Məhkəmə qərarları › İş №2(027)-2157/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2157/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2157/2023 27.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 borclu olduğu 5000 (beş min) manat və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun, ümumilikdə 5070 (beş min yetmiş) manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba şəhəri, H.Əliyev prospektində "Qafqaz”OYL yanacaq doldurma məntəqəsi ilə üzbəüzdə yerləşən alqı-satqı məntəqəsində cavabdeh X5 ilə aralarında Quba şəhər sakini X6 iştirakı ilə 23 dekabr 2021-ci il tarixli borc müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən borclu 15 yanvar 2022ci il tarixinədək 11 (on bir min) manat borcunu qaytarmalı idi. Lakin cavabdeh müxtəlif bəhanələrlə maddi imkanın olmasına baxmayaraq borclu olduğu 11000 (on bir min) manatdan 6000 (altı min) manatı qaytarsa da qalan pulu qaytarmaq istəmir. Cavabdehin bu kimi qanunsuz hərəkətindən Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Quba rayon Polis Şöbəsinin xx/xx/2023-cü il tarixli 91/2-21608 nömrəli cavabında bildirilir ki, "müraciət araşdırılmış, müraciətdə qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün apardan araşdırma dayandırılmışdır,mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır." Odur ki, mülki qaydada məhkəməyə müraciət edir. Qeyd edir ki, o cavabdehə borc pulu 2022-ci ilin 15 yanvar tarixinədək ödəmək şərti ilə vermişdir. Belə ki, öhdəliyi icra etməyərək borclu qaldığı pulu dövrüyyəyə buraxaraq əldə etdiyini qazancdan ona vurduğu zərəri də ödəməlidir. Cavabdeh isə aralarında olan razılaşmanı pozaraq öhdəliklərinə əməl etməyib, borclu pulu dövriyyəyə buraxaraq əlavə qazanc əldə etməsinə baxmayaraq borcu ödəməmiş buna görə də borclu qalan 5000 (beş min) manat məbləğində pulu geri qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edir. İş üzrə cavabdeh X5 məhkəməyə ərizə göndərərək, ərizəsində iddianı qəbul etmədiyini, məhkəmə iclasına səhhəti ilə əlaqədar gələ bilməyəcəyini göstərmiş, işə onun iştirakı olmadan baxıb, iddianın rədd edilıməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan X7 Quba Rayon Məhkəməsinə təqdim etdiyi ərizəsində bildirmişdir ki, İddiaçı və X4 Quba sakini kimi tanıyır. 2021-ci ildə Məmməd Mustafayev ilə ev, torpaq alqı-satqısı ilə məşqul olmuş, həmin vaxt İddiaçı ona 11 min manata torpaq satmasını bilir və bu barədə birgə iştirakları ilə tərtib olan akta imza etmişdir. Həmin aktdakı imzanı təsdiq edir. 2022-ci ilin əvvəllərində onun yanında X9 Məmmədova 6000 manat, yaxud 6500 manat (dəqiq məbləği xatırlamır) vermiş, qalan pulu da 2 aya qaytaracağını bildirmişdir. Qalan pulu qaytarb-qaytarmaması barədə məlumatı yoxdur. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixdə X5, İddiaçı, X10 tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh, İddiaçı 2022-ci ilin 15 yanvar tarixinə kimi 11 min (on bir min) manat pulu verəcəyni təsdiq edirlər. İş materiallarında olan Quba RPŞ-nin İTB-nın İddiaçı müraciətinə baxılması nəticələrinə dair xx.xx.2023-cü il tarixli arayışından görünür ki, daxil olmuş müraciətlə əlaqədar X5 ilə telefon əlaqəsi saxlayaraq izahat verməsi üçün RPŞ-nə dəvət edilmiş, bu zaman vət. Mustafayev ha-hazırda Bakı şəhərində yerləşən xəstəxanaların birində əməliyyat olunduğunu bildirərək Quba rayonuna gəldiyi zaman izahat verəcəyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, onun Quba RPŞ-nə etdiyi müraciət araşdırılmış, müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün aparılan araşdırma dayandırılmışdır. Ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh X2 İddiaçı məxsus 5000 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 5000 manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüqüq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 5000 (beş min) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 5000 (beş min) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar