Məhkəmə qərarları › İş №2(027)-2133/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2133/2021

03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2133/2021 03.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, iddiaçı Quba Regional X1 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Quba Regional X1 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Meşə Fonduna vurulmuş ziyana görə 204,51 (iki yüz dörd) manat 51 qəpik pul tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X2 Təsərrüfatı Mərkəzi; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 26.08.2021-ci il tarixdə Mərkəzin Quba meşəbəliyinin 6 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan müxtəlif cins və diametrli 10 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 204,51 (iki yüz dörd) manat 51 qəpik məbləğində ziyan vurmuşdur. Nəticədə meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 31.01.2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələin İnkişafı Xidmətinin Quba Regional X1 inzibati tənbeh vermə haqqında 16.09.2021-ci il tarixli ******* nömrəli qərarından görünür ki, Cavabdeh 26.08.2021-ci il tarixdə Mərkəzin Quba meşəbəliyinin 6 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan müxtəlif cins və diametrli 10 ədəd yaş köküstə ağacları özbaşına kəsdiyinə görə Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində X2 Təsərrüfatı Mərkəzinə 204,51 (iki yüz dörd) manat 51 qəpik ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh Meşə Fonduna vurulmuş ziyana görə 204,51 (iki yüz dörd) manat 51 qəpik pul vəsaiti tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X2 Təsərrüfatı Mərkəzi; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3) köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar