Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2120/2024 13.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan və borc pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 795 (on beş min yeddi yüz doxsan beş) manat pulun və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun onun xeyrinə tuulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar ayından Cavabdeh ona 3600 (üç min altı yüz) manat məbləqində borcu yaranmışdır. Dəfələrlə ondan borcun qaytarılmasını tələb etsə də, o hər dəfə söz verirdi ki, qısa müddətdə borcu qaytaracaqdır. Lakin hər dəfə sözünə əməl etməyərək müxtəlif bəhanələrlə borcun qaytarılmasından yayınmışdır. Nəhayət belə razılığa gəliblər ki, o hər ay ona 200 (iki yüz) manat ödəməklə borcu tam ödəyəcəkdir. Bu barədə aralarında yazılı sənəd də tərtib edilmişdir. Həmin sənəddə Cavabdeh öz əli, öz xətti ilə yazmışdır: ”Mən Cavabdeh İddiaçı 3600 (üç min altı yüz) manat borcu var və söz verirəm ki, xx.xx.2022-ci ildən hər ay 200 manat ödəyəcəyəm. (iki yüz manat)” Bu sənədi cavabdeh öz imzası ilə təsdiq etmişdir. O vaxtdan 2 il keçsə də, cavabdeh borcdan bir manatda qaytarmamışdır. Bundan əlavə cavabdehə saxlanılması üçün balıq məhsulları vermişdi. Aralarında 10 oktyabr 2021-ci il tarixində belə yazılı razılaşmamüqavilə bağlanmışdır ki, əğər mal xarab olarsa onun dəyərini cavabdeh ödəyəcəkdir. Cavabdeh öz xətti ilə yazıb imzalamışdır: ”Mən kişi kimi söz verirəm ki, 10 oktyabr 2021-ci ildən sonra onun səhlənkarlığımdan mal xarab olsa mən o zərəri ödəyəcəm.” Cavabdehin təqsiri və səhlənkarlığı səbəblərindən onun 12195 manat məbləqində malların xarab olaraq atılmışdır və cavabdeh buna məsuliyyət daşıyır. Cavabdeh özü bu faktı etiraf etmiş və bildirmişdir ki, onun hərəkəti nəticəsində malın xarab olmasına görə onun 12195 manat məbləğində borcu əmələ gəlmişdir və o bu borcu qısa bir vaxtda ödəyəcəkdir. Onun bu etirafı elektron diskə yazılmışdır və həmin disk hazırda məhkəməyə təqdim edilir. Cavabdeh bu borcdan da heç bir məbləq ödəməmişdir. Bununla da cavabdeh müqavilədən başqa Azərbaycan Respublikasının qanunvericiliyinin də tələblərini kobud surətdə pozaraq borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk bildirmişdir ki, "xxxx" MMC-dən 2125 kq, cəmi 16575 manat məbləğində çapaq balığı almış və soyuducu anbara vermişdir. Orda nəzarəti Cavabdeh boyun olmuş, lakin onun məsulyətsizliyi və səhlənkarlığı üzündən 2125 kq balıqdan 1004 kq hissə xarab olmuş, Amir özü həmin balıqları tullantıya atmışdır. Bu üzdən ona xeyli miqdarda ziyan dəymişdir. Balıqların tullantıya atılması barədə görüntü var ki, Amir özü də etdiyi əməli etiraf etmişdir. Həmin audio-video görüntü əks olunan disk işə əlavə edilib. Bundan başqa Amir ondan iki il əvvəl 3600 manat borca pul almışdır, belə razılığa gəlmişdilər ki, hər ay ona 200 manat ödəməklə borcu tam ödəyəcəkdir. Bu barədə aralarında yazılı sənəd də tərtib edilmişdir. Lakin bu günə kimi borcunun bir qismini də olsa qaytarmamışdır. Daha sonra iddianın çapaq-qaxac, çexon-qaxac, vobla-qaxac adlı məhsullardan dəyən zərədən imtina etdiyini, həmin hissədə dəyən zərəri cavabdehə bağışladığını, iddianın qalan hissədə, yəni 1004 kq çapaq balığından dəyən zərər məbləğini və 3600 manat borc hissəsində təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, o İddiaçılə uzun müddətdir ki, fəhlə kimi köməklik etmiş, lakin onunla xidməti müqavilə bağlanmamışdır. Əslində İddiaçı qida üzrə texnoloqu olmalı idi və məsul şəxs kimi cavabdehlik daşımalı şəxs olmalı və maddi ziyana görə tək o məsuliyyət daşımamalı idi. Arlarında gedən bu məsələlərdə şahidlər də osa da, hazırda işdən ayrılıb gələ bilmirlər. Dİgər şahidin olduğu yer barədə məlumatı yoxdur. Buna baxmayaraq iddiaçıya dəymiş zərər və ona olan borcu haqqında qəbzlərdəki imzanın ona aid olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialında olan xx.xx.2021-ci il tarixli qaimə fakturadan göründüyü kimi, İddiaçı "xxxx" MMC-dən 2125 kq, (1 kq qiyməti -7.8 manat olmaqla) cəmi 16575 manat məbləğində çapaq balığını təhvil almışdır. İş materiallarında olan əlyazma qəbzlərdən göründüyü kimi, Həmidov X1 Pərviz Aləm oğluna məxsus soyuducu anabarda olan 1004 kq çağaq balığı, 42.5 kq çapaq-qaxac, 42 kq çexon-qaxac, 21.3 kq vebla-qaxac balıq məhsulları 10 oktyabr 2021-ci ildən sonra onun səhlənkarlığı üzündən xarab olsa zərəri ödəyəcəyini söz vermiş və həmçinin Həmidov X1 Pərviz Aləm oğluna 3600 manat borcu olduğunu, həmin borcu xx.xx.2022-ci ildən hər ay 200 manat ödəyəcəyinə söz vermişdir. Cavabdeh hər iki qəbzi şəxsən imzaladığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş audio-video görüntüdə müəyyən miqdarda çapaq balığının tullantıya atıldığı, Cavabdeh məhsulun onun səhlənkarlığı üzündən xarab olduğunu və İddiaçı dəyən ziyanın qaytaracağını etiraf etdiyi əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya 3600 manat məbləğində borclu olduğunu və 01.2022-ci ildən hər ay ödəməli olduğunu etiraf etsə də, üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 3600 (üç min altı yüz) manat məbləğin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd əməli nəticədə İddiaçı zərər vurmaqla mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, zərərin etirafı barədə sübutlar əsasında iddia bu hissədə də təsdiq edildiyindən, məhkəmə xarab olan 1004 kq çapaq balığının dəyərini təşkil edən 7831 (yeddi min səkkiz yüz otuz bir) manat 20 (iyirmi) qəpik maddi ziyan tutulması hissəsində tələbinin təmin olunması qənaətinə gəlir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçı həmçinin ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 141 (yüz qırx bir) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat borc məbləği, 7831 (yeddi min səkkiz yüz otuz bir) manat 20 (iyirmi) qəpik maddi ziyan və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumu, cəmi, 11572 (on bir min beş yüz yetmiş iki) manat 20 (iyirmi) qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2120/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2120/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver