Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2165/2020 10.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Məm,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı9 İddiaçı10 cavabdehlər “xxxx” ASC-nin Quba Elektrik şəbəkəsinə, “xxxx” ASC-nə və Cavabdeh3 qarşı maddi ziyannın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı9 İddiaçı10 cavabdehlər “xxxx” ASC-nin Quba Elektrik şəbəkəsinə, “xxxx” ASC-nə və Cavabdeh3 qarşı maddi ziyannın ödənilməsi tələbi barədə iddia ərizəsi Quba Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirib cavabdehlər “xxxx” ASC-nin Quba Elektrik şəbəkəsinə, “xxxx” ASC-nə və Cavabdeh3 qarşı maddi ziyannın ödənilməsi barədə məhkəməyə iddia ərizəsi vermişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürüldükdə hakim iddia ərizəsini və ona əlavə edilmiş səndləri qeri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı9 İddiaçı10 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.7, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı9 İddiaçı10 cavabdehlər “xxxx” ASC-nin Quba Elektrik şəbəkəsinə, “xxxx” ASC-nə və Cavabdeh3 qarşı maddi ziyannın ödənilməsi barədə iddia ərizəsi və iddia ərizəsinə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı9 İddiaçı10 izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2165/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2165/2020
10.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver