Məhkəmə qərarları › İş №2(027)-2164/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2164/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2164/2024 16.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 9918 (doqquz min doqquz yüz on səkkiz) manat məbləğində borcun, 119 (yüz on doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu və vəkilə xidmət haqqı kimi ödənilmiş 100 (yüz) manat məbləğində müdafiə xərcinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Azərbaycan Beynəlxalq Bankının Quba filialından xx.xx.2023-cü il tarixində öz adına illik faiz dərəcəsi 21 (iyirmi bir) faiz olmaqla 48 (qırx səkkiz) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit götürüb Quba şəhər sakini yaxın qohumu, baldızı Cavabdeh vermişdir. Qeyd olunan kredit məbləğinin üzərinə 2918 (iki min doqquz yüz on səkkiz) manat faiz hesablanır. Cavabdeh ona başqasında qalan qızılları götürmək üçün ondan adına kredit götürərək ona verməyini xahiş etmişdir. Hər ay özü vaxtında ödəniş edəcək. Özü qeyri-rəsmi dayəlik edir, aylıq 1000 (min) manat qazanır. Öz deməyinə görə. O da, buna arxayın olub öz adına kredit götürüb Cavabdeh vermişdir. Amma bu kreditdən heç bir ödəniş olunmadığından onun əmək haqqı kartından hər ay 186 (yüz səksən altı) manat məbləğində kredit ödənişi tutulur. Bu günə qədər onun əmək haqqısından ümumilikdə 1639 (min altı yüz otuz doqquz) manat kredit ödənişi tutulmuşdur. Bundan əlavə cavabdeh ondan nişanlı dövründə ümumilikdə 1000 (min) dəyərində 1 ədəd qızıl barmaqça və 1 ədəd qızıl bilərzik alsa da onları da ona qaytarmamışdır. Həmin qızılları öz dediyinə görə lombarda qoyub pul götürüb. O, cavabdehə dəfələrlə krediti və qızılları və ya dəyərini ödəməli olduğunu bildirsə də müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Növbəti dəfə ona pulu ödəməli olduğunu bildirən zaman onun üzərinə hücum çəkdi. Qaynanası-anası ilə birgə üstünə hücum çəkib döydülər. Bununla bağlı Quba RPŞ-də araşdırma davam edir. Müvafiq material mövcuddur. Hal-hazırda Cavabdeh ona ümumilikdə 9918 (doqquz min doqquz yüz on səkkiz) manat borcu vardır. Bu borcu qaytarsa krediti tam ödəyib aylıq əmək haqqından tutulmaları dayandırmaq istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan heç bir məbləğdə pul almamışdır. Çünki belə tələblə bağlı ümumiyyətlə iddiaçıya müraciət etməmişdir. İddiaçı nişanlı vaxtı hazırda məskunlaşdığı, yəni cavabdehin ata evinin təmirsiz olduğu üçün bankdan kredit götürüb evi təmir etmişlər. Həmin vaxtı təmirə 15000-16000 manat xərcləri çıxıb ki, onun 8000 manatını toydan yığışan pul, 5000 manatı iddiaçının bankdan götürdüyü məbləğdir, qalan pul isə qardaşının vəsaiti hesabına təmirə xərclənib. Bankdan alınan pulda evin təmirinə xərclənmişdir. Həmin puldan əlavə də o, evin təmiri üçün pul xərcləmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı onun həyat yoldaşı, cavabdeh isə onun bacısıdır. Evin təmirinə nə qədər pul vsaiti xərcləndiyini o, bilməmişdir. Sonradan bilmişdir ki, evin təmirinə 15.000 manat məbləğində pul xərclənmişdir. 3.000 manat məbləğində pulu evin təmiri üçün o xərcləmişdir. 5.000 manat pul isə toydan sonra qalmışdır. Qalan xərclərlə bağlı bacısı Nuranə deyir ki, o evin təmirinə pul xərcləmişdir. Evdə həyat yoldaşı ilə birlikdə yaşayır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməməlidir. Beləki, iş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının Quba filialından xx.xx.2023-cü il tarixində iddiaçı illik faiz dərəcəsi 21 (iyirmi bir) faiz olmaqla 48 (qırx səkkiz) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı X4 9918 (doqquz min doqquz yüz on səkkiz) manat məbləğində borcun Cavabdeh alınıb ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materialları ilə iddiaçının bankdan kredit götürdüyü öz təsdiqini tapsa da, həmin kredit vəsaitinin cavabdehə verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərində təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh borc olaraq 5.9918 (doqquz min doqquz yüz on səkkiz) manat verdiyini və sonuncunun həmin pulu qaytarmadığını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, hazırkı mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlə onun arasında borc münasibətinin olması, borcun verilməsi, həmin məbləğin cavabdehin qanunsuz sahibliyində olması və geri qaytarmamasının sübut edilməsindən asılıdır. Həmin faktların təsdiqindən sonra isə cavabdehin sübut etməli olduğu hal borcun geri qaytarmasının təsdiqi ilə bağlı olmalıdır. Göstərilən sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının tələbi özünün izahatından başqa digər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar