Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-209/2025 24.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1400 (min dörd yüz) manat və 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, cavabdeh X4 etibarnamə ilə istifadəsində olan “Hunday Akcent 677” markalı **-HV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə razılığa əsasən 2200 manata alqı-satqı yolu almışdır. Razılığa əsasən ilkin olaraq 1400 manat ona pul ödəmiş, qalan 800 manat pulu isə ayda 250 manat olmaqla ödəyəcəkdi. Cavabdeh Xalid Şıxbalayev maşını Astara şəhərinə gətirib təhvil vermişdir. Hətda notariat ofisində etibarnamə yazdıraraq ona vermişdir. Maşını idarə edərkən məlum olmuşdur ki, maşının matorunda nasazlıq vardır. Odur ki, xx.xx.2024-cü il tarixdə telefonla cavabdehə zəng edib maşında olan nazasızlıq barədə ona bildirmiş və xahiş etmişdi ki, maşını istifadə üçün yararsız olduğundan gəlib aparsın və ödədiyi 1400 manat pulu qaytarsın. Cavabdeh Xalid Şıxbalayev Astaraya gəlmiş və maşını aparmaq istəmişdir. Ondan ödədiyi 1400 manat pulu geri tələb etmişdi buna razı olmamış və çıxıb getmişdi. Cavabdeh ona verdiyi etibarnaməni ləğv etmiş və sonra 102 xidmətinə zəng etmişdir. Astara rayon Polis şöbəsinin X8 bölməsinin əməkdaşları maşınla birlikdə onu Polis şöbəsinə gətirmişdilər. Maşını ondan alaraq cavabdehə vermişdilər. Ona polis əməkdaşları tövsiyə etmişdilər ki, ödənilmiş pulu mülki qaydada tələb edə bilər. Beləliklə cavabdeh X5 maşına görə ödədiyi 1400 manat pulu könüllü qaytarmaq istəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdeh X2 aldığım “Hunday Akcent 677” markalı **-HV-*** dövlət nömrə nişanlı avtomaşını nə qaydada almışdısa, həmin vəziyyətdə polis əməkdaşları maşını cavabdehə qaytarmışlar. İddiaçı məhkəməyə teleqram göndərərək, səhətilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, işə onun işirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, etibarnamə əsasında sahibliyində olan maşını İddiaçı satmaq barədə razılığa gəlmişlər. Maşını iddiaçı götürərkən etibarnamənin müddəti bitdiyi üçün iddiaçı maşını almaqdan imtina etmişdir. O vaxt istəmiş və sonra etibarnaməni verə bildirmişdir. Həmin vaxt mışını verməsindən 1 həftə vaxt keçmiş və maşına bəzi çatışmazlıqlar aşakr etmişdir. Çatışmazlıqların ümumi məbləği 450 manata yaxın olmuşdur. Lakin o maşını o vəziyyətdə qəbul etməkdən imtina etmişdir. Sonra şikayəti əsasında polis tərəfindən maşın qaytarılmışdır. İddiaçının pulunu qaytarmamış, maşının bəzi detallarının sıradan çıxmasını buna əsas kimi qeyd etmişdir. Avtomobili sonradan kənar bir şəxsə cüzi məbləğə satmışdır. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddia tələbilə bağlı iddiaçı tərəfindən məhkəmənin hesabına 45 (qırx beş) manat rüsum ödənilmişdir. İş materiallarında olan inzibati materialdan göründüyü kimi, cavabdehin Astara RPŞ-nə müraciəti əsasında 1 ay əvvəl İddiaçı daxili kredit yolu ilə 2200 AZN dəyərində “Hyundai Accent” markalı **-HV-*** avtomobili satması, lakin sonradan aralarında narazılığın yaranması, sonuncu avtomobili geri qaytarmaq istəməsi, hal- hazırda Astara rayonuna onu çağırması, lakin avtomobili yararsız vəziyyətə salmasını aşkar etməsini qeyd etmişdi və Astara RPŞ tərəfindən S. Dadaşov barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 332.1-ci və 332.2-ci maddələriylə ilə inzibati protokol və qərar tərtib edilmiş və 200 manat cərimə tətbiq edilmişdir. Budan sonra “Hyundai Accent” markalı **-HV-*** avtomobili xx.xx.2024-cü il tarixdə “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt”ına əsasən saxlanc yerinə qəbul edilmiş, nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığdan sonra xx.xx.2024-cü il tarixdə X3 qaytarılmışdır Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alğı-satğı barədə razılıq əldə olunmuş, cavabdeh avtomobili iddiaçıya satmağı, iddiaçı isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilənin predmeti qismində avtomobil iddiaçıya təhvil verilmiş, cavabdeh dəyərini qəbul etmişdir. Lakin daha sonra müqavilə bağlanmadan, , iddiaçı avtomobilə görə etibarnamə verilmədiyindən və avtomobildə qüsurlar olduğundan malın qaytarılmasını və pulunun ödənilməsini tələb etmişdir. Cavabdeh imtinanı qəbul edərək avtomobilin qaytarılmasına nail olsa da, aldığı pulu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Qeyd edilən Məcəlləin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. İş materiallarına əlavə edilmiş video yazıda cavabdeh avtomobili təhvil alarkən qüsurlar barədə hər hansı qeyd səsləndirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X1 1400 manat tutulmasına dair iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 45 (qırx beş) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 1400 (min dörd yüz) manat və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-209/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-209/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver