Məhkəmə qərarları › İş №2(027)-2108/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2108/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2108/2021 24.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi barədə ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 25.02.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17.07.2021-ci il tarixinə yaranmış 233 manat əsas, 34 manat cərimə, cəmi 267 manat, 30.07.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 298 manat əsas, 44 manat cərimə, cəmi 342 manat, ümumilikdə hər iki müqavilə üzrə 609 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq kreditor "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizənin forması və məzmunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 278-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 279.1 və 279.2-ci maddələrinə görə məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Bundan başqa, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, bu hal da imtina üçün əsasdır. Məhkəmə iclasında müvafiq sübutlar tədqiq edilmədən və tərəflər dindirilmədən kreditor tərəfindən irəli sürülən 233 manat və 298 manat əsas borc məbləği və 34 manat və 44 manat cərimə borcunun tutulmasına dair tələbin tam əsaslılığı məhkəmə üçün aşkar deyildir. Belə ki, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmaqla təqdim edilmiş sənədlərlə onun borcluya qarşı olan tələbi aşkar olmadığı üçün həmin tələb üzrə məhkəmə əmri verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 276-279-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. "xxxx" MMC - yə həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar