Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2141/2022 17.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa və ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus bağ sahələri ilə Cavabdeh məxsus bağ sahəsi arası məsafə yolunda cavabdeh tərəfindən çəkilmiş beton dirəkdən və tikanlı məftildən ibarət hasarın cavabdehin hesabına sökülərək 1 metr geri çəkilməsi və bağ sahəsinə aqrotexniki qulluğun göstərilməsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı əmlakın Dövlət Reyestrindən Seriya ******* saylı, ********** Yanında Daşınmaz Haqqında daşınmaz qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa və ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Zərdabi qəsəbəsində yerləşən hər biri 1.0 ha olmaqla kənd təsərrüfatı təyinatlı armud meyvə ağaclarından ibarət bağ sahələri mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh məxsus meyvə bağı sahəsi ona məxsus bağ sahənin qonşuluğunda yerləşir. Hər iki bağ sahələrinin ara yol məsafəsi 4 metrdir. Artıq illərdir ki, o və cavabdeh həmin ara yol məsafəsindən istifadə edərək, bağ sahələrinə traktor və digər aqrotexniki texnika vasitəsi ilə aqrotexniki qulluğun göstərilməsi məqsədilə gübrə və müxtəlif dərman vasitələrinin səpilməsi və çilənməsin həyata keçirirdilər. 2022-ci ilin avqust ayında cavabdeh 4 metrlik ara yol məsafəsinin 2 metrlik hissəsindən beton dirəkdən və tikanlı məftildən ibarət hasar çəkmiş, ara məsafə 2,2 metr qalmış, traktor və digər aqrotexniki texnikanın hərəkəti qeyri mümkün olmuşdur. Nəticədə cavabdehin bağ sahəsi tərəfdə əkilmiş bağ sahəsindəki meyvə ağaclarına gübrə və digər dərman preparatlarının səpilməsi və çilənməsinin qarşısı alınmış, armud meyvə məhsulu zərər görərək yararsız vəziyyətə düşmüş, ona maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehə beton dirəkdən və tikanlı məftildən ibarət hasarı 1 metr çəkməsini bildirsə də, Cavabdeh bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən bağlar arası olan məsafə yolunda çəkilmiş beton dirəkdən və tikanlı məftildən ibarət hasarın bağ sahəsinə aqrotexniki qulluğun göstərilməsi üçün yaratdığı maneə aradan qaldırılmalı və həmin hasar Cavabdeh hesabına sökülüb daha 1 metr geri çəkilməlidir. Qeyd edir ki, onun bağ sahəsində meyvə ağacları şaquli istiqamətdə, cavabdehin bağ sahəsində isə üfüqi istiqamətdə əkilmişdir. Bu səbəbdən də beton dirəkdən və tikanlı məftildən çəkilmiş hasar onun bağ sahəsinə aqrotexniki qulluğun göstərilməsi üçün heç bir maneə yaratmadığından hasarı sökərək 1 metr geri çəkməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, Quba rayonu Zərdabi kəndində olan 1,0 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı, 1234977№li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışdan görünür ki, Quba rayonu Zərdabi kəndində olan 1,0 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışdan görünür ki, Quba rayonu Zərdabi kəndində olan 0,75 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Dehqani X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia tələbini cavabdeh tərəfindən bağlar arası olan məsafə yolunda çəkilmiş beton dirəkdən və tikanlı məftildən ibarət hasarın onun bağ sahəsinə aqrotexniki qulluğun göstərilməsi üçün maneə yaratdığını əsaslandırsa da, bu halları, həmçinin hüquqlarını əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh bağlar arası olan məsafə yolunda hasar çəkdirməsinin İddiaçı qonşuluqda olan torpaq sahəsinə aqrotexniki qulluğun göstərilməsinə hər hansı təsiri yoxdur. Həmçinin sözügedən hasar cavadehin mülkiyyətində olan torpaq sahəsinin daxili kordinatlarında yerləşdiyindən mübahisəli hasarın İddiaçı heç bir maneçilik yaratmadığını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən topaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2141/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2141/2022
17.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver