Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2097/2022 24.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24 oktyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ərzə ilə məhkəməyə müraciət edrək hazırki mülki işi məhkəmədən kənar həl edəcəyindən, mülki işin baxılmamış saxlanması və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2097/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2097/2022
24.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver