Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2087/2022 22.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçıMMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçıMMC kişik iddialara dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019cu il tarixli QBK5676342 saylı kredit müqaviləsinə əsasən 142 (yüz qırx iki) manat məbləğində əsas borcun, xx.xx.2019-cu il tarixli QBK5676341 saylı kredit müqaviləsinə əsasən 616 (altı yüz on altı) manat məbləğində əsas borcun, hər iki müqavilə üzrə hesablanmış 350 (üç yüz əlli) manat faiz borcu və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1140 (min yüz qırx) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Kreditor İddiaçıMMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıMMC ilə iş üzrə borclu Cavabdeh arasında müddəti 12 ay olmaqla xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən İddiaçı MMC-dən dəyəri 329 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra İddiaçıMMC-nə 142 manat borcu qalıb. Bundan başqa İddiaçıMMC ilə iş üzrə borclu Cavabdeh arasında müddəti 18 ay olmaqla xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən İddiaçı MMC-dən dəyəri 897 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra İddiaçıMMC-nə 616 manat borcu qalıb. Odur ki, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə yaranmış 1108 (min yüz səkkiz) manat məbləğində əsas borcun və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında 12 ay müddətinə bağlanmış xx.xx.2019-cu il tarixli QBK5676342 saylı borc müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən dəyəri 329 manat olan məişət avadanlığı əldə edib. İddiaçı MMC ilə Cavabdeh arasında 18 ay müddətinə bağlanmış xx.xx.2019-cu il tarixli QBK5676341 saylı borc müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən dəyəri 897 manat olan məişət avadanlığı əldə edib. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-nə xx.xx.2019cu il tarixli QBK5676342 saylı müqavilə üzrə 142 (yüz qırx iki) manat; xx.xx.2019-cu il tarixli QBK5676341 saylı müqavilə üzrə 616 (altı yüz on altı) manat məbləğində borcu yaranmışdır; xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 32 (otuz iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər.Cavabdeh müqavilərə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya iki müqavilə üzrə 1108 (min yüz səkkiz) manat məbləğində məbləğində borcu yaranmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli QBK5676342 saylı müqavilə üzrə 142 (yüz qırx iki) manat əsas borc, xx.xx.2019-cu il tarixli QBK5676341 saylı müqavilə üzrə 616 (altı yüz on altı) manat məbləğində əsas borc, hər iki müqavilə üzrə hesablanmış 350 (üç yüz əlli) manat faiz borcu, cəmi 1108 (min yüz səkkiz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2087/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2087/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver