Məhkəmə qərarları › İş №2(027)-2082/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2082/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2082/2021 20.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işin materiallarını nəzərdən keçirib müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 və Abbasov Ümüd İlqar oğluna məktəbə getmələri ilə əlaqədar hər biri üçün 300 manat olmaqla cəmi 600 AZN pulu Cavabdeh alıb Abbasova Ülviyyə Azad qızına verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsi ərazi adiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanda yaşadığı halda iddiaçı iddia ərizəsini Quba rayon məhkəməsinə vermişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa halda nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsi aidiyyəti üzrə cavabdehin yaşayış yeri üzrə verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsi ilə cavabdehin yaşadığı yerin məhkəməsinə müraciət olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəmyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 263,267 və 268cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar