Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2106/2021 13.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı «kreditin və ona hesablanmış faizlərin qaytarılması» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh Nüsrəddin qızından iddiaçı Bank of Baku ASC-nin xeyrinə 5306 (beş min üç yüz altı) manat 35 qəpik əsas, 4 (dörd) manat 05 qəpik faiz borcu olmaqla, cəmi 5310 (beş min üç yüz on) manat 40 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MP Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabeh Cavabdeh Nüsrəddin qızından iddiaçı Bank of Baku ASC-nin xeyrinə 4959 (dörd min doqquz yüz əlli doqquz) manat 72 qəpik əsas borc, 0.84 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh Nüsrəddin qızı ilə İddiaçı arasında bağlanmış 14.10.2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən bank Cavabdeh Nüsrəddin qızına 60 ay müddətinə, illik 1% olmaqla, 6095 (altı min doxsan beş) manat 72 qəpik məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənləri nəzərə alaraq, cavabeh Cavabdeh Nüsrəddin qızından iddiaçı Bank of Baku ASC-nin xeyrinə 4959 (dörd min doqquz yüz əlli doqquz) manat 72 qəpik əsas borc, 0.84 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh Nüsrəddin qızına qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh Nüsrəddin qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Мəhkəmə İddiaçı-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi тəmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Nüsrəddin qızı ilə İddiaçı arasında bağlanmış 14.10.2019-cu il tarixli, FR/80865/71 Güzəştli kredit müqaviləsinə əsasən bank Cavabdeh Nüsrəddin qızına 60 ay müddətinə, illik 1% olmaqla, 6095 (altı min doxsan beş) manat 72 qəpik məbləğində kredit vermişdir. İş materiallarında olan 14.10.2019-cu il tarixli, MXD-FR/80865A71C-2 ödəniş tapşırığının görünür ki, Cavabdeh Nüsrəddin qızına 5095.72 manat və 1000.0 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 13.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Nüsrəddin qızının İddiaçı-nə 5306 (beş min üç yüz altı) manat 35 qəpik əsas, 4 (dörd) manat 05 qəpik faiz borcu olmaqla, cəmi 5310 (beş min üç yüz on) manat 40 qəpik məbləğində borcu vardır. İş materiallarında olan 14.10.2019-cu il tarixli, ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı tərəfindən iddia ərizəsilə əlaqədar 30 manat rüsum ödənilmişdir. İş materiallarında olan 02.09.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Nüsrəddin qızına Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyt vəsiqəsinin surətindən görünürki, Mehrəliyeva X3 şəhəri H. Əliyev prospekti, ev 69 A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh Nüsrəddin qızı ilə İddiaçı arasında bağlanmış 14.10.2019-cu il tarixli, FR/80865/71 Güzəştli kredit müqaviləsinə əsasən, cavabdehin bank qarşısında 4960 (dörd min doqquz yüz altımış) manat 56 qəpik məbləğində kredit öhdəliyi yaranmışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə cavabeh Cavabdeh 4959 (dörd min doqquz yüz əlli doqquz) manat 72 qəpik əsas borc, 0.84 manat dörd qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabeh Cavabdeh 4959 (dörd min doqquz yüz əlli doqquz) manat 72 qəpik əsas borc, 0.84 manat faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2106/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2106/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver