Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-216/2022 11.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddaçı İddiaçı və Cavabdeh Almaz qızının iştirakı ilə, İddiaçı Cavabdeh Almaz qızına qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Almaz qızından 1927.50 manat avtomobilinə dəyən zərərin, ziyan aktının yazılmasına görə xərclədiyi 30 manat və məhkəmə rüsumu olan 30 manat məbləğin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP İdarəsinin verdiyi AD 694900 nömrəli, 13 yanvar 2020-ci il tarixli texniki pasporta əsasən, ******* nömrəli mühərrik, XTA**********5094 nömrəli kuza olan **-KC-*** dövlət nömrə nişanlı qeydiyyatda olan “VAZ 21074” minik markalı avtomaşın ona məxsusdur. 24 oktyabr 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Quba - Qusar yolu ilə hərəkətdə olarkən Digah kəndi ərazisində, yuxarıda qeyd olunan avtomaşını idarə edərkən, qarşısına inək çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman inək sahibsiz olub və nəzarətsiz olaraq magistral yola çıxmışdır. Baş verən yol-nəqliyyat hadisəsi inəyin sahibi Cavabdeh Almaz qızının inəyini nəzarətsiz buraxdığına görə baş vermişdir. Cavabdeh Almaz qızı özünə məxsus inəyi sahibsiz və nəzarətsiz buraxaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. Bununla bağlı Cavabdeh Almaz qızına qarşı törətdiyi inzibati xəta nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Quba rayon Polis Şöbəsinin DYP əməkdaşları tərəfindən İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin ön amperi, bamperin kraynşteynləri, ön kapot, kapotun petlələri, kapotun çexolu, kapotun kilidi, ön faralar, ön alt və üst panel, ön nikel ablisovka, ön sağ və sol qanadlar, ön alın şüşəsi, alın şüşəsinin rezini, alın şüşəsinin alt dəmir paneli, akumulyator, elektropər, su qabı, su radyatoru yararsız hala düşmüşdür. "Təbriz" firmasına məxsus avtoservisin ustaları tərəfindən onun avtomobilinə baxış keçirilmiş və ziyan aktı tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktına əsasən qəzadan sonra onun avtomobilin 1927.50 manat məbləğində zərər dəymişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Almaz qızı iddia tələbini qəbul etməyərək, onun inəyinin həmişə nəzarətdə olduğunu, inəyin qaçıb yola çıxdığını, sağlam heyvan olmasını, öləcəyini bildiyi üçün inəyi kəsmək məcburiyyətində qaldığını, 40 manat inzibati qaydada cərimə olunduğunu və cəriməni ödədiyini, iddiaçının avtomobili sürətlə sürdüyünü qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-KC-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobil iddiaçının mülkiyyətindədir. İş materiallarında olan 04.11.2021-ci il tarixli ziyan aktından görünür ki, **-KC-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobilinə hadisə zamanı ümumilikdə 1927.50 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan 04.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün “Təbriz” firmasına 30 manat məbləğində vəsait ödəmişdir. İş materiallarında olan İnzibati təhbeh vermə haqqında TP ******* saylı 03.11.2021ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Almaz qızı İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulan mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. İddianın hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərərvuran Cavabdeh Almaz qızının təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, Cavabdeh Almaz qızından İddiaçı sahibliyində olan “**-KC-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1927.50 manat və avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün ödədiyi 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2, və 9.4-cü maddələrinə əsasən, 9 (doqquz) manat, 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Almaz qızından İddiaçı sahibliyində olan **-KC-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1927.50 manat və avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün ödədiyi 30 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Almaz qızından tutularaq İddiaçı ödənilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2 və 9.4-cü maddələrinə əsasən, 9 (doqquz) manat, 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu Cavabdeh Almaz qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-216/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-216/2022
11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver