Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2142/2022 09.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10200 (on min, iki yüz) manat məbləğində əsas borc, mülki dövriyyə şəraitində əldə edəcəyi (əldən çıxmış fayda) 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul və 134 (bir yüz otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Hazırki pul mübahisəsindən əvvəl Cavabdeh ilə söhbətlərindən o, bilirdi ki, Quba şəhərinin mərkəzi bazar ərazisində ət alveri məqsədi ilə icarəyə işlətmək üçün ət satışı mağazasının icarəyə götürməyi məqsədi ilə mağaza sahibi ilə razılaşması olub. Cavabdeh onun sahibkarlığının inkişafına öz yardımını təklif etmişdir. Təklifi qəbul edib. Cavabdehin təklifi əsasında onunla aralarında bağlanmış şifahi əqdə əsasən ona ilkin olaraq 10200 (on min, iki yüz) manat məbləğində pul verməli, həmin puldan təxminən 200 manat məbləğində rüsum çıxılmaqla o, 10000 (on min) manat dəyərində torpaq sahəsinin ona satılmasını təmin etməli və bundan sonra onun faydası nəzərə alınmaqla həmin torpaq sahəsini digər alıcıya satmalı idi. Daşınmaz əmlak alıcıları ilə necə əlaqə qurmağı cavabdeh ona öyrətməli idi. Lakin Cavabdeh, aralarında razılaşdırılmış həm şifahi əqdin, həm də yazılı əqdin şərtlərini pozaraq onun sahibkarlıq fəaliyyətinə başlamağına imkan verməmiş və ondan aldığı 10200 (on min, iki yüz) manat məbləğində pulu ona qaytarmamışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş Quba regional “ASAN Xidməd’ mərkəzində 07 yanvar 2022-ci il tarixdə rəsmiləşdirilərək 3M-9 № ilə reyestrdə qeyd edilmiş “Kredit müqaviləsi”-dən göründüyü kimi Cavabdeh 10200 (on min, iki yüz) manat məbləğində borc pul almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh, ondan aldığı borcu xx.xx.2022-ci il tarixə qədərki müddət ərzində ödəməli idi. Lakin Cavabdeh 07 yanvar 2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə ona 10200 (on min, iki yüz) manat məbləğində əsas zərər vurmuşdur. Cavabdeh günahı səbəbindən ət satışı ilə bağlı mülki dövriyyə şəraitində əldə edəcəyi 4800 (dörd min səkkiz yüz) manat məbləğində gözlənilən gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdən dayandırılmış sahibkarlıq fəaliyyətimin bərpa edilməsi üçün pul vəsaitinin olması zəruri olduğundan o ayrı-ayrı şəxslərdən ümumilikdə 11000 (on bir min) manat məbləğində borc pul toplamışdır. Həmin pul vəsaiti hesabına kənd sakinlərindən iri buynuzlu heyvan alaraq kəsib ət satışını həyata keçirməli idi. Lakin, Cavabdeh, görüşlərin birində, ət satışındansa 1 daşınmaz əmlakın alqısatqısının daha gəlirli olduğunu ona inandırrıb və ona izah edib ki, o, həmin sahibkarlıqla məşğuldur, gəlirlər yaxşıdır. Onun həqiqətən də daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olduğunu bilirdi. O razılaşıb. Lakin, nədən başlanmalı sualına cavab olaraq Cavabdeh ona kömək edəcəyini, həmin məqsədlə onun adından 10000 (on min) manatlıq torpaq alaraq satışı üçün ona təhvil verəcəyinə vəd verib. Həmçinin cavabdeh Məmməd ilin qış fəslində daşınmaz əmlak alqısatqısının zəif olduğunu, alqı-satqının yaz qabağı aktivləşdiyinə onu inandırmışdır. Bundan başqa, etibarnamə əsasında üzərində hüquqlar ona etibar edilmiş Quba rayonunun Alekseyevka kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsi üçün də müştəri taparaq satılmasında köməklik edəcəyinə vəd vermişdir. 25 aprel 2022-ci il tarixdə Cavabdeh ona müraciət edərək, Quba rayonunun Alekseyevka kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsi üçün müştəri olduğunu, həmin torpaq sahəsinin satılması üçün tərəfindən ona etibarnamə verilməsinin zəruri olduğunu bildirmiş, ona faktiki etibar etdiyi üçün Quba rayonunun Alekseyevka kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsinin satılması məqsədi ilə adından Məmmədə etibarnamə vermişdir. Həmin etibarnamə verildikdən bir neçə gün sonra ona bəlli olmuşdur ki, cavabdeh etibar etdiyi torpaq sahəsini digər şəxslərə sataraq satışa görə ödənişin təxminən 50% hissəsini alıcılardan almış, lakin alıcılardan aldığı pulu nəinki ona verməmiş, hətta həmin alqı-satqı barədə ona məlumat belə verməmişdir. Cavabdeh tərəfindən aldanıldığına əmin olub və həmin səbəbdən də notariat kontoruna gedərək həmin etibarnaməni ləğv etdirmişdir. Satılmış torpaq sahəsi ilə bağlı mübahisənin yarandığını bilən alıcılar da notariat kontoruna gedərək alqısatqı müqavilələrini ləğv etdirmişlər. Cavabdeh etibarı itdiyi üçün ona verdiyi 10200 (on min, iki yüz) manat məbləğində borc pulu geri tələb edib. Cavabdeh borc müqaviləsi üzrə müddətin bitmədiyinə istinad edərək kredit müqaviləsi ilə müəyyən edilmiş son müddəti gözləməyi ondan xahiş etmişdir. Kredit müqaviləsi ilə qəbul edilmiş ödəniş müddətinin sonuna az qaldığını nəzərə alaraq cavabdehlə razılaşaraq həmin müqavilə üzrə müddətin sonunu gözləyib. 07 yanvar 2022-ci il tarixli, 3M-9 № ilə reyestr nömrəli “Kredit müqaviləsi”-nin müddəti xx.xx.2022-ci il tarixdə bitdikdən sonra cavabdehdən pulunu geri tələb edib. Lakin cavabdeh müxtəlif bəhanələrlə müddət ötürərək pulunu geri qaytarmayıb. Bundan sonra əmin olub ki, kredit müqaviləsi üzrə Cavabdeh ona borclu olduğu 10200 (on min, iki yüz) manat məbləğində əsas borcun və cavabdehin günahı səbəbindən əldən çıxmış 4800 (dörd min səkkiz yüz) manat məbləğində onun faydasının ondan alınması üçün məhkəmə müdafiəsindən istifadə etməliidir. Hesab edir ki, Cavabdeh 10200 (on min, iki yüz) manat məbləğində əsas borc və cavabdehin günahı səbəbindən mülki dövriyyə şəraitində əldə edəcəyi (əldən çıxmış fayda) 4800 (dörd min səkkiz yüz) manat məbləğində gəlirdən məhrum olmağı nəticəsində ona dəymiş 4800 (dörd min səkkiz yüz) manat məbləğində zərərin əvəzinə 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçıla atası Məmməd arasında notariusda təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 10200 manat borc pul verib. X9 Bağırova borcundan dörd ay, hər ay 1200 manat olmaqla, cəmi 4800 manat pul qaytarıb. Sonradan qalan borcun yerinə onun etibarnaməsi əsasında 4500 manata maşını verib. Onlar öz aralarında razılığa gəliblər. Lakin maşının borc əvəzinə verilməsinə və pulun ödənilməsinə dair rəsmi sənəd yoxdur. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi X2 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Borcverən”-İddiaçı ünvan 2 “Borcalan”-Cavabdeh 10200 (on min, iki yüz) manat məbləğində borc pul verib. Borcalan-Cavabdeh krediti xx.xx.2022-ci il tarixinədək “Borcverənə” qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsi Quba Regional “Asan Xidmət” mərkəzində Notarius ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilərək, reyesterdə 3M- 9 nömrə ilə qeyd edilib. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, idiaçı iddia ərizəsinə görə 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu ödəmişdir. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 8.1.3-cü bəndinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan hissənin 0,3%-i miqdarında rüsum ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən və işdə olan sübutları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10200 (on min iki yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 134 (yüz otuz dörd) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10200 (on min iki yüz) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 134(yüz otuz dörd) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2142/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2142/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver