Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2128/2022 06.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun "xxxx" ASC-dən götürdüyü krediti, zaminlik müqaviləsinə əsasən ödədiyi və cədvəl üzrə ödəyəcəyi, ödədiyi 7752 (yeddi min yeddi yüz əlli iki) manat 87 qəpik, ödəyəcəyi 15527 (on beş min beş yüz iyirmi yeddi) manat 25 qəpik, cəmi 23280 (iyirmi üç min iki yüz səksən) manat 12 qəpik pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ərizədə göstərmişdi ki, səhhətində yaranan problemlə və ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə birlikdə hərbiçi zabit kimi bir hərbi hissədə xidmət eləyib. Münasibətiləri cox yaxın olub, bir-birilərinə inamları olub. 2019-ci ilin ilk aylarında ona bildirib ki, onun çoxlu miqdarda pula ehtiyacı var, adına kredit götürmək istəyir, amma bank zamin olmasa kredit vermir. Bildirib ki, bir yerdə işləyir, ona zamin durmağı istəyib, heç bir problem olmayacaq, hər ay krediti cədvəl üzrə onun, yəni özünün əmək haqqısından tutulacaqdır. O əvvəl buna razı olmayıb, amma təkrar-təkrar müraciətdən sonra, aralarında olan münasibəti nəzərə alaraq,onunla razılaşıb və onun götürdüyü kredit üçün zamin dayanıb. xx.xx.2019-cu il tarixdə onunla "xxxx" ASC arasında Cavabdeh Tərlan oğlunun 48 ay müddətinə, 28,5 faizlə götürdüyü 16 300 kredit üçün zaminlik müqaviləsi bağlanıb. Bir necə aydan sonra Cavabdeh hərbi xidmətdən tərxis olunub və kreditlərini ödəmədiyi üçün o zamin dayandığı üçün bank krediti onun əmək haqqına yönəldib. 2019-cu ilin oktyabr ayından onun götürdüyü kredit üzrə ödəmələri eləyib. Artıq həmin zaminlik müqaviləsinə əsasən o cavabdehin əvəzinə banka 7752,87 manat kredit ödəyib. O, İkinci Qarabağ-Vətən müharibəsində döyüşlərdə yaralandığı və yaralanma nəticəsində lll-cü qrup əlil kimi hərbi xidmətə yararsız olduğu üçün ordudan tərxis olunub və indidə tələbkar bank zamin kimi krediti onun pensiyasına yönəltmişdir. Dəfələrlə müharibə əlili kimi xahişlərindən sonra, bank kredit müqaviləsi üzrə vaxtı uzadaraq ödəmə cədvəlini dəyişmişdir. Yeni cədvələ əsasən müddət 60 ay, faiz dərəcəsi 22 faiz müəyyən olunaraq hər ay pensiyasından 258,68 manat pul zaminlik müqaviləsinə əsasən ondan tutularaq cavabdehin əvəzinə "xxxx" ASC-yə ödənilir. Yuxarıda göstərdiyi kimi artıq cavabdehin əvəzinə o, 7752,87 (yeddi min yeddi yüz əlli iki manat altımış səkkiz qəpik) manat Banka pul ödəyib və müəyyən olunmuş cədvələ görə bundan sonrada Cavabdeh əvəzinə Banka əsas borc qalığı kimi 9366,20 manat, bank faizi kimi 6161,05 manat cəmi 15527,25 (on beş min beş yüz iyirmi yeddi manat iyirmi beş qəpik) manat ödəməlidir. Yəni, cavabdehin günahına görə o banka artıq ödədiyi 7752,87 (yeddi min yeddi yüz əlli iki manat altımış səkkiz qəpik) manat, üstəgəl ödəyəcəyi 15527,25 (on beş min beş yüz iyirmi yeddi manat iyirmi beş qəpik) manat, cəmi 23280,12 (iyirmi üç min iki yüz səksən manat on iki qəpik) manat ödəməlidir. O, cavabdehin ona inanaraq zamin dayandığı müqavilə üzrə pulu, üzərinə götürdüyü razılığa əsasən banka vaxtında ödəmədiyi üçün, banka 23280,12 (iyirmi üç min iki yüz səksən manat on iki qəpik) manat onun əvəzində pul ödəməli olub, həmin pul ondan alınıb ona verilməlidir. Cavabdeh tez-tez pulunu yaxın zamanda qaytaracağını dəfələrlə ona bildirsə də, hələ də sözünə əməl etmir, müxtəlif bəhanələrlə vaxtı uzadır. O məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh onun "xxxx" ASC-dən götürdüyü krediti, zaminlik müqaviləsinə əsasən ödədiyi və cədvəl üzrə ödəyəcəyi, ödədiyi 7752 (yeddi min yeddi yüz əlli iki) manat 87 qəpik, ödəyəcəyi 15527 (on beş min beş yüz iyirmi yeddi) manat 25 qəpik, cəmi 23280 (iyirmi üç min iki yüz səksən) manat 12 qəpik pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, ərizədə göstərmişdi ki, iddianı qismən, yəni, 2700 manat hissədə qəbul edir, digər hissələrdə qəbul etmir. Hal-hazırda heç yerdə işləmədiyi üçün ödənişi həyata keçirə bilmir. Həmçının qeyd edir ki, məhkəmə iclasında iştirak edə bilmir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinin və ya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş sənədlərində olan xx.xx.2019-cu il tarixli Z-140GTGK4018862AA №li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 140GTGK4018862AA №li kredit müqaviləsinə əsasən «Kapital Bank »dan 48 ay müddətinə, 28,5 faizlə götürdüyü 16 300 manat məbləğində kredit götürmüş, kreditin təminatı məqsədilə "xxxx" la İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə zamin kredit müqaviləsi üzrə bütün borcların qaytarılmasına görə borcalan ilə birgə qaydada məsuliyyət daşıyır. İş sənədlərində olan İddiaçı məxsus "xxxx" ASC-nin “Maestro Pension” ödəniş kartı üzrə çıxarışlarından məlum olur ki, xx.xx.2019-cu il tarixli 140GTGK4018862AA №li kredit müqaviləsinə əsasən onun təqaüdündən bankın hesabına 7752,87 manat ödənişlər edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1 maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 7752 (yeddi min yeddi yüz əlli iki) manat 87 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı ödənilməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7752 (yeddi min yeddi yüz əlli iki) manat 87 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2128/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2128/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver