. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğdə pul vəsaiti alınıb iddiaçı X5 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh 800 (səkkiz yüz) manat məbləğdə pul vəsaiti alınıb iddiaçı X5 verilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar