Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2077/2025 14.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə “fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun müəyyən edilərək, həmin yaşayış evinə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin köçdüyü mərhum yoldaşı X5 Quba rayonu, Paşaoba kəndində yerləşən atasına məxsus yaşayış evinə mənim istifadə hüququ müəyyən edilərək, həmin evə köçürülməyi, eləcə də 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslanmışdır ki, o, X13 ilə rəsmi ailə qurmuş, 2010-cu ildə yoldaşının yaşadığı Quba rayonu, Paşaoba kəndində yerləşən ata evinə gəlin köçmüşdür. Rəsmi nikahları isə 14 noyabr 2011-ci ildə Quba rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011- ci il təvəllüdlü X18 və xx.xx.2013-cü il il təvəllüdlü X15 doğulmuşdur. Hər iki övladı həmin evdə yaşayarkən dünyaya gəlib. 2025-ci il yanvar ayına kimi yoldaşı ilə mehriban yaşamışlar. Baxmıyaraq ki, qaynanası Cavabdeh1 tərəfindən fiziki və pisixi təsirlərə məruz qalmışdır. O, həmişə onlara qarşı həmin evdə mehriban və zəhmətkeş olmuşdur. xx.xx.2025-ci ildə yoldaşı X13 vəfat etdikdən sonra çətin günləri başlamışdır. Qaynansı Cavabdeh1 hər an ona zülüm edərək onu evdən çıxarmağa çalışırdı. Nəinki qaynanası, hətta evi kənarda olan qaynı Cavabdeh2 da onu evdən qovmağa çalışaraq hər əlinə düşən fürsətdən istifadə edərək ona təzyiq göstərirdi. Halbuki həyətdə tikilən bütün tikintilərin daşını usta ücün o, daşıyıb yığmiş, neçə illərdir o evdə əziyyətlər görsə də zəhməti də çox olub. Buna baxmayaraq cavabdehlər yoldaşının ölümündən sonra ona fiziki pisixi təsirlər göstərməklə onu aldadaraq onun üçün pensiya və uşaq pulu sənədlərini təşkil ediblər. Onu Asan xidmətə və digər təşkiltlara apararaq məzmununu ona oxumadan və izah edilmədən onu qorxudaraq imza atdırmışlar. Beləliklə də onun üçün onların hiylə hərəktləri qapalı və qaranlıq vəziyyətdə qalaraq öz maraqlrına uyğun hərəkət etmişlər. Sonradan qaynanası uşaqları da əlindən alaraq onu evdən qovmuşdur. Hal-hazırda övladlarının da üzünə həsrət qalmışdır. Başqa yaşayış yeri yoxdur. Özü heç bir yerdə işləmir, maddi imkanı olduqca aşağıdır, kirayədə yaşamağa maddi imkanı çatmır. Onun həmin evə köçüb övladları ilə birlikdə yaşamaq və evdən istifadə hüququ vardır. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçının psixoloji pozğunluğu vardır, onun həmin evdə yaşaması mümkün deyil. Hesab edir ki, iddia əsassızdır və ona görə də təmin olunmamalıdır. İİİ. İşin faktiki halları: İş materiallarında olan Quba RİHB-nın Rustov kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 343№li arayışından görünür ki, İddiaçı Quba rayonu, Rustov kəndində daimi qeydiyyatdadır, İƏD üzrə Püstəqasım kəndində yaşayır və hazırda X18 və X4 ibarət ailə tərkibi vardır. -Quba Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, X13 ilə X8 xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. -Quba Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışılarından görünür ki, X13 ilə Məmmədova (Paşayeva) Ülviyyə Şahbala qızının birgə nikahlarından xx.xx.2011-ci ildə X18 və xx.xx.2013-cü ildə X15 anadan olmuşlar. - AZ-İİ seriyalı, 470312 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. - Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-081F Kod 30310038 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə X6, Cavabdeh1, X9, X10 və X5 mülkiyyətinə 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. -Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Paşaoba kəndində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində fərdi yaşayış evi ümumi birgə X6, Cavabdeh1, X14, X11 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Məhkəmə sorğusuna cavab olaraq X30 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünürki, iddiaçının miras paydan imtinasına dair hər hansı məlumat aşkar edilməmişdir. -xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlarla İddiaçı xx.xx.2011-ci ildə X13 ilə ailə qurduqdan sonra, evdə yaşayanların razılığı ilə qaynatası X2 adına rəsmiləşdirilmiş ümü birgə mülkiyyətdə olan Quba rayonu, Paşaoba kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə heç bir qeyd-şərt göstərilmədən köçürülmüş, X5 vəfatına kimi orada yaşaması və evdə yaşayanlarla ümumi təsərrüfat aparması, onun daimi yaşayış yerinin Quba rayonu, Paşaoba kəndi olması, iddiaçının iradəsindən asılı olmayaraq, həmin evdən istifadə edə bilməməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun həmin evdən istifadə etməsinə razılığının olmaması sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı mübahisəli evə köçürülməli, lakin istifadə hüququn tanınması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. -43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyasının 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Belə ki, məhkəmə tədqiqi nəticəsində mübahisəli evin ümumi paylı mülkiyyətdə olduğu və həmin paylardan birinində iddiaçının mərhum ərinə məxsus olduğu aydın olmuşdur. xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Paşaoba kəndində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində fərdi yaşayış evi ümumi birgə X6, Cavabdeh1, X14, X3 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yuxarıda adıçəkilən qanunvericiliyin tələblərinə əsasən İddiaçı əri Məmmədov Valeh xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən o və övladları 1-ci dərəcəli vərəsələr olduğundan Məmmədov Valehin daşınmaz əmlaka münasibətdə payı müvafiq olaraq sonunculara keçmişdir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı ilə Mülki Məcəllənin 1246-ci maddəsi qüvvədən düşmüş, yəni mirasın qəbulu üçün müddətlərin tətbiqi Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilmir. iş üzrə notarisua verilmiş sorğunun cavabından da aydın olur ki, iddiaçı miras əmlakdan imtina etməmişdir. Bu halda iddiaçının mübahisəli evə nəinki məhdud əşya hüquqi kimi istifadə hüququ, nəqədər ki, miras əmlakdan imtina etməmişdir, mülkiyyət hüququ vardır. Vərəsələr mülkiyyətçinin daşıdığı bütün hüquqları eyni həcmdə əldə edir. Belə olan halda iddiaçının məhdud əşya hüququ mənasıda istifadə hüququ deyil, mülkiyyət hüququndan irəli gələn istifadəsinin həyata keçirilməsi məqsədilə köçürülməsi təmin edilməlidir. Həmçinin məhkəmədə tərəflərin izahatlarından məlum olmuşdur ki, iddiaçı mübahisəli evdən könüllü deyil, cavabdehlərin təkidi ilə çıxmışdır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iddiaçının iradəsinin ziddinə olaraq, onun mübahisəli evdən istifadə hüquqlarına maneələrin yaradılmasını onun Azərbaycan Respublikası Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirir. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli Çıxarışla ümumi birgə mülkiyyətdə olan - X1 adına adına qeydiyyata alınmış Quba rayonu, Paşaoba kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 və X7 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin; İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli Çıxarışla ümumi birgə mülkiyyətdə olan - X1 adına qeydiyyata alınmış Quba rayonu, Paşaoba kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2077/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2077/2025
14.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver