Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2143/2022 17.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borc müqaviləsi üzrə 9850 (doqquz min səkkiz yüz əlli) manat məbləğində, əlavə olaraq verdiyi 3400 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 31 may 2022-ci il tarixli borc müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə o, Cavabdeh 9850 manat məbləğində borca pul vermişdir. Bundan əlavə o, Cavabdeh 3400 manat pul vermişdir. Lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Onlar müqavilə üzrə öhədliklərin icra edilməsi barədə pretenziya qaydasında riayət etmişlər. Bildirir ki, uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr yerləşən X1 məxsus “Kamina Beauty” gözəllik salonuna gedib gəlirdi. 2022-ci ilin may ayı ərzində Kəminə və həmin salonda lazeroloq kimi işləyən Təhminə adlı qadına ona həmin salon üçün lazer aparatı almağı təklif etmiş, həmin lazer aparatından əldə edilmiş gəlirin 30 faizi miqdarında qazanc əldə edəcəyini bildirmişlər. Yerdə qalan digər qazanc isə həm salonun müdirinin, həm də salonda lazeroloq kimi işləyən Təhminənin idi. O, da Təhminə və Kəminə ilə razılaşmış və həmin şəxslərin təklifi ilə lazer aparatı alacağımı bildirmişdir. Bundan sonra isə Təhminə lazer aparatı axtarmağa başladığını və keyfiyyətli lazer aparatı tapa bilmədiyini bildirmiş, “İnstaqram” sosial şəbəkəsində “candela” şirkətinin səhifəsini gördüyünü, həmin səhifədə tibbi avadanlıqların satışının həyata keçirildiyini gördüyünü bildirmişdir. Təhminə səhifədə tibbi avadanlıqların satışı ilə məşğul olan şəxsin xarici ölkə də yaşamasını, Azərbaycan isə Cavabdeh adlı şəxsin həmin şirkətin tibbi avadanlıqların satışını həyata keçirdiyini bildirmişdir. Təhminə ilkin ödəniş 20.000 manat olmaqla aylıq 2850 manat ödənişlə Amerika istehsalı olan lazer aparatının satışının həyata keçirildiyini gördüyünü bildirmişdir. Həmin şərtlər onu qane etdiyinə görə razılaşmışdır. Lakin ilkin ödənişi həmin mqdarda edə bilməcəyini bildirmiş, ilkin ödənişin bir hissəsinin verib digər hissəsini isə sonra verəcəyini bildirmişdir. Təhminə isə Cavabdeh ilə razılaşmışdır. Bundan sonra 30 may 2022-ci il tarixdə Cavabdeh və Təhminə Vəliyeva onun işlədiyi Əsma Nur uşaq bağçasına gəlmişlər. X2 göndərdiyi müqaviləni onlara təqdim etmişdir. Müqaviləyə əsasən lazer aparatının qiyməti 105 500 manat, kreditlə sifariş üçün ilkin ödəniş 20000 manat, yerdə qalan məbləğ isə aylıq 2850 manat olmaqla 30 ay müddətinə bölünərək verilməli idi. O, ilkin ödəniş kimi 20.000 manat verə bilməcəyini deyib Hüseyn Musayev adlı şəxslə danışdığı ilkin ödənişi az verəcəyini bildirmişdir. Onlar 30 may 2022-ci il tarixdə Abşeron rayonu saylı Notariat Ofisinə gələrək pulu Sərvan adlı şəxsə verməli idilər. Həmin gün notariat tariat ofisi bağlı olduğuna görə mən pulu ona verməmişdir. 31 may 2022-ci il tarixdə onlar notariat ofisinə gəlmişlər, 9850 manat pulu Sərvana vermişdir və aralarında kredit müqaviləsi bağlanmışdır. Bir gündən sonra isə o, 3400 manat məbləğində pulu Sərvana vermişdir. Lazer aparatı isə 10 gün müddətində təhvil verilməli idi. Onlar dəfələrlə müraciət etsələr də aparatı onlara təhvil verməmiş, Sərvan isə pulu Hüseynə verdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən İddiaçı məhkəməyə teleqram göndərərək, həmin teleqramda iddia tələbini müdafiə etdiyini, hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif olunmuş, əks halda müqavilə üzrə əmələ gəlmiş xərclərin ondan məcburi qaydada alınaraq İddiaçı qaytarılması tələbi ilə məhkəmyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş matreriallarında olan 20 iyun 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı 31 may 2022-ci il tarixdə Cavabdeh 9850 manat pul vermiş və həmin borc müqaviləsi Abşeron rayon Xırdalan şəhəri ərazisində yerləşən 1 saylı notariat kontorunda təsdiq bağlanmış, həmçinin İddiaçı 3400 manat pulu öz işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Əsma Nur” uşaq bağçasında əlavə olaraq Cavabdeh vermişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh 31 may 2022-ci il tarixdə Abşeron rayonu, Xırdlana şəhəri ərazisində yerləşən 1 saylı Notariat Kontorunda İlahədən 9850 manat və bir neçə gündən sonra isə İlahənin işlədiyi yerdə əlavə 3400 manat aldığını, lazer aparatının ilkin ödənişini verəcəyini bildirmişdir. Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı isə, borc tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 135 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nın 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nın 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə təhqiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 9850 manat məbləğində pul vermişdir. Həmçinin əlavə olaraq İddiaçı 3400 manat pulu öz işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Əsma Nur” uşaq bağçasında Cavabdeh vermişdir. Cavabdeh İddiaçı məxsus 9850 manat məbləğində və əlavə olaraq 3400 manat məbləğində pulu əldə etməklə, qaytarmamış və qaytarmaqdan imtna etmiş, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 9850 manat və 3400 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüqüq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 9850 (doqquz min səkkiz yüz əlli) manat və 3400 (üç min dörd yüz) manat olmaqla cəmi 13250 (on üç min iki yüz əlli) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 9850 (doqquz min səkkiz yüz əlli) manat və 3400 (üç min dörd yüz) manat olmaqla cəmi 13250 (on üç min iki yüz əlli) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2143/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2143/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver