Məhkəmə qərarları › İş №2(027)-2146/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2146/2022

27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2146/2022 27.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X15 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)-1044/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay hər uşağa 200 manat olmaqla, iki uşaq üçün 400 manat sabit pul məbləğində alimentin alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı uşaqların anaları o, İddiaçı himayəsinə verilmələri, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay 75 manat, xx.xx.2015ci il təvəllüdlü X7 münasibətdə isə alimentin hazırkı qətnamə üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 75 manat olmaqla, ümumilikdə cəmi 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək xx.xx.2015-ci il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməsi hissəsində dəyişdirilərək həmin uşağın onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-070/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3902/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1070/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Quba rayon məhkəməsinin qətnaməsi ilə qət olunmuş hər bir uşağa 75 manat sabit pul məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Bildirir ki, qeydiyyatı Quba rayonu 1-ci Nügədi kəndi olsa da, qızı Elna Quba şəhəri 3 saylı orta məktəbdə təhsil aldığından və o, Quba şəhərində yerləşən dükanda satıcı işlədiyindən aldığı əmək haqqı ilə Quba şəhərində kirayə ev tutaraq yaşayır. Hər ay aldığı 300 manat əmək haqqından 250 manat kirayə haqqı ödəyir. Cavabdeh Quba rayonı Təhsil Şöbəsində işləyir, yüksək əmək haqqı alır. Bundan başqa Cavabdeh Quba rayonu. Əliməmmədoba kəndində gilas və alma bağları vardır. Hər il gilas və alma məhsulunu sataraq yüksək gəlir əldə edir. Maddi vəziyyəti olduqca yaxşıdır. Lakin ata kimi uşaqlar qarşısında öz öhdəliklərini yerinə yetirmir, uşağın saxlanılmasında iştirak etmir, təhsili, maddi və mənəvi ehtiyacları, ümumiyyətlə dolanışığı ilə maraqlanmır. Qızımın bütün ehtiyaclarını (məktəb, yemək və geyim) xərclərini özü tək ödəyir. Bütün bunlara onun əmək haqqı kifayət etmir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, eyni zamanda ərizəyə etiraz verərək, bildirdi ki, onun aliment borcu yığılıb səbəbi isə cehiz əşyaları ilə bağlı maaşının 70 faizinə yönləndirmə vardır. Tələb olunan alimenti ödəmək iqtidarında deyil. İddiaçının ona qarşı iddiasının əsssız olduğunu rədd olıunmasını xahiş edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-T 137339 nömrəli və AZ-T 137338 nömrəli doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2010cu ildə X9 xx.xx.2015-ci ildə X10 doğulmuşlar; -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarxili qərarından görünür ki, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1044/2020 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 anaları İddiaçı himayəsinə verilmiş, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay 75 (yetmiş beş) manat, xx.xx.2015- ci il təvəllüdlü X7 münasibətdə isə aliment hazırki qətnamə üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 75 manat olmaqla ümumilikdə cəmi 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1070/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmış, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1070/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. -Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 26 sentyabr 2022-ci il tarixli 368 saylı arayışından görünür ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi Quba rayon Təhsil Sektorunun təsərrüfat İstismar qrupunun rəhbəri vəzifəsində işləyən Cavabdeh 2014-cü ildən həmin vəzifədə müddətsiz müqavilə ilə işləyir və aylıq əmək haqqı 432,00 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X6, X16, iş üzrə tələbkar İddiaçı, iş üzrə borclu Cavabdeh, Quba İHB-nın YYÇİ və HM üzrə komissiyasının məsləhətçi–psixoloqu X13, İcra haikimyyəti yanında Qəyyumluq Komissiyasının nümayəndəsi X4, Quba RMX-nin uşaq konsultativ poliklinikası psixi sağlamlıq bölməsinin psixoloqu S.Vahabovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, tələbkar İddiaçı az yaşlı Ömər Nəcəfovla görüşüb ünsiyyətdə olması üçün şərait yaradıldı lakin, azyşalı Ömər Nəcəfov anası ilə görüşməkdən imtina etdi. -xx.xx.2020-ci il tarixli, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X6, X16, iş üzrə tələbkar İddiaçı, iş üzrə borclu Cavabdeh, İcra haikimyyəti yanında Qəyyumluq Komissiyasının nümayəndəsi X4, Quba RPŞ-nin İTB-nın inspektoru polis baş leytenantı X18 oölunun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, tələbkar İddiaçı azyaşlı Ömər Nəcəfovla görüşüb ünsiyyətdə olması üçün şərait yaradıldı eləcə də iş üzrə tərəflər və azyaşlı ilə icra məmurları və digər tədbir iştirakçıları tərəfindən profilktik söhbətlər aparıldı, lakin bunala baxmayaraq azyaşlı Ömər Nəcəfov anası İddiaçı ilə görüşməkdən və ünsiyyətdə olmaqdan imtina etdi. -xx.xx.2022-ci il tarixli, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16, X1, iş üzrə tələbkar İddiaçı, icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X4, Quba rayon İHB-nın yanında yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın X8 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, azyaşlı X5 anası İddiaçı verilməsi ilə əlaqədar tərəflər və azyaşlı ilə profilaktik söhbətlər aparılmış, icra məmurları və digər tədbir iştirakçıları tərəfindən göstərilmiş səylərə baxmayaraq azyaşlı Ömər anası İddiaçı ilə görüşüb ünsiyyətdə olmaqdan imtina etmişdir. -Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixli, 2(027)-1424 saylı icra sənədi Quba Rayon Məhkəməsinə geri qaytarılmışdır. -Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı icra sənədi Quba Rayon Məhkəməsinə geri qaytarılmışdır. -xx.xx.2021-ci il tarixli, 411 saylı arayışından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10 2020-ci ildən Quba rayonu Qırmızı Qəsəbə 2 nömrəli ümumi orta məktəbində bu günə kimi təhsil alır və onun təhsili, məktəbə gətirilib-aparılması ilə atası Cavabdeh məşğul olur. -xx.xx.2022-ci il tarixli, 759 saylı arayışından görünür ki, Cavabdeh Quba rayon 1-ci Nügədi kənd sakinidir, oğlu X10 hal-hazırda həmin kənddə onunla bir evdə yaşayır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 anası İddiaçı himayəsinə verilməsinə baxmayaraq, X10 faktiki olaraq atasının yanında yaşayır, həmin qətnamənin icrası ilə bağlı Quba rayon İcra və probasiya Şöbəsində icra tədbirləri davam etdirilir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Cavabdeh isə buna etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat xx.xx.2015-ci il təvəllüdlü X7 münasibətdə isə aliment Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsi üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X19” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1044/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat, xx.xx.2015-ci il təvəllüdlü X7 münasibətdə isə aliment Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsi üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar